22 avq 18:25Yazar

Qarışıq fikirlər

"Neftçi"də yaxından tanıdığım iki nəfər var. Hər ikisi işini bilən, yüksək keyfiyyətli kadrlardı. Eldəniz Yusifov illərdi AZAL-ın, demək olar, bütün işlərini təkbaşına görən işgüzar və peşəkar biridi. Bunu bütün futbol ictimaiyyəti bilir. Əminəm, premyer-liqanın hər bir klubu Eldəniz kimi kadr arzulayır.
Eyni sözləri Rüstəm Əfsərli haqda da deyə bilərəm. Rüstəmlə virtual tanışlığımız sports.ru saytında oxuduğum bir yazısından sonra başlayıb. Yazı o qədər ləzzət etdi ki, idman jurnalistikamıza yeni və çox böyük bir istedadın gəldiyini zənn etdim. Bu haqda keçmiş həmkarım və o zaman məndən fərqli Rüstəmi şəxsən tanıyan Elsevər Paşayevə də demişdim. Real tanışlıqdan sonra zənnimdə yanılmadığıma əmin oldum. Rüstəmin qələmini də, radiodakı çıxışlarını da, TV-də aparıcılığını və şərhçiliyini də çox bəyənirəm. Hətta sevirəm də demək olar. Başqa ölkədə doğulsa, televiziyalar ona görə milyonlardan keçərdi. Adam TV üçün doğulub sanki. Amma yeni vəzifəsinin öhdəsindən də layiqincə gəlir və gələcək.
Rüstəmdən əvvəl də "Neftçi"də yetərincə istedadlı gənclər vardı. Məsələn, Mehman Rəsulov. "Neftçi"nin özünə gəlməsi, "Qarabağ" və "Qəbələ" ilə rəqabətə girməsi üçün hər sahədə belə peşəkar kadrlar olmalıdı! Klubda ciddi islahatlar aparılmalıdı! Əsas komandanın bir çox futbolçularından tutmuş nəticəyə təsir edəcək vəzifələrdə olan bəzi "zəif bəndlər"ə kimi öz səviyyələrinə uyğun yerlərə getməli, yeni nəfəs gəlməlidi.
Bəlkə də tələsirəm. Amma cəmi 2 tur keçsə də, "Neftçi"yə "təcili yardım" gərəkdiyi hissi var... Köhnə-yeni dələduzlar, acgözlüklə klubu ələ keçirib büdcəsini "sağmağı" düşünən dəllallar yox, klubun adını, tarixini, futbolumuzu sevən gənc kadrlar lazımdı. Futbolumuzun, ümumiyyətlə, ölkədəki "yeyinti” sisteminin çirkabına bulaşmamış yeni kadrlar. Sözsüz, belə entuziastlar var. Xaricdə təhsil almış, dünyagörüşü fərqli, saf, amma peşəkar gənc kadrlardan faydalanmaq lazımdı!
Yeyinti, rüşvət, day-day, tapşırıq və bu kimi başqa mental axsaqlıqlardan qurtulmasaq, nə "Neftçi"nin, nə başqa hansısa klubumuzun, ümumiyyətlə, futbolumuzun heç bir gələcəyi olmayacaq. Klassik Azərbaycan variantları ilə müvəqqəti uğur qazanacaq "qoca qurdlar"a yox, yaltaqlıqdan uzaq, vəzifəsinə əyri yollarla varlanmaq mənbəyi kimi baxmayan müasir gənclərə meydan verilməlidi.
Deyəsən, çox uzağa getdim...
O zaman qayıdaq geriyə ...gələcəyə. "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsindən sonra Türkiyə telekanallarından birində yayımlanan verilişdən Azərbaycan çempionu və baş məşqçi Qurban Qurbanov haqda xoş sözlər söylənən hissəni çoxunuz sosial şəbəkələrdən və saytlarımızdan izləmisiz. Mənim diqqətimi xüsusi çəkən məqam "Həmdi Sərpil Tüzün və Əli Yavaşı apardılar" yeri idi. Tanımayanlar varsa, bu iki adamın Türkiyə uşaq futbolunun babası, atası və hər şeyi olduğunu deyim. Tanıdığınız və sevdiyiniz az qala bütün ulduz türk futbolçuları bu mütəxəssislər kəşf edib. Həmdi hoca "Qarabağ"da çalışanda dostlardan biri ağzından köpük tökülə-tökülə deyirdi ki, o futbolçunun yerişinə baxan kimi deyir ki, səndən futbolçu olacaq, ya olmayacaq! Bax, belə dahilər lazımdı futbolumuza. Konstantin Abramenko rəhmətə gedəndən sonra sanki "Gəncə futbol konveyeri" bağlandı...
..."Neftçi" də legionerləri topdan göndərib belə uşaq mütəxəssisləri gətirsə, 3-5 ilə ölkə hüdudlarından kənara səs salar. Elə başqa klublarımız da. Məsələn, "Səbail"in legionerlərindənsə, bir babat əcnəbi uşaq futbolu mütəxəssisi olsaydı, klubun gələcəyinə yönəlik doğru bir addım atıldığını deyə bilərdik.
Nə qədər ki özümüzdə yeni Kostya dayılar yetişmir, ən doğru addım xaricdən kütləvi şəkildə uşaq futbolu mütəxəssisləri gətirməkdi. Amma yoldan keçəni və yeyinti variantı daha çox olanları yox, Həmdi Sərpil Tüzün və Əli Yavaş kimiləri! Paralel şəkildə yerli uşaq futbolu mütəxəssislərinin yetişdirilməsinə xüsusi önəm verilməlidi. Nə isə, deyəsən, qarışıq və çox danışdıq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar