20 avq 15:21Yazar

"Səbail" çempionatda sanki formallıq xatirinə iştirak edir

Ölkə çempionatının ilk turu nəticə baxımından sürprizsiz keçdi. Amma oyun baxımından "Neftçi" ilə "Səbail"in bu qədər ümidsiz təsir bağışlaması bir qədər gözlənilməz idi. Bəlkə də məsələ "Qarabağ"la "Zirə"nin gücündədi. Amma "Neftçi"də heç bir komanda oyununun olmadığını, əsas heyətin düzgün qurulmadığını, komandada istək və intizam probleminin mövcudluğunu vurğulamaq lazımdı. Belə ki, bəzi futbolçular top itirdikdən sonra mübarizə aparmaq əvəzinə dayanır, ümumiyyətlə, sanki hərəkət etmək istəmirdi. Ölkəmizin ən istedadlı futbolçularından Rəhman Hacıyevi, Mirabdulla Abbasovu, komandanın ən güclü hücumçusu Daniel Seqoviyanı ehtiyatda saxlayan Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv sanki öncədən məğlubiyyətlə barışmışdı. Heç şübhəsiz, "Qarabağ"la qarşılaşma səhvlərdən nəticə çıxarmaq üçün yaxşı dərs oldu və çox güman, "Səbail"ə qarşı başqa heyət və oyun görəcəyik.
"Səbail"in debüt oyunu da ürəkaçan olmadı. Amma bu futbolçularla Samir Əliyevdən böyük uğur gözləmək sadəlövhlükdü. "Səbail" çempionatda sanki formallıq xatirinə iştirak edir. "Turan"ın maddi durumu bərbad olsa da, Tovuz futbolunun gənc yetirmələrinə güvənərək bu komandadan daha yaxşı çıxış edəcək potensialı vardı...
İllərin əziyyəti ilə qurulan ən yaxşı klublarımızdan biri "İnter"in hazırki rəhbərliyi də ümidləri doğrultmur. Ümidləri doğrultmamaq bjr yana, klubun dağıdıldığı təəssuratı var. Uşaq futbolundan tutmuş əsas komandayadək ölkənin ən yaxşı klublarından biri kimi ad çıxaran "İnter" bacarıqsız idarəçilərinə görə süqut edir. Ramiz Məmmədovu gətirməklə Avroliqa əeəfəsində komandadakı ab-havanı korlayan Zaur Axundovun məşqçinin işinə müdaxilə etməklə daxili nizam-intizamı da pozduğu və Lüksemburq "Fola"sına məğlubiyyətin əsas səbəbkarı olduğu deyilir. Əlbəttə, kənar şəxs məşqçi işinə müdaxilə edərsə, futbolçu heç vaxt baş məşqçiyə hörmət bəsləməz...
Bu həftə ötən çempionatın bombardiri Rauf Əliyev də "İnter"i tərk etdi. Yeni rəhbərlik komandaya böyük xeyir vermiş hücumçuyla da normal qaydada vidalaşa bilmədi və son günlər ikinci dəfə bütün Avropada rüsvay oldu.
Nə məqsədlə gətirildiyi bilinməyən Ramiz Məmmədov "struktur formalaşdırırıq" deyir. Halbuki "İnter"də bütün işlər yüksək səviyyədə qurulmuşdu və öz relsi ilə gedirdi. Ruslar "ot dobra dobra ne işut" deyir. "İnter"də isə görünür, bunun əksini düşünürlər. Struktur formalaşdırmağınıza-filan ehtiyac yoxdu. Kasad heyətlə "Qəbələ"yə qarşı sona kimi döyüşən Zaur Svanadzeyə isə yalnız alqış düşür. Amma gürcü məşqçi nə qədər fədakarlıq etsə də, çətin ki "Qarabağ"ın ehtiyat heyətindən xal qopara bilsin. "Neftçi"ni "bir ayaqla" məğlub edən Qurban Qurbanov, çox güman, "İnter"ə də eyni aqibəti yaşadacaq. Ümumiyyətlə, yarımehtiyat heyətlə "Neftçi"yə heç bir şans verməyən "Qarabağ"ın bu mövsüm də rahatlıqla çempion olacağını elə indidən proqnozlaşdıra bilərik.
Ötən mövsümlə müqayisədə yetərincə güclənən və təcrübə qazanan "Zirə" "Kəpəz"lə oyunda favorit görünür. Manqa, Belfort kimi legionerlər, Yusif Nəbiyev, Orxan Əliyev kimi yerli futbolçular komandanı daha da gücləndirib. "Kəpəz" ötən tur məğlub olsa da, Şahin Diniyevin məşqçi işi görünürdü. Gəncəlilərin heyəti kifayət qədər zəifləyib. Dario Federiko səviyyəsində oyunçu ala bilməyiblər. Amma hücumameyilli yeni legionerlər ötən tur Sumqayıtda o qədər də pis təsir bağışlamadı. Yevlax stadionunun öt örtüyünün səviyyəsi şübhə doğurduğundan bu oyunda çox qol vurulacağı inandırıcı deyil.
Nəhayət, turun mərkəzi oyunu Qəbələdə olacaq. Açılış matçındakı oyunu ilə ən xoş sözlərə layiq görülən Samir Abasovun komandası bu dəfə Roman Qriqorçukun yetirmələrinə başağrısı olacaq. Ölkənin potensial və hazırki ən yaxşı baş məşqçilərindən birinin duelində birmənalı şəkildə favoriti göstərmək çətindi. Amma "Sumqayıt" üçün bu oyunda məğlubiyyət faciə olmayacaqsa, "Qəbələ" haqda eyni sözləri söyləyə bilmirik. Araz Abdullayevlə Xavini (onun dünya şöhrətli Qutinin əmisioğlu olduğunu bilirdiz?!) göndərməsinə baxmayaraq , rəqiblə müqayisədə daha geniş heyətə malik ukraynalı mütəxəssis üçün bu oyunda qələbədən başqa istənilən nəticə fəlakət olacaq. Çünki real görünməsə də, "Qəbələ" yeni mövsümdə də çempionluğa iddialıdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar