20 avq 14:03Yazar

Mən Prosineçkiylə fəxr edirəm

Səmimi sözümdü: xorvatiyalı mütəxəssisə olan bütün qəzəbim soyuyub. İnşallah, sağ-salamat Bakıya qayıtsın, onu görmək üçün tələsəcəm. Çatan kimi də “mən ölüm, bir beş vur bura” deyəcəm. Adam AFFA-nı barmağına elə dolayıb ki, Foqtsun etdikləri onun yanında toya getməlidi. Biz elə bilirdik ki, Foqtsdan o yanası yoxdu. Almaniya millisi ilə tarixə adını yazdırmış mütəxəssis statusundan istifadə edir, göylə gedir. Prosineçkinin məşqçi kimi heç bir uğuru yoxdu, amma onu Foqtsdan daha yuxarı başa əyləşdirmişik. Elə buna görə də mən Prosineçkiylə fəxr edirəm, ona ürəyimin dərinliklərində böyük hörmət və ehtiram bəsləyirəm. Xorvatiyalı mütəxəssis sübut etdi ki, AFFA-nı idarə edənləri çox asanlıqla dolamaq, aldatmaq olar. Onlara hörmətsizlik göstərmək, əhəmiyyət verməmək də mümkündü. Robi üçün nə Rövnəq Abdullayevin zəhmi təhlükəlidi, nə də Elxan Məmmədovun çoxbilmişliyi. Prosineçkinin öz qayda-qanunları var, onları da özünə əsas seçib, yaşayır. Bəli, sözün əsl mənasında yaşayır. Keflə və zövqlə. Biz Bakının istisində qovrula-qovrula, nəfəs almağa çətinlik çəksək də, işimizin başındayıq. Çalışırıq ki, Azərbaycan futbolu üçün nəsə edək. Yazı-pozuyla kömək edə bilməyəndə də milli çempionatın oyunlarına gedirik, boş qalmışq tribunalarda say artımına töhfəmizi veririk. Avrokuboklarda mətbuat sektorunda otursaq da, azarkeşlik hisslərini boğmuruq, klublarımız üçün çılğın fanata çevrilirik. Bütün bunlar isə Prosineçkinin vecinə deyil. Heç AFFA-nın çağrışları belə onun istirahətini yarımçıq qoymağa əsas ola bilməz. Elxan Məmmədov əvvəl deyirdi ki, Prosineçki onlardan klublarımızın avrokuboklardakı oyunlarının cədvəlini alıb, çimərlikdən ayrılacaq, şortikini dəyişdirib stadionlara yollanacaq. Amma olmadı. Prosineçki bizim klubların avrokuboklarda keçirdiyi oyunların heç birini vecinə almadı. Ondan sonra dedilər ki, bu gün-sabah xorvat çalışdırıcı Azərbaycana gələcək. Bir az keçdi, səs-səmir çıxmadı. Sonra dəqiq tarix söylədilər, bizi əmin etdilər ki, Robi avqustun 15-də Bakıda olacaq. Gün batdı, qaş qaraldı, qəlbimi qüssə aldı, amma Prosineçki ayın 15-də də gəlmədi. Bu müddətdə artıq Azərbaycan çempionatı start götürdü, ilk turda bir-birindən maraqlı qarşılaşmalar izlədik. İndi də avqustun 20-ni nişan veriblər. Bu da hələ dəqiq deyil. Lap gəlsə belə, deməli, 2-ci turun oyunlarını da izləməyəcək. Bəs, millinin heyətini necə açıqlayacaq, oyunçuları hansı prinsiplə seçəcək? Hə, quru adlarla. Mənim də bir pis xasiyyətim var da, hansısa mövzunun üzərinə düşdüm, onu axıra kimi qurdalamasam, rahatlaşa bilmirəm. Heç cür müəyyənləşdirə bilmədik ki, Prosineçki ilə AFFA arasında bağlanmış müqavilədə onun məzuniyyəti hansı prinsiplərlə, neçə gün müəyyənləşdirilib. Fakt odu ki, xorvatiyalı çalışdırıcı dünyanın ən uzun məzuniyyətinə sahibdi. Ona bu göstəriciyə görə ölkə prezidentləri də həsəd apara bilərlər. AFFA-nın mətbuat xidmətindən bildirmişdilər ki, Prosineçkinin ildə 3 ay məzuniyyəti var və ondan ürəyi istəyən kimi yararlana bilər. Robi Bakını iyunun 13-də tərk edib. Avqustun 20-də gələcəyinə inansaq, onun yay istirahətinin 68 gün çəkdiyi məlum olur. Berti Foqtsun zamanında elə bizim qəzetdə dəyərli həmkarlarım dəqiq statistika təqdim etmişdilər ki, almaniyalı qoca ilin neçə gününü ölkəmizdə keçirib. Çox istərdim ki, oxşar hesabatı Prosineçki üçün də aparaq. Görək qışda millimizin baş məşqçisi neçə gün dincəlib. Bu müddət 22 günü keçcə (şübhəm yoxdu ki, keçəcək), Prosineçkinin AFFA ilə bağladığı müqavilənin şərtlərini pozduğu dəqiqləşir. Özü də söhbət təkcə Robidən getmir. Onun həmyerliləri hardadı, köməkçiləri nə üçün vəzifə borclarını yerinə yetirmirlər? Qordan Tsipriç, Yanko Yankoviç və Draqan Spasiç bizim boğazımızdan kəsilən neft pullarından ona görə maaş alırlar ki, milli komandamızda köməkçi-məşqçidilər. Yəni onlar Prosineçkiyə yardım etməlidilər. Bu yardım təkcə oyunlar və məşqlər zamanı Robinin ətrafında dolaşmaqdan ibarət deyil ki. Onların hər biri avrokuboklarda iştirak edən bir klubumuzun oyununa gedə bilməzdimi? Hansısa biri Bakıya daha tez qayıdıb, premyer-liqanın ilk turlarına başa çəkə bilməzdimi? Hər işi Mahmud Qurbanovla Faiq Əzizov görəcəksə, xorvatlara ildə 1,2 milyon avronu niyə ödəyirik? Nə üçün onlara da Prosineçkiylə birlikdə uzunmüdətli məzuniyyət haqqı veriblər? Gördüyünüz kimi, ortaya xeyli əsaslı narahatlıq və narazılıq doğuran suallar çıxır. Bunlara isə Elxan Məmmədovun özündən cavab soruşmaq çox yaxşı olar. Amma bu sualların heç birinə görə Prosineçkiyə olan hörmətim azalmır. Ətrafımızdakı çoxlarının görəndə təzim etdiyi AFFA rəhbərliyini adam göz görə-görə ələ salır. Ona necə hörmət etməyim? Bacardığı üçün ona canımız qurban. Təki sağ-salamat gəlib çıxsınlar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar