19 avq 16:36Yazar

Qa-ra-bağ!

Emosiyalar sakitləşdi. Artıq bəzi məsələlərə soyuq basla yanaşa bilərik.
Anşlaq və deyilənə görə, oyuna bilet tapmayıb bayırda qalan bir o qədər tamaşaçı. Yəni Olimpiya stadionunu dolduracaq qədər adam.
Onlayn satışın olmamasına və dəllalların biletləri nominaldan onqat baha qiymətə satmasına etiraz edənlər.
Əlbəttə, həvəskarlıqdan peşəkarlığa avtomatik keçid mümkün deyil. Amma "Qarabağ"ın kifayət qədər Avropa təcrübəsi və uğurlu idarəçiləri var. Məsələn, ötən ay Rusiyada keçirilən Konfederasiyalar Kubokunda "qara bazar"ın qarşısı tam alınmışdı. Bunun üçün onlayn və ya kassalardan bilet alan hər kəs eyni zamanda fərd olaraq "fanat identification" sistemindən keçməli, biletinin nömrəsi, rəngli fotoşəkli, ad-soyad, ata adı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsini həmin "fanat id"də göstərməli idi. Oyuna gələndə "fanat id" hər bir tamaşaçının boynundan asılmalı idi və bu sənəddə yazılan bilet nömrəsinin uyğunluğu yoxlanılırdı. Dəllalların bu sistemə qarşı nəsə fikirləşməsi qeyri-mümkün idi.
"Kopenhagen"lə cavab matçı ərəfəsində yenə xoşagəlməz durum var. Turfirmalar Danimarka paytaxtına təyyara bileti və 1 gecə oteldə qalmaq üçün nə az, nə çox - düz 3500(!!!) manat pul istəyir! Reallıqdan çox uzaq olan bu kosmik rəqəmə hətta oyuna bilet də daxil deyil! Deyilənə görə, "Qarabağ" azarkeşləri üçün nəzərdə tutulan bütün biletlər kluba verilib. Belə olan halda kassalardan bilet alacaq azarkeşlərimiz danimarkalı fanatlarla eyni sektora düşəcək...
Bu məsələnin dünyada qəbul olunmuş sivil yolu klubun öz turfirması vasitəsilə çarter reyslərini təşkil etməsidi. İllik abunələrə sahib fanatlardan demək olar ki, heç bir qazanc güdmədən onların tribunalardan azarkeşlik etməsini təmin etmək mümkündü. Digər azarkeşlər üçün paketlər isə qiymətinə görə klub fan-klubunun üzvləri ilə müqayisədə baha olsa da, məqbul qiymətə satılır. Paketə yalnız aviabilet və otel yox, həmçinin qonaq sektora bilet, viza dəstəyi, transferlər, şəhər gəzintisi, sığorta və s. daxil olur. Amma necə deyərlər, "Amerika birdən qurulmayıb". Təki "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsün, bu məsələlər də həllini tapar.
ÇL-in qrupuna düşmək üçün isə "Qarabağ"ın hər cür şansı var. Çempionumuz rəqibdən güclüdü. Bunu Bakıdakı oyunda da gördük. Püşk üzümüzə gülüb və demək olar ki, potensial rəqiblərdən ən zəifini çıxarıb. Bu şansı qaçırmaq olmaz. Düzdü, ötən il "Viktoriya"dan da güclü idik. Amma indi daha təcrübəliyik və ən əsası çox ciddi iki üstünlüyümüz var. Səfərdə yaxşı oynamağımız və 1:0 hesablı ev qələbəsi. Avrokuboklar tarixində evdə qol buraxmadığı bütün oyunlarda "Qarabağ" mərhələ keçib! "Bir qol vursa, söhbət bağlanır" deyənlərin isə həyəcanlanmamasını istəyirəm. "Qarabağ" qol vurmayıb, 0:0 oynasa da, bəs edir.
Sonda vurduğu qollarla "Metallurq", "Visla", "Yanq Boyz" kimi tarixi zəfərlərin memarlarından biri, "Portdaun"a vurduğu 3 qolla cütün taleyini təkbaşına həll etmiş və adını "Qarabağ" tarixinə böyük hərflərlə yazdırmış bir FUTBOLÇUdan danəşmaq istəyirəm. Bəli, o böyük hərflərlə FUTBOLÇUdu. Azərbaycanın ən təhlükəli, istedadlı və texnikalı hücumameyilli FUTBOLÇUsudu. Azarkeş deməyə dilim gəlməyən bəzi səviyyəsizlər onu kiçik səhvi olanda belə stadionda fitə basır, sosial şəbəkələrdə lağ obyeltinə çevirir. Bu adamlardan düşükləməyə son qoymağı xahiş edirəm. Əfran İsmayılov da, başqa yerli futbolçular da "Qarabağ" adının, geydiyi formanın dəyərini sizdən yaxşı bilir. Ya dəstək olun, ya da öz işinizlə məşğul olun! Belə azarkeşlik nə "Qarabağ"a, nə də Azərbaycan futboluna heç bir fayda verəsi deyil!
Yuxarıda dediyim kimi, Əfran "Qarabağ" tarixinə adını yazdırmış BÖYÜK FUTBOLÇUDU! Və zamanı gələndə yenə dəfələrlə sübut etdiyi böyüklüyünü də, futbolçuluğunu da göstərəcək. Barı siz kiçik olmayın!
Böyük komanda böyük futbolçular sayəsində böyük olur! Həm də böyük azarkeşlər sayəsində...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar