16 avq 23:37Yazar

Hamı futbol üçün darıxıbmış...

103 günlük fasilə, nəhayət, başa çatdı. Yay fasiləsi dönəmində ölkə futboluyla yaxından maraqlanan hər kəs bu qayğıyla yaşadı: “çempionat başlasaydı, dərdimiz olmazdı”. Düzdü, Azərbaycan birinciliyi bütün komponentlərdə aparıcı Avropa çempionatlarından geri qalır. İstər oyunun səviyyəsi, istər təşkilatçılıq, istərsə də azarkeş sayı baxımından. Sadəcə, çempionatımız bizim üçün doğmadı. Buranın öz ləzzəti, dadı-duzu var. Çəkişmələr, atmacalar, qalmaqallar, hakim idarəçiliyi ilə bağlı narazılıq və sair. Həqiqətən də çox darıxmışdıq. Premyer-liqa oyunlarını izləmək, matçlardan reportaj hazırlamaq da adama doğma gəlir. Nə iləsə özünə çəkir.
Amma darıxan təkcə biz deyilmişik. Adamların ölkə futboluna necə “ac” olduğunu birinci tur ortaya qoydu. Açılış oyununda “Neftçi”ylə “Qarabağ” üz-üzə gəlirdi ki, “Bakcell Arena”dakı qarşılaşmanı izləyənlərin sayının 4800 olması təəccüb doğurmaya bilməzdi. Paytaxtda keçirilən oyunlarda hər imkanda rast gələ bilməyəcəyimiz rəqəmdi. Oyun əzəli rəqiblərin dueli sayılsa da, komandaların hər oyununa bu qədər tərəfdar gəlmir. Vəziyyətin belə alınmasında “Neftçi”nin heyətinin nisbətən güclənməsi və insanların ümidlənməsi xüsusi rol oynadı. Digər tərəfdən də “Qarabağ”ın cari avrokubok mövsümündə Çempionlar Liqasının pley-offuna yüksəlməsi. Bir sözlə, 4800 rəqəmi xoşagələn hal kimi yadda qaldı.
“İnter” – “Qəbələ” görüşündə azarkeş sayını kim öyrənibsə, kimdən soruşub yazıbsa, olduqca ciddi səhvə yol verib. Protokolda göstərilən 500 rəqəminin heç bir əsası yoxdu. Oyunu izləyənlərin sayı bundan iki, bəlkə də üç dəfə artıq idi. Qarşılaşmanı canlı izləmişəm deyə, buna adım kimi əminəm. Sadəcə, kiminsə “yola verməsinin” nəticəsində belə vəziyyət yaranıb. Həmin gün “İnter Arena”da azı 1000 nəfər vardı.
Zirə İdman Kompleksinin stadionu 1400 nəfərlik olsa da, matça baxmağa gələnlərin sayı 900 idi. Bir Bakı kəndi üçün yetərincə yaxşı göstəricidi. “Səbail”in yeni yarandığını və azarkeşsiz olduğunu da göz önünə gətirsək, stadionun yolunu tutanların hamısının qəsəbə camaatı olması şübhə doğurmur. Öz aramızdı, Şüvəlanda, Mərdəkanda keçirilən çempionat oyunlarına nə qədər azarkeş gəlirdi? 100, 200, ən yaxşı halda 500. Deməli, həmin 900 nəfər də çempionat və doğma komandalarını iş başında görmək üçün əməlli-başlı darıxmışdı.
Bazar günü Sumqayıtda müşahidə etdiyimiz mənzərə isə xüsusi ləzzət verdi. Təsəvvür edin, rəqib nə “Qarabağ” idi, nə də “Qəbələ”. Heç “Neftçi” də deyildi. Lakin adamlar “Kəpəz”in iddiasının fərqinə varmadan “Sumqayıt”ı dəstəkləməyə gəlmişdi. 1326 yerlik stadionun tam dolması, üstəgəl, 1000-ə yaxın azarkeşin ayaqüstə qalması sevindirici fakt kimi yadda qaldı. Futbolun sevildiyi şəhərdə bu dərəcədə ajiotaj təəccüblü görünmədi.
Elə bilirsiz futbol üçün darıxan təkcə jurnalistlər və azarkeşlər idi? Məşqçilərlə futbolçuları da unutmaq olmaz. 4 oyunda 14 qolun qeydə alınması və bütün komandaların qol vurması açıq futbola üstünlük vermələrinin bariz nümunəsi, qol vurmaq üçün alışıb-yanmalarının nəticəsiydi. Hər biri vurduğu qolu çılğınlıqla qeyd edir, qaçmaqdan, mübarizə aparmaqdan yorulmurdular. Futbolçuların gözlərindəki alovu görmək üçün yanlarında olmağa ehtiyac yox idi. Hətta tribunadan da görünürdü.
Hakimlərin ciddi səhvlə yadda qalmaması da mövsümün yeni başlamasıyla bağlıydı. Gümrah görünən ədalət təmsilçiləri bacardıqları qədər nöqsanlardan uzaq durmağa çalışdılar. Əlavə təzyiq yox idi deyə, işləri “yağ” kimi getdi. Ümid edək ki, belə də davam edəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar