16 avq 15:58Yazar

Dəyərsizləşməyin!

Avqustun 10-dan 11-ə keçən gecə... Kompüter arxasındayam. Gözlərimdən yuxu tökülsə də, həsrətlə Ramil Quliyevin qaçış cığırına çıxmasını gözləyirəm. Bir il əvvəlkindən fərqli, bu dəfə medal qazanacağına inanıram. Axı indi finalda Useyn Bolt və Yohan Bleyk kimi yamaykalı “əjdahalar” qaçmır. Dəfələrlə dünya və olimpiya çempionu olmuş, ağlasığmaz (bəlkə də təkrarolunmaz) rekordların müəllifi Boltun 200 metr məsafədə yarışmayacağı daha öncədən bəlli idi. Bleyk isə gözlənilmədən yarımfinalda mübarizəni dayandırmışdı. Belədə Quliyevin ilk “3-lük”də yer alacağına inam xeyli artmışdı. Bəlkə də məndə bu inamı artıran onun bir gün əvvəl verdiyi iddialı açıqlama idi. “TRT Spor”un əməkdaşıyla söhbətdə “sabah yağış olmayacaq və daha sürətli qaçacam” söyləyən Ramilin gözlərindəki qığılcım özünəinamın göstəricisiydi.
Və həmin an... Son metrlərdə iki qaradərili atletlə yanaşı qaçır və son anda başını irəli ataraq, 0,2 saniyəlik fərqlə rəqiblərini qabaqlayır. Qələbə sevinci, “Matç” TV-nin xanım əməkdaşlarının öz idmançıları çempion olubmuş kimi şadyanalıq etməsi, Quliyevin gözyaşları, “TRT Spor”un şərhçisinin titrəyən səsi – bunlar hamısı yaddaşıma həkk olunub. Bəlkə də illər keçəcək, yenə də həmin möhtəşəm, qürurverici anlar unudulmayacaq. Xanım həmkarlarımızın Ramilin azərbaycanlı olduğunu dönə-dönə qeyd etməsi idmançının bayrağımıza sarılması qədər şərəfləndirdi bizi.
Düz bir il əvvəl Nicat Rəhimov olimpiya çempionu olmuş və təkanlaqaldırmada dünya rekorduna imza atmışdı. Həmin anda da çox sevinmiş, sevincimizi sosial şəbəkələrdə bəyan etmiş, idmançını burdan perik salanları yaxşıca “yad” etmişdik. Ancaq Quliyevi Rəhimovdan fərqləndirən, üstün tutan bir cəhət vardı. Ramil Nicatdan fərqli, Azərbaycan bayrağına sarıldı və fəxrlə arzusunun bu bayraqla dövrə vurmaq olduğunu söylədi. Ramilin uğuru həm də ona görə daha böyük status daşıyır ki, o hər ölkənin idmançısının uğur qazana bilmədiyi atletikada fərqlənib. Təsəvvür edin, atletika ənənələri bizdən qat-qat zəngin olan, infrastrukturu, strukturu və klublaşma sisteminə görə bir çox ölkələri qabaqlayan Türkiyə indiyədək bu növdə dünya çempionu yetişdirə bilməmişdi. Bu ilk azərbaycanlı balasından gəldi. Qürurlanmayasan, neyləyəsən?! Xüsusən də qısa məsafəyə qaçışda ağdərili sprinterin fəxri kürsünün ən yüksək pilləsinə qalxması futbolda yığmamızın dünya çempionu olması qədər möcüzəvi uğurdu.
Quliyev dünya çempionu olandan sonra bu ölkədən qaçaq düşməsinin səbəbkarları axtarıldı. Hədəf isə iki nəfər idi. Çingiz Hüseynzadə və Azad Rəhimov. Cümə günü qəzetimizin arxivinə göz gəzdirdim. Sprinterlə bağlı silsilə yazılarım “Futbol+”dəki ilk ilimə - 2011-ə təsadüf edir. Elə ilk yazım da məhz Ramillə bağlı olmuşdu. Əvvəlcə yığmanın baş məşqçisi Məhərrəm Sultanzadəni, daha sonra “Fənərbaxça”nın atletika şöbəsinin rəhbəri Fikrət Çətinkayanı danışdırmışdım. Klub rəsmisi iddia edirdi ki, Ramilin atası Eldar kişi məhz Azərbaycan Atletika Federasiyanın rəhbərliyinin təzyiqləri nəticəsində infarkt keçirərək dünyasını dəyişib. Hər halda, mərhumun oğlu belə iddiada idi. Elə qəzetimizə verdiyi müsahibədə də sprinter atasının bu səbəbdən vəfat etdiyini bildirdi. Onu da əlavə etdi ki, ölkəmizdə yaxşı məşq etməsi üçün heç bir şərait yaradılmayıb. Üstəlik, yalnız AAF rəhbərliyi və baş məşqçi istefaya göndəriləcəyi halda vətənə qayıdacağını da bildirdi. Sultanzadə sonradan müsahibə verərək Quliyevin iddialarını təkzib etdi. Deyilənə görə, Ramil qəbul imtahanında yetərli bal toplamasa da, ADBTİA-ya nazirliyin yardımıyla qəbul olunmuş, gendəngəlmə xəstəliyi lazer üsuluyla müalicə edilmiş, bir çox istəkləri dərhal olunmuşdu. Hətta kommersiya gəlirlərindən AAF-a ödəməli olduğu 10-15 faizdən də Çingiz Hüseynzadənin imtina etdiyi söylənilirdi. Belə başa düşülürdü ki, sprinterin əsgərlik problemi yoluna qoyulub, “Fənərbaxça”nın tərkibində hazırlıq keçilməsinə icazə verilib. Bundan əlavə ona 3000 manat maaş təklif olunsa da, Quliyev aylıq 5000 manat istəyirmiş.
Mənə belə gəlir ki, idmançının atası sağ olsaydı, Ramil ölkəni tərk etməyəcəkdi. Hər nə qədər müəyyən istəkləri qarşılanmasa da, Eldar Quliyev oğlunun başqa ölkənin vətəndaşı olmasına razı olmazdı. Hər halda, mən belə düşünürəm. Yaddaşım məni yanıltmırsa, ata Quliyev həmin vaxt AAF-da vitse-prezident vəzifəsində çalışan Mehdi Nağıyevlə oğluna görə intriqa yaşayıbmış. İnfarktdan dünyasını dəyişməsini də bu təzyiqlə izah edirlər. Atasının ölümü, “Fənərbaxça”nın və Türkiyə Atletika Federasiyasının cəlbedici təklifi və gənclik dövrünün verdiyi çılğınlıq Ramilin qardaş ölkənin vətəndaşlığına keçməsini şərtləndirən səbəblərdi. İndi artıq keçmişi çox qurdalamağın da mənası yoxdu. Onsuz da Çingiz Hüseynzadənin bu gün keçirəcəyi mətbuat konfransını jurnalistlər səbirsizliklə gözləyir. Ki köhnə dosyeni açıb, AAF prezidentini sorğu-suala çəksinlər.
Əsas məsələ bundan sonra əvvəlki səhvləri təkrarlamamaqdı. Demirsiz, ölkə idmanında böhrandı? Xub. O zaman idmanımızı legionerlərdən bilmərrə təmizləyin. Onlara verdiyiniz böyük maaşa, tutduğunuz kirayə mənzilə ayrılan vəsaitə də qənaət etmiş olarsız. Əvəzində həmin pulu yerli istedadların inkişafına xərcləyin. Xərcləyin ki, onlar da Ramilin, Nicatın etdiyini təkrarlamasın. Onsuz da güclü idmançılarımızı ovlamaq üçün pusquda duran o qədər ölkə var ki. Dəyərlərimizə sahib çıxın! Sahib çıxın ki, daha da dəyərsizləşməyin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar