15 avq 12:02Yazar

Məcburi köçkünlər

Deyirəm futbolumuzun da “mənəm-mənəm” deyən dövrü var idi. Futbolçuları görən qarşısındakını ərəb şeyxi zənn edər, həmin futbolçular özlərini ölkənin ulduzu rolunda görər və beləcə, hər yerindən duran “mənim də oğlum futbolçu olacaq” fikriylə dünyadan xəbərsiz balanın əlindən tutub məşqə aparardı. Ki, oğlu ən asan yolla milyonçu olacaq, evə bağlama-bağlama dollar gətirəcək. Yel əsmişdi, qoz tökülmüşdü. Yığırdın, qurtarmaq bilmirdi.
O dönəmlərin ən maraqlı cəhətlərindən biri də futbolçu oğullarımızın karyerasını xaricdə davam etdirmək istəməməsiydi. Vətən dardaydı deyə, atəşkəs hər an pozula bilərdi və beləcə müharibə başlayardı. Ona görə də risk edib yad ölkədə oynamaq istəmirdilər. Ürəyi istədiyi pulları evin içində qazanırdılar. “Qa” deyəndə “qa” gəlirdi, “qu” deyəndə “qu”. Təkcə “podyomnı” puluna şəhərin mərkəzində 2 otaqlı ev alırdılar. “Bakı”sı, “Xəzər Lənkəran”ı, “Qəbələ”si, “Neftçi”si, “İnter”i elə pullar təklif edirdi ki, buraları qoyub sərhəddi o tərəfə keçənə axmaq deyərdilər. Kim idi 300-400 minə “yox” deyib, 50-100 minə görə Albaniyaya, Çexiyaya gedən? Maraqlanan əcnəbilərə də elə qiymət “oxuyurdular” ki, avropalıların əlləri üzlərində qalırdı. Şəxsən Kamran Ağayevlə Rauf Əliyevə görə qollarını çırmalayan klubların adlarını yaxşı xatırlayıram. Kamran “əsgərlik problemim var, gedə bilmirəm” bəhanəsiylə “Xəzər Lənkəran”ın 400 mininə arxa çevirə bilmirdi, Rauf da “cavanam, gələcəyim qabaqdadı” düşüncəsiylə “Bakı”da, “Xəzər Lənkəran”da vaxt keçirməyi avropalıların tum pulundan üstün tuturdu. Araz 5-6 min avroya görə “Panionios”da kiminsə sözünü götürməyi özünə sığışdırmırdı. Qəlyanı kim “dartacaqdı”, “Maseratti”ni kim “xoruldadacaqdı”? Gedənlər də uzağı 1 ilə üstümüzə qayıdırdılar.
Çərxi-fələk elə dövr elədi ki, hər şey tərsinə dəyişdi. Dolların bahalaşmasıyla futbola axıdılan milyonlar da işinin dalınca getdi. Lap dəqiq desək, maaş məsələsində futbolun “anasını ağladan” iki olliqarx – Hafiz Məmmədovla Mübariz Mənsimovun səhnədən çəkilməsindən sonra işlər qaydasına düşdü. İndi arzulanan pulları verən cəmi iki klub qalıb – “Qarabağ”la “Qəbələ”. Ora da hər adam düşə bilmir. Uzaqbaşı 15-20 azərbaycanlı. Qalanları ya dırnaqlarını yeməyə məcburdular, ya da ölkədən qaçıb getməyə. Əli yüzminlərlə oynamağa öyrəşənlərin qəpik-quruşa razı olacaqları onsuz da inandırıcı deyildi. Vəziyyətin düzələcəyinə ümid edib, 1-2 il gözləyəcəkdilər, necə ki gözlədilər. Tam o vaxta - bundan artığına ümid etməyin mənasız olduğunu dərk edənə qədər. Bircə çıxış yolu qalmışdı. Menecerlərə ağız açıb Avropaya yollanmaq. Başqa cür desək, burdakından yaxşı qazanmaq. Futbol oynamaq yox ha, məhz qazanmaq. Oynamaq, “artırmaq” fikirləri olsaydı, vaxtında bu addımı atardılar. Kamran ölkə klublarından heç kimə lazım deyil deyə, son iki ili Türkiyədə, sonra da Portuqaliyada keçirdi. İndi də sorağı Çexiyadan gəlir. Hər dəfə “darıxıram” mesajıyla burdakı imkanlıların diqqətini çəkəcəyinə ümid etsə də, qulaq asan yoxdu. Darıxa-darıxa xaricdə oynayıb pulunu qazanır. Araz da onun kimi. “Neftçi”də, ardınca da “Qəbələ”də möhkəmlənə bilmədiyini görüb acıq vermək üçün Kiprə yollandı. Ki, Elxan Abdullayevlə Roman Qriqorçuka gözdağı versin, “Maseratti”ni satıb təzə “Range Rover” alsın. Ad olsun ki, kişi legioner həyatı yaşayır. Məcburiyyət qarşısında verdiyi qərar idi. Çox güman, Rauf də “Kukesi”də peyda olacaq. O da həyatında ikinci qaçqınlıq həyatını yaşayacaq. İlk dəfə uşaq ikən Fizulidən məcbur qaçmışdısa, bu dəfə “dabanına tüpürüb” Azərbaycan futbolundan qaçmaq istəyir. Öz aramızdı, “İnter”dəki vəziyyət çətindi, pullar vaxtında verilmir. Rauf nə qədər dözsün, dərdini kimə desin? Vaxtında qazandığı milyonlar kül olub havaya sovrulub. Bundan sonra nəyin bahasına olur-olsun, qazanmaq lazımdı. Başqa yol yoxdu.
Getsinlər, yolları açıq olsun. Oynasınlar, özlərinə gün ağlasınlar. Bəlkə bu yolla ölkəmizin adı daha çox tanınar, başqa azərbaycanlılara da yol açılar. Millinin heyətində daha çox legioner adını görmək qürurverici olar. Amma bir məqamı unutmasınlar. Onlar öz xoşları ilə legioner həyatı yaşamağa qərar verənlər deyil. Onlar qaçqındılar, məcburi köçkündülər. Pulsuzluqdan başlarını götürüb qaçandılar. Uğur olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar