13 avq 13:08Yazar

Dənizlinin yeri məlum…

Georgi Nikolov bizimlə babat məzələnib. Deyib ki, “İnter”in adını gərək “Zabrat” qoyardılar. Klubun harda yarandığını nəzərə almaq lazım imiş. Bolqar dostumuz dəfələrlə mənim də yazılarımın hədəfi olub. Azərbaycana, futbolumuza və “Neftçi”yə yuxarıdan aşağı baxdığına görə onu çox tənqid etmişəm. Amma bu dəfə adam haqlıdı. Nikolovu qınamaq üçün səbəb tapmıram. Birvaxtlar AFFA prezidenti “İnter”in adının “Keşlə”yə dəyişdirilməsini təklif edəndə bizə gülmək gəlirdi. Elə bilirdik ki, Rövnəq Abdullayev zarafat edir. Ay ötdü, il dolandı, ağlımıza gəlməyən başımıza gəldi. Kluba AFFA tərəfindən təhkim olunmuş Zaur Axundov bu addıma haqq qazandırmaq üçün elə elmi-fəlsəfi açıqlamalar verib ki, “Tarixi-Nadir”i yarıya qədər oxumaq da onu tam anlamaq üçün yetərli deyil. Artıq yolun solundayıq. Azərbaycan futbolu ildən-ilə daha bərbad günə düşür, bir qrup adam onu kefi istədiyi kimi idarə edir. Nə UEFA və FİFA-dan onların niyə belə etdiyini soruşan var, nə dövlətdən. Məni ən çox təəssüfləndirən ictimaiyyətin və mətbuatın susqunluğudu. Sanki hamımız üçün bir Müşahidə Şurası yaradıb, adımızı ora yazdırıblar. Özü də baş katib Elxan Məmmədovun qızıldan qiymətli açıqlamalarından birində dediyi kimi, idarəçiliyə qarışmaq ixtiyarımız yoxdu, yalnız və yalnız müşahidə etməliyik. Daha bu müşahidələrimizin nəyə faydasının toxunacağını da bilmirik. Futbolumuzun başbilənləri iddia edirlər ki, futbol klublarına yerləşdikləri ərazilərin adını verməklə azarkeşlərin diqqətini cəlb edəcəyik, onları tribunaya qaytaracağıq. Almaniyada milyonlarla türk yaşayır. Dədə-babaları ötən əsrin 70-ci illərindən ora köç ediblər. Amma körpələri dünyaya gələndən sonra “Fənərbaxça”lı, “Qalatasaray”lı və ya “Beşiktaş”lı olurlar. Futbola sevginin, tribunaya getməyin Keşləyə nə dəxli var? Keşlə qəsəbəsində yaşayan adam illərdi stadionun yolunu tanımayıbsa, futbolla maraqlanmayıbsa, onun nə vecinə Svanadzenin çalışdırdığı komandanın adı “İnter” olacaq, ya “Keşlə”?! Dövlət başçısı 2005-ci ildə təsdiqlədiyi proqramla AFFA-nın qarşısına futbolu kütləviləşdirmək, populyarlaşdırmaq, onu əyalətlərə yaymaq tapşırığı qoymuşdu. Yalnız bundan sonra biz Azərbaycanda futbolun inkişafı haqda düşünə bilərdik. Ölkənin hər rayonunda, kəndində bir meydança olacaqdı, uşaqlar orda topun dalınca qaçacaqdılar. Aralarından 15-20 nəfəri də fərqlənəcəkdi. AFFA-nın bölgələrə futbolçu seçməyə (kabab yeyib, araq içməyə yox ha!) göndərdiyi mütəxəssislər də onları özləri ilə birlikdə Bakıdakı Akademiyaya gətirəcəkdi. Həmin uşaqlar akademiyada təhsil alacaqdılar, yaşayacaqdılar və xüsusi nəzarət altında Vəli Qasımovun, Nazim Süleymanovun, Anatoli Banişevskinin, Qurban Qurbanovun davamçısına çevriləcəkdilər. Yox, əzizim. Futbolun belə inkişafı AFFA-ya sərf etmədi. Onlar pulları Berti Foqtsun cibinə, Almaniyada adı olub özü olmayan futbol məktəbinə, əcnəbi idman direktorlarına, standartlara uymayan süni örtüklü meydançalara, AFFA-da qohum-əqrəbalarını işlə təmin etmək üçün ştat şişirtməyə sərf etdilər. Çünki Həsən, Məmməd, Rəsul, yaxud da Əli yaxşı futbol oynasaydı, Daniel Axtyamova, Maqomed Kurbanova, Maqomed Mirzabekova qucaq aça bilməyəcəkdilər. “Milliləşdirilmiş” futbolçu biznesi çiçəklənməyəcəkdi. Klublara öz futbolçularını sırıya bilməyəcəkdilər. Bundan ötrü də müstəqil olmağa çalışan klubların hərəsinə bir badalaq vurdular. Səsini çıxarmaq istəyənin səsi kəsildi. Ölkənin dörd bir yanında futbol meydanları boş qalıb. Salyan stadionunu alaq basıb, Lənkəran stadionunun qapısı qıfıllanıb, “Bakı”nın bazası göz dağına çevrilib. AFFA-da oturanlar da elə bilir ki, “İnter”in adını “Keşlə”yə çevirməklə Azərbaycan futboluna ölmüş marağı dirildəcəklər. Mən iddia etmirəm ki, biz onlardan ağıllıyıq. Əksinə, onlar nə etdiklərini çox gözəl bilirlər. Azərbaycan futbolu sıxılır, kiçilir, cılızlaşdırılır. Ta o qədər edəcəklər ki, Elxan Məmmədovun bir əlinin ovucuna sığışsın. Artıq Azərbaycan premyer-liqasını da Bakı və qəsəbələrin birinciliyinə tay ediblər. “İnter”i “Keşlə”yə çevirirlər. “Səbail”i yaradıb “Bayıl futbolu”nu türkün sözü gəlişdirirlər. AFFA-da bir vəzifəsi olanların hamısını elitanın debütantından ikinci işlə təmin ediblər ki, əməkdaşların asudə vaxtı səmərəli təşkil olunsun. Mikayıl Nərimanoğlunun “Kəpəz”dəki fəaliyyətinin “uğurlu” olması Elxan Məmmədova qol-qanad verib. Yeri gəlmişkən, “Kəpəz”in də adı Gəncənindi, amma yaxasında 4000 rəqəmi gəzdirən klub gününü Mərdəkanda keçirir. “Neftçi”ni “8-ci kilometr” qəsəbəsindəki binaların arasında gizlədiblər. Əlacları olsa, “Qəbələ”ni də əllərinə keçirib, Buzovnaya təhkim edərlər. Beləcə ölkə futbolunun bir ovuca sığdırılması prosesi uğurla yekunlaşardı. Deyirəm Mustafa Dənizlinin yeri məlum. Şikayətlənirdi ki, belim ağrayır, Lənkərandan Zaqatalaya avtobusla gedə bilmirəm. İndi bizim çempionat əsl onun yeridi. Nə Lənkəranda futbol var, nə də Zaqatalada. Heç Bakıdan kənara çıxmağa da ehtiyac qalmayıb…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar