10 avq 16:33Yazar

Rauf Əliyevin gecikmiş gedişi

İllərdi ki, gözümüzün önündədi. Başlıqdan anladınız ki, Rauf Əliyevdən bəhs edəcəyəm. Onun bir futbolçu kimi yüksəlişi “Qarabağ”ın parlamasıyla üst-üstə düşüb.2009-cu ildə hələ gənc idi, nəzərləri üzərinə o qədər də cəlb edə bilməmişdi. Amma növbəti ilə həm ona, həm də “Qarabağ”a daha da uğurlu oldu. “Köhlən atlar” Avropa Liqasının ilkin mərhələsində Skopye təmsilçisi “Metallurq”u yolundan kənarlaşdırdı. Növbəti rəqib isə daha çətin sayılan “Visla” idi. Polşada sürprizə imza atdıq, Vüqar Nadirovun qoluyla turu keçmək üçün əla şans qazandıq. Bakıdakı cavab oyunu isə uzun müddət yaddaşlarımızdan silinmədi. “Visla”nı 3:2 hesabıyla yendiyimiz qarşılaşma avrokuboklar tarixində yerli futbolçularımızın ən çox parladığı oyunlardan biridi. Onda hələ indiki kimi “Qarabağ”ın heyətinin əsasını legionerlər təşkil etmirdi. Ağdam təmsilçisinin ağır yükünü elə Qurban Qurbanovun özü kimi gənc olan futbolçular daşıyırdı. Üzərindən 8-9 il keçib. “Visla”nın qapısına vurulan, bizi dünyanın xoşbəxti edən qollardan birinin də müəllifi elə Rauf Əliyev idi. Həmin gündən etibarən azərbaycanlı futbol azarkeşlərinin diqqətini üzərinə çəkdi, özünün istedadlı futbolçu olduğuna işarə vurdu. Amma min təəssüf ki, onun klub karyerasını elə də parlaq adlandırmaq mümkün deyil. Yavaş-yavaş “Qarabağ”la yanaşı millidə də özünü göstərməyə başlamışdı. Azərbaycanda bu tip forvardın uzun müddətdən bəri yetişmədiyini, ölkə futboluna yeni qolçunun gəldiyini deyirdilər. Raufun və onunla birlikdə digər həmyaşıdlarının parlaması futbolumuzda milyonların dövr etməsiylə üst-üstə düşdü. Onda ölkə futbolunda dəbi əsasən “Xəzər Lənkəran”la “Bakı” müəyyənləşdirdi. Taleyin istehzasıdı ki, onlardan heç biri böyük uğurlar qazana, zəngin klub imicini qoruyub saxlaya bilmədilər. Yaxın dostum olan futbolçulardan biri həmin günlərdə nəql edirdi ki, “Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal bəy Əfrana 400 min dollar təklif edib, amma İsmayılov məbləğə daha 50 min əlavə olunmasını istəyib. Eyni təkliflərin Raufa gəldiyinə də şübhə yox idi. Bu iki futbolçunun karyerasının belə enişli-yoxuşlu olmasına, onlardan gözlədiyimizi ala bilməməyimizə səbəb də elə həmin dövrə düşmələri oldu. Məmmədovlarla Mənsimovların milyonları onların başını döndürdü, gözlərini qamaşdırdı. 2012-ci ilin yayını yaxşı xatırlayıram. Premyer-liqada yeni mövsümə start verildi, amma Raufun “Qarabağ”da qalıb-qalmayacağı hələ bəlli deyil. İlk turun oyununda Qurbanov onu ehtiyatda saxlamışdı. Komandasının qol vurmağa çətinlik çəkdiyini görüb Raufu yanına çağırdı, əlini sıxıb onu meydana buraxdı. Amma “Rəvan”ın intizamlı müdafiəsini yarmaq mümkün olmadı, oyun qolsuz başa çatdı. Mətbuat konfransında Raufun gələcəyi ilə bağlı Qurban bəyə sual verdim. “Təkliflər var, dəyərləndirəcəyik, getmək istəsə saxlamayacağıq” dedi. Özümü saxlaya bilməyib “bəs hücumçunuz getsə, siz neynəyəcəksiz?” soruşdum. “Bir şey fikirləşərik” deyib, gülümsədi. Raufun “Xəzər Lənkəran”la sövdələşməsi alınmadı, amma “Qarabağ”da da qərar tutmadı. Qışda “Bakı”yla anlaşdı. Elə o gedişiylə də uzun müddət eniş yaşadı. Qazandığı pulların verdiy məstlikdənmi, zədələrdənmi, bəxtsizlikdənmi bilmirəm. Amma həm formadan, həm də gözdən düşmüşdü. Qurbanov isə sözünün üstündə durdu. “Qarabağ” strategiyasını dəyişdi, yerli gənclərin pul görən kimi başlarını itirdiyini anlayıb, onların nazıyla çox da oynamağa ehtiyac duymadılar. O zamandan bəri Qurban Qurbanov və klub rəhbərliyi daha çox əcnəbilərə üstünlük verir, yerliləri “şişirtmirlər”. Zaman isə onları haqlı çıxarıb. Rauf isə bir az istedadının, bir az da xarakterinin yardımıyla ziyanın yarısından dönməyi bacardı. Yavaş-yavaş köhnə günlərini xatırlatmağa başladı, zədələrə və uğursuzluqlara qalib gəldi. “İnter”də özünü isbatlamağa başlamışdı ki, klub maddi sıxıntılar burulğanına düşdü. Yenə də pul onun karyerasına əngəl törətdi. Bu dəfə onu qınamayacam. Artıq yaş o yaş deyil, nə də ki, “İnter”in vəziyyətdən çıxacağı inandırıcı görünmür. Deyəsən, Rauf da kamilləşib. Şansını “Qəbələ”də yox, Avropada sınamaq həvəsindədi. “Kukesi” heç də arzuladığımız klub olmasa da, onun harasa keçidində trampilin rolunu oynaya bilər. Hər halda Albaniya futbolu “köhnə qitə”yə bizdən daha yaxındı. Uğur olsun, Rauf. Bir az gecikmiş də olsa, gedirsən. Kaş ki, karyeranın daha yaxşı vaxtında, gənc yaşlarında bu yolu tutaydın. Eybi yox, gec olubsa, qoy güc olsun. Amma tez-tələsik geri dönmək fikrinə düşmə. Burda hər şey gördüyün kimidi!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar