09 avq 13:55Yazar

Prosineçkinin məzuniyyəti nə qədərdi?

Prosineçkinin məzuniyyəti nə qədərdi?
Azərbaycan futboluna Biləcəridən o tərəfdə necə baxıldığını bizə ilk dəfə Berti Foqts başa salmışdı. Təqaüd yaşında AFFA-dan yağlı təklif alan almaniyalı qoca burdakı vəziyyəti, “boz bina”da oturanların tamahını və futbola baxışını görəndən sonra xeyli rahatlamışdı. Başa düşmüşdü ki, Azərbaycanda futbolun inkişafı, milli komandanın yaxşı nəticə göstərməsi sıravi azarkeşdən başqa heç kimə lazım deyil. Bu ölkədə futbolu idarə edənlər ona yalnız qazanc mənbəyi, öz şəxsi mənfəətlərinin təmin edilməsi üçün biznes növü kimi yanaşırlar. Foqts da gözünü yumub, ağzını açmışdı. Demişdi ki, Azərbaycan futbol ölkəsi deyil, burda şahmatı və güləşi sevirlər. Sözlərinin davamında bizi daha çox aşağılamışdı. Guya bizdə futbolu hansı ayaqqabı ilə oynamağın lazım olduğunu belə bilmirlər, ilk dəfə Foqts azərbaycanlı futbolçulara buts alıb veribmiş. Pulumuzu Almaniyadakı bank hesablarına dolduran, qarşılığında az qala üzümüzə tüpürən herr Berti millimizi çalışdırdığı 6 il ərzində bizə münasibətini dəyişmədi. Sanki Berlinə qədər gələn sovet qoşunlarının tərkibində qəhrəman Azərbaycan oğullarının çoxluq təşkil etməsinin qisasını alırdı. Bu münasibətinə görə səlahiyyət sahibləri arasında ona gözünün üstündə qaşının olduğunu xatırladan, “Azərbaycanda pul qazanırsan, bu ölkəyə və onun xalqına bir az hörmətlə yanaş” deyən tapılmadı. Çünki onlar Foqtsun rəhbəri deyildilər, biznes ortağıydılar. Alman qoca da onların maxinasiyalarından xəbərdar olduğu üçün özünü çox rahat hiss edirdi. Kimsədən çəkinmirdi.
Sizin də yadınızda olar, bir dəfə Bertinin istefaya göndəriləcəyi haqda xəbərlər dolaşırdı. Dərhal da hiyləgər Foqts mətbuata müsahibə verdi və “Azərbaycanda gördüklərimi unutmayacam. Nə vaxtsa mən də burda başverənlərdən, gördüklərimdən danışacam. UEFA və FİFA bu xəbərləri eşidəndə çox sevinəcək” dedi. Bununla da o ürəyindəki sirləri açacağına, AFFA-nın əməllərindən UEFA və FİFA-dakıların da xəbər tutacağına işarə vurmuş oldu. Nəticədə Foqtsun istefasıyla bağlı müzakirələr gündəmdən düşdü, onunla müqavilənin müddəti yenidən uzadıldı. İş o yerə gəlib çatdı ki, almaniyalı mütəxəssisi qovmağa, bu barədə Bakıda qərar verməyə də cürət etmədilər. AFFA-ya rəhbərlik edən dağdan ağır kişilər Xorvatiyaya alçaldıcı məğlubiyyətdən sonra İsveçrəyə yollandılar. Məhz orda Foqtsla yolları qansız-qadasız ayırmaq haqda razılıq əldə olundu. Alman qocanı yola salandan sonra illərlə ağzına su alıb susanların dili açıldı. Onun Bakıda az vaxt keçirdiyini, bizə yuxarıdan aşağı baxdığını etiraf etdilər. Biz də sevindik ki, nəhayət, günahlarını başa düşdülər, yeni məşqçi gətirəndə bu məqamı nəzərə alacaqlar. Amma zaman göstərdi ki, sevinməyə tələsmişik.
“Vətənpərvərlik əclafların sonuncu sığınacaq yeridi” deyimində olduğu kimi, AFFA-nın başbilənləri, konkret qurumun baş katibi Elxan Məmmədov Bertinin ayıblarından yeni “tapıntıları” vəsf etmək üçün yararlandı və sonrası unuduldu. Baş katibin rəhbərlik etdiyi təbliğatçılar qrupu Robert Prosineçkiyə bəy tərifi yağdıranda Foqtsun Bakıda az vaxt keçirdiyi, xorvatın isə paytaxtımızda məskunlaşacağını hər gün car çəkirdilər. Əcnəbi çalışdırıcının burda yaşaması, bizimlə eyni havanı paylaşıb, Bakının istisində qızınıb, soyuğunda üşüməsi bizim nəyimizə lazımdı? Sözsüz, onun qazandıqlarının hamısınıı burda yaşayarkən xərcləməsi, Azərbaycan iqtisadiyyatına xeyir verməsi də mümkünsüzdü. Biz ümid edirdik ki, Prosineçki burda yaşayacaq, Azərbaycan futbolu və onun problemləri ilə daha yaxından maraqlanacaq. Həmin problemlərin həlli yollarının tapılması üçün əsl dost kimi can yandıracaq, bilik və bacarığını, təcrübəsini azərbaycanlı mütəxəssislərlə paylaşacaq. Bir sözlə, bizdən birinə çevriləcək. Amma olmadı. Hanı verilən sözlər?
Bu yaxınlarda Prosineçkinin klublarımızın avrokuboklardakı oyunlarını izləməməsi haqda yazmışdım. Təkrarçılıq etməyim mövzu qıtlığından deyil, AFFA-nı qəflət yuxusundan oyatmaq istəyindəndi. Çıxarın Prosineçkinin müqaviləsini, ictimaiyyətə nümayiş etdirin. Biz də bilək ki, həmin müqavilədə Robinin illik məzuniyyəti neçə gün nəzərdə tutulub. İyunun 13-də məzuniyyətə yollanan çalışdırıcıdan düz iki aydı xəbər yoxdu. Adətən, fiziki və zehni baxımdan ağır işlər görənlərə uzunmüddətli məzuniyyətlər verilir. Heç onun da müddəti 60 günə çatmır. Nə də ki Prosineçkinin işi o qədər də ağır deyil. Onsuz da ilboyu stadionlara gəlmir, çempionatın oyunlarını izləmir. İl ərzində üst-üstə toplasaq, heç 30-40 gün milliyə məşq keçib, ya yox. Nədi onun bu qədər dincəlməsinin səbəbi? Hansı zəhmətinə görə bu qədər məzuniyyətlə mükafatlandırılıb, Azərbaycan klublarının avrokuboklardakı oyunlarını vecinə almadı? Bir izahatınız varmı, cənab Elxan Məmmədov?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar