02 avq 20:36Yazar

Axı “Şerif”in nəyi qorxuludu?

Axı “Şerif”in nəyi qorxuludu?
Azərbaycanla İran arasındakı sərhədlərin yeni açıldığı vaxtlar idi. Bizim dövlət televiziyası günün günorta çağında İran kanalına qoşulurdu, farsların çəkdikləri filmlər tez-tez nümayiş olunurdu. Belə filmlərdən biri də “Gecə zəngləri” adlanırdı. Naməlum şəxs gecələr fərqli adamlara zəng vurub, bir neçə saatdan sonra öləcəyini deyirdi. Həmin adam həqiqətən də sonradan evində ölü tapılırdı. Ölünün qızıl dişlərini çıxarırdılar, paltarlarını soyundurub bazarda satırdılar. Bu işləri də əzazil görkəmli bir kişi həyata keçirirdi. Köməkçisi isə qorxduğundan küncə sıxışıb qalırdı. Onun belə davranışını görən həmin kişi də köməkçisinə üzünü tutur, “yaxın gəl, oğlan, yaxın gəl. Axı ölünün nəyi qorxuludu?” deyirdi. Üzərindən neçə illər keçib, amma filmin həmin səhnəsini hələ də dəqiq xatırlayıram. Bəlkə də o kəlmələri çoxumuzun uşaq qəlbindəki məlum qorxunu yenməyə olan çağırış kimi qəbul etmək də mümkündü. İllər keçəndən sonra böyüyüb, ölüdən qorxmağın həqiqətən də lazım olmadığını anladıq...
Heç bir halda “Qarabağ”ın bugünkü rəqibi “Şerif”i təhqir etmək, Moldova çempionunu cansız bədənlə, cəsədlə müqayisə etmək fikrim yoxdu. Söhbət içimizdəki qorxu hissindən gedir. İranlıların çəkdiyi həmin filmdəki bədheybət obrazın sözlərini də məhz bu səbəbdən xatırladım. Üşənsək də, çəkinsək də, sonradan anlayırıq ki, qorxacaq bir şey yox imiş. Burda haşiyə çıxıb, “ölülərdən yox, dirilərdən qorxmaq lazımdı” yazmaq da olar. Amma indiki mövzumuz o deyil. Biz “Şerif”dən qorxmamalıyıq. Əlbəttə, futbolda hər bir rəqibə hörmət etmək vacibdi. Bizim birvaxtlar möcüzəyə imza atıb İsveçrəni, Finlandiyanı, Serbiyanı yendiyimiz kimi futbolda bir çox sürpriz nəticələr olur. Şablon deyimdə dəfələrlə eşitdiyimiz kimi meydan düz, top da yumrudu. Hər iki tərəf oyuna iki əli, iki ayağı, bir başı olan 11 futbolçu ilə başlayır. Elə bəxt amilinin nə qədər vacib olduğunu da dəfələrlə görmüşük. Sən vurarsan dirəyə, tirə, rəqib futbolçunun ayağına və ya başına dəyər, qapıya girər. Amma onların ani əks-hücumunda, yaxud da müdafiəçilərin qapıçıya uğursuz bir ötürmə edər və bununla da bütün əziyyətin heç olar. Bununla belə, futbolda səviyyə fərqi, güclü və zəif rəqib anlayışı mövcuddu. Hakim amilini, bəxti və ya rəqibin əzmkarlığını, təsadüfləri bir kənara qoyaq. Çünki bu sadaladıqlarım futbolda nəticəni həll edən çox kiçik faiz, heç də hər oyunda rastlanmayan məqamlardı. Gücü bərabər olan komandaların yarışında bəxt və yaxud hakimin xırda-xuruş səhvləri, ev sahibinə simpatiyası həlledici olur.
Bugünkü “Şerif” – “Qarabağ” qarşılaşmasında həmin məqamların nəticəyə təsir edəcəyinə, Azərbaycan çempionunun yeni tarix yazmağa gedən yolunu kəsəcəyinə inanmıram. Moldova çempionu “Samtredia”dan elə də ciddi mənada fərqlənən komanda deyil. Əsas fərq gürcülərlə moldovanların mentalitetində, Azərbaycan klublarına yanaşmasındadı. Tarixən gürcülər bizimlə rəqabət aparıb. Sovet vaxtı biz onların futboluna həmişə həsədlə baxmışıq. Son 3-4 ilə qədər gürcülər klub futbolunda bizi qabaqlamağa davam edirdilər. Sonra vəziyyət bizim xeyrimizə dəyişdi. Bir neçə mövsümdü ki, bizimkilər qarşısına çıxan gürcü klublarını yollarından kənarlaşdırırlar. “Samtredia” bu mənada meydana qisas hissiylə çıxdı və hadisələrin xoş axarı sayəsində elə həmin hissin alovunda alışıb-yandı. “Şerif” isə “Qarabağ”a daha ehtiyatla yanaşdı. Yaxşı bacardığı müdafiə futboluna sadiq qaldı. Adamlar Bakıya heç-heçə, ya da ki, minimal hesablı məğlubiyyət dalınca gəlmişdilər. Bunu da bacardılar.
Amma daha artığı mümkün olan iş deyil. Qətiyyən narahat deyiləm. “Şerif”in son illərdə göstərdiyi nəticələrə bir daha baxın. Adamların futbol fəlsəfəsi, avrokuboklardakı hədəfi budu. İlk oyun səfərdədisə, maksimum qapanmaq, rəqibə oynamağa imkan verməmək. Cavab qarşılaşmasında isə yuxarıda sadaladığım həmin o kənar amillərin üzərinə “doğma divarlar”ın dəstəyini gəlməklə mərhələ adlamağa ümid etmək. Bunu isə bacarmaq heç də asan deyil. Bizimlə də olmayacaq. “Şerif” “Qarabağ”ı dayandıracaq səviyyəyə hələ çatmayıb. Dediklərim havaya atılmış sözlər, yalançı özgüvən deyil. “Qarabağ” “Anderlext”i, PAOK-u, “Zaltsburq”u yenən, “Monako”nu, “İnter”i çətinə salan komandadı. “Köhlən atlar” şaxə qalxdımı “Şerif”i önündən silib-süpürər! Sağdan-soldan atılan daşlara, “Qarabağ” transfer etmədi, güclənmədi” deyənlərə fikir verməyin. “Qarabağ”ın hazırkı gücü ən azı “Şerif”i məğlub etməyə yetərlidi. Mən inanıram, siz də inanın! Axı bu “Şerif”in nəyi qorxuludu?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar