01 avq 17:47Yazar

“Tamam, yoxsa davam” həftəsi

Azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi həftə başlayır. Sabah çempion “Qarabağ”ın, iki gün sonra isə vitse-çempion “Qəbələ”nin taleyi müəyyənləşəcək. Ardıcıl iki il Avroliqanın qrupunda iki komanda ilə təmsil olunduğumuzdan, tələbkar azarkeş artıq bundan azına qane olmadığından hər kəs həyəcanla hakimin start fitini gözləyir. Və...
“Və”nin altında yatan həqiqət budu ki, klublarımızın durumu heç də yaxşı deyil. İlk oyunun məzmununa əsasən “Qarabağ”ın “Şerif”dən güclü olduğunu iddia edənlərin sırasındayam və qətiyyən mövqeyimi dəyişmək fikrim yoxdu. Amma indi rəqibin tərəfində “doğma divarlar”, mümkün hakim simpatiyası kimi amillər var. Allah etməsin, moldavanlar mənasız bir erkən qol vursalar, necə olacaq?
“Qarabağ” ad, brend olaraq qitə, daha doğrusu, Avroliqa səviyyəsində özünü tanıda bilib. Fikir verirsizsə, artıq ÇL-in təsnifat mərhələsinin oyunlarında da “Tofiq Bəhramov”un tribunaları dolmur. Adamlar nigaranlıq qarışıq həsrətlə və bəzən də narazıcasına Azərbaycan çempionunu heç bir başqa turnirin yox, məhz ÇL-in qrupunda görmək istəyirlər. Əslində turnirdə gözlənilən dəyişikliklə bağlı belə narahatlıq da təbiidi. Faktiki Azərbaycan çempionu üçün nəinki qitənin, hətta dünyanın ən nüfuzlu klub turnirinin qrupunda görünmək baxımından son şansdı. Belə gözəl şansı “Şerif” kimi “separatçı”ya, simulyanta buraxmaq cinayətə bərabər səhv olardı. “Qarabağ”ın və Qurban Qurbanovun belə səhvə yol verməyəcəyinə, lənətlənmiş “3-cü mərhələ” sindromuna son qoyacağına inanırıq.
“Qəbələ” ilə bağlı vəziyyət isə daha mürəkkəbdi. “Qarabağ”ın Bakıda göstərdiyi oyun nikbinliyə əsas verirsə, “Qəbələ”nin “Panatinaikos” önündə birmənalı şəkildə müdafiə olunması, sifətinə üz-gözünə yağan zərbələrdən qoruyan uşaq təsiri bağışlaması çox acı mənzərə idi. Şəxsən mən bunu Qriqorçuklu “Qəbələ”nin Avroliqada sərgilədiyi ən zəif oyun adlandırardım. Belə durumlarda, adətən, baş məşqçi məsuliyyəti boynuna götürməli, oyuna hazırlığın hansısa mərhələsində səhvə qol verdiyini boynuna almalıdı. Qürurlu və romanını davam etdirmək istəyən Roman bu yolu seçmədi, daha doğrusu, komandasının indikindən daha yaxşı oyun göstərə biləcəyinə dair açıqlama verməklə sanki cavab görüşünün axarına dair nələrsə demək istədi. 0:1-in ağır təzyiqi altında əzilən komandanın bu yükün altından necə çıxa biləcəyinə dair heç bir təsəvvürümüz olmasa da, yeganə güvənc yeri elə Qriqorçukdu. O pley-off xarakterli oyunlar üçün düzgün taktika qurmağın ustası olduğunu həm ölkəmizə gələnə qədər, həm də “Qəbələ”nin “sükanı arxasında” olduğu iki avrokubok mövsümündə sübut edə bilib. Məhz Qriqorçukun “böyük beşlik” ölkəsinin təmsilçisini mübarizədən kənarlaşdırdığımız yeganə halın memarıdı. Məhz Qriqorçuk komandasının mərhələdən-mərhələyə artıma nail olduğuna dair nümunələr göstərib. Düzdü, UEFA bu il onun yolunu qısaltdı. İndi Qriqorçuk da hədəfə daha qısa yolla getməyi bacardığını da göstərməlidi.
Bir sözlə, Azərbaycanın klub futbolu üçün “tamam, ya davam” həftəsi başlayır. Bəli, “Qarabağ” üçün mümkün tamam belə yeni yolun başlanğıcı ola bilər. Amma azarkeşlər belə aqibətlə barışacaqmı? Budu əsas məsələ...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar