01 avq 17:43Yazar

Parterə salınan Azərbaycan güləşi

Tanınmış güləşçilərimizin ilyarımdı maaş və mükafat almaması ilə bağlı etiraz aksiyası bir anda gündəmi zəbt etdi. Əslində eyni durumu cüdoçularımızda görmüşdük. O zaman Cüdo Federasiyasında rəhbərlik dəyişdi və uğurlar sıralanmağa başladı. Güləşdə isə federasiyada rəhbərlik dəyişikliyi gözlənilmir. Heç idmançıların məqsədi də bu deyil. Halal zəhmət haqlarını tələb edirlər. Azərbaycan kimi ölkədə ən tanınmış güləşçilərimizin bu cəsarətini yalnız alqışlamaq olar. Əslində bu çoxdan gözlənilirdi. Olimpiya çempionu Toğrul Əsgərovun fərdi etirazı cücərtilər idi. Toğrulu vətən xaini, pulgir çıxartmaq istəyənlər üçün artıq Rəsul Cunayev, Hacı Əliyev və başqa üzdə olan güləşçilərimiz də mövzu verdi.
Bu gənclər yalnız idmançı kimi yox, adam kimi də pəvləvan olduqlarını göstərdilər. Bəs vəziyyət niyə bu yerə gəlib çatıb? Sualın qısa cavabı "bərbad idarəçilik"di. Etiraz edən güləşçilərimizi "vətən, millət, Sakarya" ittihamları ilə "xalq düşməni" çıxarmaq istəyən federasiya rəsmiləri arabir güzgüyə baxsa, yaxşı olar. "Vətən naminə pulsuz can qoy" sözlərini legionerlərə də deyə bilərlər?!
Maqomed Aliomarov adlı azərbaycanlı tanıyırsız? Bu dağıstanlı əmi hansısa gözəgörünməz xidmətlərinə görə illərdi federasiyada rəhbər vəzifələrdə çalışır. Aliomarovun əsas işi həmyerlilərini gətirib yerli güləşçiləri döşəkdən kənar qoymaqdı. O ölkəmizə gəldiyi 10 ilə yaxın zamanda yüzlərlə azərbaycanlı balasının yolunu kəsib, karyerasını məhv edib. İş o yerə çatıb ki, hətta yeniyetmələrdən ibarət yığmamızda yerli azərbaycanlı ad-soyadı görəndə sevincdən papağımızı göyə tullayırıq. Təbii ki, bütün yaşlardan ibarət yığmalarda dağıstanlılara ən yüksək səviyyədə qəyyumluq edilir. Yəqin ki, bu xidmətlərinə görə Aliomarov orden-medallara layiq görülüb. Odu ki, güləşçilərimizin etiraz aksiyasına dağıstanlıların qatılmamasına təəccüblənməmək lazımdı.
Güləşimizdəki böyük maxinasiyalar yalnız Dağıstandan yox, həm də İrandan gətirilən legionerlərlə bağlıdı. Bu sahəyə isə rəmzi olaraq Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri vəzifəsi verilən, əslində qazandığı "qara pullar"la havadarlarını yüksək səviyyədə razı salan iranlı Bəhman Talebi baxıb. Ölkəmizin son illərdə yetişdirsiyi ən istedadlı güləşçilərdən biri İslam Abbasov özündən xeyli zəif və davamlı biabırçı nəticələr göstərən iranlı Saman Təhmasibinin kölgəsində qalır, yığma komandada halal haqqı olan yerindən məhrum olurdu.
Ölkəmizdə ən böyük ənənəsi və idmançı potensialı olan bu növ tədricən tam "əcnəbi mafiya"nın əlinə keçə bilər. Etiraz aksiyası bunun üçün yaxşı bəhanədi. Toğrulları, Hacıları, Rəsulları küsdürüb əvəzində bütün yığma komandaları tam şəkildə “dağıstanlaşdırmaq” şansı yaranıb. Güləşimiz parter vəziyyətinə salınıb və ciddi islahatlar olmasa, tezliklə kürəyi yerə vurulacaq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar