01 avq 14:52Yazar

Gedin, deyin Qazzayevə...

Gedin, deyin Qazzayevə...
Məşhur rusiyalı futbol mütəxəssisi, azərbaycanlı azarkeşlərə də yaxşı tanış olan Valeri Qazzayevin müsahibəsini böyük maraqla oxudum. Bəribaşdan həmkarım Ramil Yusifova təşəkkür edirəm. Futbol adamının müsahibəsini elə əsl futbol diliylə ruscadan tərcümə edib. Müshaibəni şablon fikirlərdən uzaq tutub, orijinalından fərqlənməməsi üçün səy göstərib. Qazzayevin sözlərini oxuduqca xeyli təəssüfləndim, ürəyimdən qara qanlar axdı. Lap elə məşhur “Bəyin oğurlanması” filmindəki məşhur dialoqda olduğu kimi, “niyə o əjdahadan bizdə yoxdu” sualını da öz-özümə verdim. Rusiya Federasiyasının Dövlət Dumasına deputat seçilməyə qədər yüksəlmiş, şimal qonşumuzun futbol tarixinə imzasını qoymuş, məşqçi kimi xeyli uğurlar qazanmış Valeri Georgiyeviç əsl futbol adamı kimi danışıb. Onun barəsində bir neçə dəfə Nazim Süleymanovla da söhbətləşmişdim. “Sulya” bizim ölkədə Qazzayevi ən yaxşı tanıyan adamdı. O da hər söhbətində osetin çalışdırıcının sərt təbiətə sahib olduğunu, sözünü deməkdən, mübahisələrə girişməkdən çəkinmədiyini deyirdi. Buyurun, bu da əyani misalı.
Bizimkilərdən kimsə olsaydı, deyərdi ki, əşi, nəyimə lazım, oturmuşam rahat deputat kreslomda. Ondan ölkə futbolunun problemləri ilə bağlı bir kəlmə qopara bilmək belə bayram olardı. Azərbaycanlı futbol veteranları bizim gözümüzün önündədi. AFFA-nın baş katibi Elxan Məmmədov uydurma və nəylə məşğul olmayan bir qurum yaradıb, adını da Məşqçilər Komitəsi qoyub. Veteranlardan dördünün ağzını orda verdiyi yumşaq stul və maaşla bağlayıb. Digərlərini də AFFA-nın ayırdığı təqaüdlə və İcraiyyə Komitəsinin üzvü kimi verdikləri paketlərlə susdurublar. Qalanlar da suyu üfürə-üfürə içirlər, qorxurlar ki, ehtiyatsızqlıdan deyəcəkləri hansısa sözlə AFFA başbilənlərinin qəzəbinə düçar olarlar, ölkə futbolunun bütün qapılarını üzlərinə bağlayarlar.
Acı mənzərə belədi, dostlar. Amma görün Qazzayev belə düşünürmü? Adam öz şəxsiyyətini isbatlayıb və indi də çəkinmədən sözünü deyir. Təsəvvür edə bilərsizmi, Vaqif Sadıqov AFFA-nın siyasətini tənqid etsin, premyer-liqada cəmi 8 klubun qalmasının səbəblərini dilə gətirsin, legioner limitinin fəsadlarından, saxta “pripiska” əməliyyatlarından danışsın? Yox, bunu təsəvvür etmək belə mümkün deyil. Yaxşı, deyək ki, tənqid etmək Vaqif bəyin xarakterinə yaddı, yumşaq xasiyyətlidi, qalmaqala meyl göstərmir. Razıyam. Heç olmasa, çıxış yollarından danışsın, real təkliflər versin. Bu da yoxdu axı.
Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidi. Bütün quru sahəsinin az qala yarısını tutub, bu başından o başına təyyarəylə uçmağa yarım gün lazımdı. Əhalisinin sayına görə isə dünyada səkkizincidi. Azərbaycanla hansısa səviyyədə müqayisə eləmək mümkünsüzdü. Son illər futbolda da xeyli irəliləyiblər. İstər klub futbolu, istərsə də milli səviyyəsində. Bununla belə, Qazzayev Rusiya futbolunun idarəçilərindən, idman naziri Vitali Mutkonun rəhbərlik etdiyi komandadan narazıdı. Deyir ki, Rusiya kimi dövlət üçün 105 peşəkar klubun olması çoxdu, bu qədər klubu saxlamaq büdcəyə xeyli baha başa gəlir. Güləkmi, ağlayaqmı? Rusiya üçün 105 klub çoxdusa, onda AFFA bizi barmağına dolayıb? Bu ayın 12-də AFFA böyük fəxrlə rəqəm açıqlayıb. 2016/17 mövsümündə futbol qurumunun qeydiyyat sistemindən 1536 klub və 2064 komanda qeydiyyatdan keçib. Rusiyadakından az qala 15 dəfə çox! Bu 1536 klubdan 230-u bilavasitə peşəkar futbol klubu kimi qeydiyyatdan keçibmiş. Araşdırılası, ucundan tutub ucuzluğa gediləsi mövzu deyilmi? Ölkə çempionatının elitasında oynamağa 8 klubu güclə tapırıq. Onun da beşi bilavasitə AFFA-nın nəzarətindədi. Birinci divizionda durum isə daha acınacaqlıdı. Ordakıların da mütləq əksəriyyəti Rövnəq Abdullayevin səxavətinə, Elxan Məmmədovun mərhəmətinə möhtacdılar. O zaman hardadı bu 1536, lap elə 230 klub? Nə üçün yaradılıb, kimin marağına xidmət edirlər? Tapmaca kimi bir işdi.
Mən çox arzulayıram ki, nə vaxtsa Elxan Məmmədovla üz-üzə gəlim, belə cavabı xeyli mücərrəd olan, AFFA-ya başbilənlik edənlərdən başqa kimsənin anlamadığı sualları ona ünvanlayım. Məsələ eynilə 115 min nəfərin futbolçu kimi qeydiyyatdan keçdiyi ölkənin milli komandalarında 5-6 “milliləşdirilmiş” əcnəbinin oynaması qədər gülüncdü. Dağıstanlıları millidə oynadacağıqsa, sayı niyə 115 minə qədər şişirtmişik? Premyer-liqada oynamağa 9-cu klubu tapa bilməyəcəyiksə, 230 rəqəmi hardan çıxıb? “Boz bina”da oturanların bu “şişirtmə əməliyyatlarında” marağı nədi? AFFA-dan bu suallara cavab almaq üçün bizə mütləq Qazzayev kimi cəsarətli bir futbol mütəxəssisi lazımdı. Təklif edirəm ki, Valeri Georgiyeviçə müraciət edək. Arada bir vaxt ayırsın, Azərbaycan futbolundakı vəziyyətlə, AFFA-nın açıqladığı rəqəmlərlə də tanış olsun. Bəlkə bizə bir çıxış yolu göstərdi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar