27 iy 20:45Yazar

Hamını çətinə salan "Azərsun"

Hamını çətinə salan "Azərsun"
Mövsüm bitəndən bəri ölkəmizin təmsilçisinin Çempionlar Liqasında qrupuna düşmək üçün indiki kimi imkanının bir daha olmayacağını yazmaqdan, deməkdən yorulduq. "Qarabağ"ın transferlər etməyəcəyi təqdirdə bu işin öhdəsindən gələ bilməyəcəyini sadə azarkeşlər də öncədən görürdü. Amma bütün narahatlıqlara, həyəcan təbilinə baxmayaraq, klub rəhbərliyi inadından dönmədi. Ötən illərdə olduğu kimi, iki cüt, bir tək transferlə gözdən pərdə asmağa çalışdılar.
Desək ki, klubun sponsoru - ölkədə ərzaq məhsullarının və bir çox başqa sahələrin inhisarçısı kimi tanınan "Azərsun" şirkətinin şefləri "Qarabağ"ın ÇL-in qrupunda oynamasını bizdən az istəyir, inandırıcı olmaz. Ən azı işin mənəvi tərəfini bir kənara qoyub, yalnız maddi tərəfini düşünək. "Qarabağ"ın ÇL-in qrupuna düşəcəyi təqdirdə indiyəcən heç bir klubumuzun görmədiyi, futbolumuz üçün fantastik görünən onmilyonlarla qazanc əldə edəcək. Ən azı bu paraya görə klubun biznesmen rəhbərləri "Qarabağ"ı ÇL-in qrupunda görmək istəyir. Amma biznesmenliklərindən əl çəkməyib bu məqsədə əlavə xərcsiz, transfersiz nail olmaq istəyirlər. Rəsmi açıqlamalarında da Qurban Qurbanovun qarşısına məhz bu məqsədin qoyulduğunu deyirlər. Bəs onda Qurban Qurbanov niyə susur?
Sizə elə gəlir ki, futbolu ömrünü bu oyuna həsr etmiş adamdan daha yaxşı bilirsiz? Səhv edirsiz! Qurbanov bu heyətlə ÇL-in qrupuna düşməyin sırf möcüzə nəticəsində mümkünlüyünü çoxdan bilir. Əminəm ki, çoxdan da klub rəhbərliyinə hər mövqeyə transferlərin lazım olduğunu deyir. Sadəcə, klub rəhbərliyi bu işə sırf biznes kimi yanaşır. Sözdə "Qarabağ" adını dünyaya tanıtmaq əsas məramımızdı" tipli açıqlamalar ola bilər. "Ümumiyyətlə, heç bir mənəvi ağırlıq hiss etmirlər" deyib azarkeşləri klub rəhbərliyinə qarşı qaldırmaq fikrim də yoxdu. Onsuz da bu gedişlə azarkeşlərin və ictimaiyyətin səbr kasasının daşacağı gün uzaqda deyil. Amma anlaşılan qədər məsələnin maddi yükü mənəvi yükündən çox ağır gəlir.
"Qarabağ" "Zirə", "İnter" və "Qəbələ" deyil. "Qarabağ" "xalq komandası"dı. Xalqın komandası xalqın günündə olmağa məhkumdumu? Bəlkə də buna görə yaxın gələcəkdə bütün futbolumuz kimi, "Qarabağ"ı da 90-ların "peraşki dövrü"nə dönüş gözləyir. Bir qarnı ac, bir qarnı tox xalqın komandası milyonlar xərcləyib ÇL-in qrupunda oynasa, bu əsl təzad olar. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi...
Şər deməsən, xeyir gəlməz. "Qarabağ" ÇL-in qrupuna düşməsə, Qurban bəyin "filan komanda güclü idi. Yaxşı oyunçuları var. Biz elə oyunçular ala bilmərik" tipli bəhanələrini heç kim qəbul etməyəcək. Qurban bəy "Qarabağ"dan istefa verməli olacaq. İstefa verməsə də, tarixdə uzağı Mehman Allahverdiyev kimi qalacaq - ölkədaxili yarışların fatehi kimi. Ola bilər ki, "Azərsun" da əl çəksin komandadan və o zaman "back to 90's" gerçəkləşsin.
Avrokubok mövsümü başlamamış klub rəhbərliyi lazımi transferləri etməyəcəyi təqdirdə Qurbanovun bəribaşdan istefa verməsinin daha alqışalayiq addım olduğunu söyləmişdim. Belədə Qurban bəy milli üçün də ən arzulanan məqşçi kimi qalacaqdı və bəlkə də Prosineçkinin yerinə gələcəkdi. Amma deyək ki, "Şerif"ə və ya sonrakı hansısa rəqibə uduzduqdan sonra artıq Qurban Qurbanovun da vəziyyəti o vəziyyət olmayacaq. Sonrakı rəqib lap "Qarabağ"dan güclü olsa da, bu heç nəyi dəyişməyəcək. Çünki Qurban bəyin ÇL-in qrupu xəyalını gerçəkləşdirmək üçün illəri vardı. Və bu şans da qaçsa, günahı başqa yerlərdə axtarmağa ehtiyac olmayacaq.
İllərdi pley-off üzünə həsrət qalan çempionumuz bu məğlubiyyətlərdən nəticə çıxarmaq əvəzinə ildən-ilə zəifləyir. Və bu komanda oyununa görə Qurban bəy gələn dövrdən bəlkə də ən zəifidi ki, milyonlarla azərbaycanlı onlardan ÇL qrupuna düşmək kimi çətin məsələnin həllini gözləyir. Bu komandanın zəifliyi isə nə o milyonların, nə azarkeşlərin, nə jurnalistlərin və məncə, heç Qurban Qurbanovun da günahı deyil.
Söhbət ölkənin bir nömrəli inhisarçı şirkətinin bu qədər mənəvi ağırlıqla bir mövzuya laqeydliyindən gedir ki, bununla da həm "Qarabağ"ı "xalq komandası" edən Qurban Qurbanovu, həm də xalqın özünü artıq indidən çox çətin vəziyyətə salıb.
Bəlkə də belə olması yaxşıdı ki, "Azərsun" rəhbərliyi səhvini anlaya.
Amma burda "heç olmamaqdan gec olması yaxşıdı" deyimi aktuallığını itirə bilər... Bizə isə yenə də ümidi itirməmək və "Qarabağ"ımıza sona kimi dəstək olmaqdan başqa bir şey qalmır. İnanaq, dəstək olaq və gözləyək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar