12 iy 16:21Yazar

Yenə günlərdən “Qarabağ”...

Yenə günlərdən “Qarabağ”...
Ötən il noyabrın 4-də Salonikidə keçirdiyim o inanılmaz sevinc hisslərini hələ də yaxşı xatırlayıram. “Tumba” stadionunun mətbuat lojasını tərk edərəkən ürəyimiz dağa dönmüşdü, böyük bir savaşı qazanmış əsgərlər kimi idik. “Qarabağ” yeni tarix yazmağa, Avropa Liqasında növbəti mərhələyə yüksəlməyə doğru böyük bir addım atmışdı. 65-ci dəqiqədə Rahid Əmirquliyevin əvəzinə meydana çıxan Miçel soyuqqanlı davranışı və öldürücü zərbəsiylə yunanları susdurmuş, “köhlən atlar” üçün hava və su kimi vacib olan 3 xalı hesabımıza yazdırmışdı.
“Qarabağ”ın J qrupunda rəqibləri bəlli olan kimi “Fiorentina”nı yuxarı, “Slovan”ı isə aşağı ayırdıq. Bildik ki, qrupdan çıxmaq yolunda bizə əsas əngəli Yunanıstan təmsilçisi PAOK törədəcək. Həmin axşam da PAOK-u öz meydanında məğlub etməklə onlar üzərində böyük üstünlük əldə etdik. Qalırdı “Slovan”a qarşı ciddi oynamaq, Bakıda bizi üzən iki bərabərliyin qisasını onlardan artıqlaması ilə almaq. Bəli, “Slovan”ı “Viktoriya”ya görə də cəzalandırmaq vacib idi. Axı Pilzen təmsilçisi Çempionlar Liqasının qrupuna gedən yolumuzu qapatmış, arzularımızın üzərindən qalın bir qara xətt çəkmişdi. “Slovan”ı məğlub etməklə həmin o üzüntünü də unutmuş olacaqdıq. Amma bacarmadıq. Qısa müddət ərzində 3-cü dəfə çexlər bizi göyün yeddinci qatından yerə çırpmış oldular.
Ötən ilin qışından bəri qaysaq bağlamağa başlayan yaramızı yenidən incitdiyimin fərqindəyəm. Tarixin bizə yaşatdığı belə təcrübələri, acı tarixləri unutmaq mümkün deyil. Yaşayırsansa, mübarizə aparırsansa, belə yenilgilər də, üzüntülər də qaçılmazdı. Vacib olan odu ki, həmin məğlubiyyətdən gələcək zəfərlər üçün nəticə çıxarasan, buraxdığın səhvləri təkrarlamayasan.
Bu gün “Qarabağ” yeni bir avrokubok yürüşünə başlayır. Yenə böyük ümidlərimiz cücərir, Çempionlar Liqasının qrupuna doğru boylanırıq, Azərbaycanın ən güclüsü adını qazanmış komandanı qitənin nəhəngləri ilə bir sırada görmək üçün alışıb-yanırıq. Onu da bilirik ki, asan deyil. “Samtredia” bizə rəqib olan gündən bəri həm mütəxəssislərdə, həm də həmkarlarımızın arasında qəribə bir arxayınlıq sezməkdəyəm. Bu arxayınlıq üçün ciddi dəlillər tapmaq, “Qarabağ”ın Gürcüstan çempionundan qat-qat üstün olduğunu əsaslandırmaq çox asandı. Amma bir vacib məqamı unutmaq lazım deyil ki, futbolda heç də həmişə statistika və qüvvələr nisbəti nəticəni müəyyənləşdirmir. İndiki halda “Qarabağ”ın qarşısında çox vacib və uzun keçəcəyini gözlədiyim 180 dəqiqəlik iki oyun var. Həmin oyunları öz xeyrimizə bitirməliyik. Millinin düşərgəsində olan futbolçuların Qurban Qurbanovun sərəncamına gec gəlməsi, Almeydanın zədələnməsi, yeni transferlərin komandaya Avstriyadakı toplanışın heç olmasa ortasında qoşulmaması vacib nüanslardı. Heç şübhə etmirəm ki, bu nüanslar Qurban bəyi də narahat edir. İndi bu mənfi məqamların “Qarabağ”a təsirini minimuma qədər azaltmaq, “Samtredia”nın xeyrinə işləməsinin qarşısını almaq üçün tədbirlər görmək əsas şərtdi.
Qarşımızda əsasən öz ölkəsinin istedadlarına güvənən Gürcüstan çempionu var. Son illərin statistikasının birmənalı şəkildə bizim xeyrimizə olması da gürcüləri xeyli qıcıqlandırır. “Kayrat”ın bazasında Kaxaber Tsxadadze ilə söhbətləşərkən, “İnter”in sabiq baş məşqçisindən “Samtredia” haqda da soruşdum. Artıq tanış olduğunuz müsahibədə qeyd etdiyim kimi, Kaxa Giya Tsetsadzenin yaxşı taktik olduğunu, futbolun nəzəriyyəsini əla mənimsədiyini vurğuladı. Azərbaycanla Gürcüstanın coğrafi yaxınlığı, gürcülərin bizim çempionatı diqqətlə izləməsi də Giyanın əlində böyük kartdı. O, “Qarabağ”ı incələmək üçün yetərincə vaxta və imkana sahib oldu. Üstəlik, yeni transferlərin “Qarabağ”a gec qoşulması Qurban Qurbanovu köhnə heyətə güvənməyə məcbur edəcək. Deməli, “Samtredia”ya qarşı oynayacaq komandadan taktiki mənada böyük sürprizlər görmək mümkün olmayacaq.
Tsetsadzenin ölkəsinin mətbuatına verdiyi sonuncu müsahibədə də buna işarə vurulub. Çalışdırıcı dolayısı ilə etiraf edir ki, “Qarabağ”ı təhlil edib, güclü və zəif tərəfləri müəyyənləşdirib. Birmənalı olaraq vurğulamalıyıq ki, “Qarabağ”ın “Samtredia”nı məğlub etməsi üçün Qurban bəyin Tsetsadzeni taktiki baxımdan üstələməsi əsas şərtdi. Gürcü çalışdırıcının zəif tərəflərimizdən yararlanmaq şansını minimuma endirməli, mümkün qədər sürprizlər etməyi bacarmalıyıq. Şübhə etmirəm ki, “Samtredia” praqmatik futbola hesablanmış heyətlə meydana çıxacaq, vaxt udmağa, bəzən də “Qarabağ”ın futbolçularına qarşı yüngül təxribata əl atmaqla onları özündən çıxarmağa çalışacaq. Gürcüstan çempionu açıq futbolla və “bu meydan, bu da şeytan” deməklə “Qarabağ”ı məğlub edəcək səviyyədə deyil. Qələbimizə inanmalı, amma özündənrazılıq etməməliyik. Qarşımıza Çempionar Liqasının qrupuna yüksəlmək hədəfini qoymuşuqsa, “Samtredia”nın işini elə Bakıdaca bitirməyi bacarmalı, bu qarşılaşmaya daha çətin rəqiblərlə oyunların sınağı kimi yanaşmalıyıq. “Qarabağ”ın bunu bacaracağına inanıram. “Köhlən atlar” bizi böyük qələbələrə, zəfər həzzinə öyrətmiş komandadı. Bu gün yenə günlərdən “Qarabağ”dı. Günün sonunda qələbə münasibətiylə bir-birimizi təbrik etmək ümidi ilə!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar