10 iy 22:36Yazar

“Neftçi”: gələcəyə getmək üçün geriyə?!

“Neftçi”: gələcəyə getmək üçün geriyə?!
Son vaxtlar Bakıda evlərin, məscidlərin gecələr sökülməsinə adət etmişik. Kimin nə gizlin işi varsa, bunu axşamın qaranlığında, şər qarışandan sonra həyata keçirməyə çalışır. Səhər açılanda hansısa yurdun dağıldığına, insanların çölə atıldığına şahid oluruq. Bunu belə edirlər ki, səs-küyü az çıxsın, qanunsuz əməllərdən dar çərçivədə xəbər tutsunlar. Adətən, oğrular öz bədnam əməllərini gecələr, gizlində görürlər. Acı da olsa, həqiqətdi. Artıq bu cür hadisələr günümüzün reallığına çevrilib.
“Neftçi”yə başbilənlik edənlər, “xalq komandası”nı 80 illik yubileyində 8 komanda arasında 7-ci edənlər də belə əməllərdən bəhrələniblər. Yoxsa klubun idarəetmə strukturunda edilən dəyişikliklə bağlı gün batandan sonra ictimaiyyətə açıqlama verməzdilər. Gözlədilər ki, axşam düşsün, ondan sonra apardıqları “islahat”la bağlıxəbər yaydılar. Özü də “İnter”lə “Zirə”nin vacib oyuna çıxdığı saatda. Məlum məsələdi ki, bu addımın səbəbi geriyə atdıqları addıma görə qınaqları azaltmaq, ictimaiyyətin diqqətinin avrokuboklarda çıxış edən klublara yönəlməsindən yararlanmaq idi. Ayıblarını ört-basdır etsinlər, özlərini heç nə olmamış kimi aparsınlar. Amma mümkün ola iş deyil. “Neftçi”ni düşdüyü bataqlıqdan bu cür yalan-dolan işlərlərlə, kosmetik dəyişikliklərlə çıxarmaq mümkün deyil, əzizlərim. Şər qarışandan sonra Müşahidə Şurasının adından da bir bəyanat düz-qoş etmək, olmayan şuranın üzvlərinin guya son dəyişikləri dəstəkləməsini iddia etmək də ağıllı beynin məhsulu deyildi. Bunu daha urvatlı şəkildə etmək, Çingiz Abdullayevi və onun ətrafında olanları bir masanın ətrafına yığmaq, çay içib şəkil çəkdirmək daha uğurlu variant olardı. Nədənsə Elxan Məmmədov bu imitasiyanı lazım bilməyib, “axşam saat 20.00 olan kimi məlumatı və bəyanatı yayın” deyib.
Klubun prezidentinin olması yaxşı idisə, ondan niyə imtina etmişdilər? Yox, pis idisə, niyə yenidən həmin idarəçiliyə qayıtdılar? “Neftçi”ni idarə edənlərin bu cür davranışları mənə rejissor Robert Zemekisin 1985-ci ildə lentə aldığı “Gələcəyə getmək üçün geriyə dönməli” filmini xatırlatdı. Bob Qeylin ssenarisi əsasında çəkilən filmin qəhrəmanı 17 yaşlı yeniyetmə Marti Makflay əyləncə həvəskarı olur və 30 il geriyə gedir. Sonrasını da filmi izləyənlər bilir. Öz yaşadığı dövrə, yəni gələcəyə getmək üçün min bir əziyyətə qatlaşmaq vacib olur. Bunun yolu isə geriyə qayıtmaqdan keçir. “Neftçi”nin hazırda düşdüyü durum da eyni ilə bu cürdü. 2015-ci il martın son günündə AFFA prezidenti Rövnəq Abdullayevin şəxsən iştirakıyla “Neftçi”nin Müşahidə Şurası yaradılmışdı. Həmin gün iddia olunurdu ki, “xalq komandası” xalqa qaytarılır, bir nəfərin nəzarətindən çıxır və ümumi idarəçiliyə verilir. Gələcək planlarda klubun səhmlərinin satışa çıxarılması, səhmdar cəmiyyətə çevrilməsi də nəzərdə tutulurdu. İclasın sonunda Rövnəq bəy əminliyini ifadə etmişdi ki, yeni idarəçlik sistemi “Neftçi”yə uğur gətirəcək və ölkənin ən qocaman klubu daha böyük zirvələr fəth edəcək. Xalq yazıçısı Çingiz Abdullayevin bu ssenaridən nə qədər maddi qazanc əldə etdiyindən xəbərsizəm. Amma bir şeyə əminəm ki, bu qurama Müşahidə Şurası oyunu dağdan ağır kişiyə böyük mənəvi itkilər, nüfuzunun zədələnməsi bahasına başa gəldi. Ondan və onun ətrafına topladıqları adamların üzərində təcrübə predmeti kimi istifadə etdilər. Sonra da gördülər ki, alınmır.
Müşahidə Şurasının “zərərsizləşdirilməsi” hələ ötən ilin payızında yekunlaşmışdı. “Batan gəmi”ni vaxtında tərk etməyə çalışan Bəhram Bağırzadə də düşdükləri oyundan daha tez çıxmağa çalışmış, amma kimlərəsə susacağı, baş verənlərin dərinliklərinə varmayacağına da söz vermişdi. Elə bu səbəbdən də şuranın “varlığı” hələ də qorunur. Əslində isə Müşahidə Şurası hələ ötən ilin payızında dağıdılıb. AFFA-nın baş katibi Elxan Məmmədov da “Müşahidə Şurası özünə aid olmayan işlərə baş qoşur, müşahidə etməklə kifayətlənməyib, idarəçiliyə və transferlərə qarışırdı” deməklə Çingiz Abdullayevin rəhbərlik etdiyi qurumun “fatihə”sini oxumuşdu. Abdullayevin kitabını çoxdan bağlamışdılar. Belə olmasaydı, prezidentlik postunu ona həvalə edərdilər, heç kimin tanımadığı Orxan Hüseynzadəni bir vaxtlar adlı-sanlı kişilərin əyləşdiyi kürsüyə otuzdurmazdılar. Gələcəklə bağlı nikbin proqnozlar vermək çətindi. Onsuz da bu təyinat ciddi mənada nəyisə dəyişməyəcək. Hüseynzadə yenə də “boz bina”dan gələn tapşırıqları yerinə yetirəcək, sənədlərə imza atacaq, aşağı ranqlı əməkdaşların işə vaxtında gəlib-getməsinə göz qoyacaq. Ona böyük işlərə qarışmağa imkan verməyəcəklər. Hə, bir də öz adını “Neftçi”nin tarixinə “ən zəif prezident” kimi yazdıracaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar