02 iy 19:01Yazar

Yetimin Allahı

Ac ol, kişi ol! Nədənsə “Zirə” – “Differdanj”, ardınca da “Mladost” – “İnter” oyunlarına baxanda babalardan qalma bu deyim ağlıma gəlirdi. Təmsilçilərimiz hər dəfə rəqib torunu silkələyəndən sonra gözlərimin qarşısında kasıb, amma yaxşı mənada nəsə etmək istəyən şəxs canlanırdı. Həmin şəxs ki, varlı qonşularının səltənət içində yaşamasına baxmayaraq, heç vaxt onların qarşısında əyilməyib. Evinin içində milyon problem olmasına baxmayaraq, ruhdan düşməyib, heç kimə boyun əyməyib. Görməmişlik etməyib. Əlində olan pulu elə xərcləyib ki, yoxsul olduğunu qohum-qonşu hiss etməyib. Bəli, “İnter”lə “Zirə” məhz bu aqibəti yaşayır, bu cür həyat sürür. Sabiq “bankirlər”in evinə gündə bir kişi gəlir, aylarla pul üzü görmürlər, amma futbolçusu meydana ayaq basanda əsl xarakter nümayiş etdirir. Qəsəbə təmsilçisi də onun kimi. Avrokuboklara vəsiqə qazanmasına baxmayaraq, rəhbərlik büdcə artımıyla bağlı ciddi addım atmadı. “Qab”da olanı göstərib, artıq pulun olmadığına işarə vurdu. Həm Zaur Svanadze, həm də oğlu yaşda olan Ayxan Abbasov məlum durumla barışıb ölkəni Avropada layiqincə təmsil etməliydi.
Elvin Məmmədov, Akim Latifu, Migel Lorentso, Ben Sanqar kimi futbolçularla yolları ayırıb yenilərlə anlaşan “Zirə”nin hazırki durumu maraq doğururdu. Manqa, Belfort, Bum kimilərin nəyə qadir olduğuna qiymət vermək üçün “Differdanj”la qarşılaşmanı gözləməliydik. Elə Bolu toplanışında vaxtın nəyə sərf olunduğunu görmək üçün də komandanı iş başında görməliydik. İyunun 29-na qədər istər Ayxan Abbasovun, istərsə də Rəşad Sadiqovun ehtiyatlı açıqlamaları ürəklərdə şübhələr yaratmışdı. Həmin şübhələrə iki qaradərili – Belfortla Qadze su səpdi. Rəqibin bizimkilərdən zəif olduğunu iddia etmək insafsızlıq olar. İndiyə qədər avrokuboklarda 40-a yaxın oyun keçirmələri nəyə desən, dəyər. Sadəcə, “Zirə” onlara nəfəs almaq imkanı vermədi. Ayxan bəyin tapşırığı müdafiəyə çəkilməmək, bacardıqca onları öz qapısına sıxışdırmaq idi. Bəlkə də başqa məşqçi olsaydı, “Zirə”nin debütant olduğunu nəzərə alıb ehtiyatlı davranar, planlarını heç-heçəyə uyğun qurardı. Razıyam, xətlərarası anlaşmada müəyyən qüsurlar yox deyildi. Normaldı, olmalıdı, olacaq da. Camaat bir aya düz-əməlli həvəskar komanda hazırlaya bılmir. O ki qalmışdı Avroliqaya 100 faiz hazır olasan. Sevindirici məqam həm də bir azərbaycanlı məşqçinin bacarığını ortaya qoyması, oyun qurmaq baxımından bacarığını göstərməsiydi. Cəmi 3 yaşı olan qəsəbə təmsilçisi vaxtilə “Olimpiakos”u, “Utrext”i, “Laçi”ni avrokubok mübarizəsindən kənarlaşdıran, 2 il əvvəl “Trabzonspor”a boy verən “Differdanj”a ümid yeri qoymadı. Bütün komponentlərdə rəqibini üstələyərək, yekunda haqlı qələbəyə sevindi.
“İnter”in möhtəşəm zəfəri bir başqa aləm idi. Bütün çətinliklərə rəğmən, ayaqüstə durmağı bacaran kollektiv “Mladost”un qapısından keçirdiyi 3 cavabsız qolla bir çox həssas nöqtələrə toxundu. Gecə-gündüz “İnter”in uğursuzluğu, bununla da Zaur Svanadzenin qovulması üçün dua edənlərin istəyi ürəyində qaldı. Bu qələbəyə ən çox sevinən sakit, başını aşağı salıb işini görən, pul davası etməyən, futbolun incəliklərini yaxşı bilən Svanadze və onun yaxınlarıydı. Adam saçlarını boş yerə futbolda ağartmadığını işiylə sübut etdi. İstər heyət seçimində olsun, istər taktikada, istərsə də rəqibi təhlil etməkdə... Sart heyətində yer alan 11 nəfərdən 9-nun azərbaycanlı olması ölkə futbolu adına bayram idi. Sonuncu dəfə belə halın nə vaxt yaşandığını, düzü, xatırlamıram. Olubsa da, yəqin 15-20 il əvvələ təsadüf edib. Bu qarşılaşmaya Serbiya ilə Azərbaycanın ortabab futbolçularının dueli gözüylə də baxmaq olardı. Həmin mübarizə ki, bizimkilər futbolçu yetişdirməsiylə öyünən serblərə futbolun nə olduğunu başa saldı. “İnter” adını Serbiya futbolunun kiçik bir küncünə yazdırdı.
Rəqib qapısından 3-cü topu keçirən Rauf Əliyevin qoldan sonrakı simasını gördüz? Beş ana lazım idi, o duruma baxıb ağlamaq üçün. Bu gün ölkədə yerli hücumçular arasında bir nömrə olan Raufun qolu çılğınlıqla qeyd etməməsi içində çəkdiyi mənəvi əzabın, haqqının tapdanmasının sübutu idi. Meydanda can qoyduğu, qolları sıraladığı halda, yığmadan kənarda qalmasının ona necə təsir etdiyini nə vaxtsa haqsızlıqla üzləşmiş insanlar yaxşı bilər. Qoldan sonrakı o qəzəbli baxışlar Prosineçkiyə və havadarlarına ünvanlanan “hardasan, gözümün içinə bax” mesajı idi. Eyni sözlər Nizami Hacıyevə də aiddi. Yığmanın baş məşqçisi oyuna baxıb, ya yox – öz işidi. Baxıbsa, mütləq ki, Nizaminin fəallığını, Raufun vurduğu qolunu görəndən sonra içində əsəb keçirib.
“Zirə”ylə “İnter”in möhtəşəm qələbələri həm də ötən yayın qisasıydı. Avrokuboklara vəsiqə qazandıqları halda məlum səbəblərdən kənarda qalan bu iki komanda qalib gəlməklə ədalətsizlik üzərində zəfər çaldı. İndi siz deyin, yetimin Allahı var, ya yox?
Hələ heç nə bitməyib. Qarşıda bizi vacib iki oyun gözləyir. Arxayınlaşmağın nə olduğunu futbolçular olmasa da, baş məşqçilər yaxşı bilir. Meydana heç nə olmayıbmış kimi ayaq basmaq və ilk matçlardakı oyunu sərgiləmək qalır. Belədə növbəti iki qələbənin qazanılacağına şübhə yeri qalmayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar