25 in 22:57Yazar

Kazbek Tuayev killer rolunda

Kazbek Tuayev killer rolunda
Yaxşı yadımdadı, 2012-ci ilin əvvəllərində AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayevin müsahibəsi böyük qalmaqala səbəb olmuşdu. İdman saytlarından biri Tuayevdən Azərbaycanla Gürcüstanın Avropa çempionatı keçirmək üçün birgə namizədliyini irəli sürməyə hazırlaşması barədə münasibət öyrənmişdi. Kazbek müəllim də yummuşdu gözlərini, açmışdı ağzını və bu ideyanı ələ salmış, Gürcüstanın, ümumiyyətlə, bizimlə bir sırada dayanmağa layiq olmadığını demişdi. Çox keçmədi ki, sözlərini təkzib etdi. Elə həmin müsahibənin yayınlandığı sayta müraciət etdi və açıq-aşkar üzr istədi. Ona verilən sualı düzgün anlamağını dedi. Guya ki, jurnalistin sualını “Azərbaycan və Gürcüstan çempionatlarının birləşməsinə münasibətiniz necədi” kimi başa düşübmüş. Sözsüz ki, veteran futbolçunu dediyi sözlərə görə möhkəm danlamışdılar və ona söylədiklərinin beynəlxalq qalmaqala, Gürcüstanla Azərbaycan arasındakı münasibətlərin pozulmasına səbəb ola biləcəyini başa salmışdılar. Elə bu səbəbdən də Tuayev üzrxahlığını bildirdiyi açıqlamasında “biz Avropa çempionatını keçirə bilərik. Bir daha təkrar edirəm ki, bizim güclü prezidentimiz, idman nazirimiz və futbol federasiyamız var. Ölkəmizdə Avropa çempionatını təşkil etmək üçün hər cür şərait mövcuddu. Mənim bu məsələyə qarşı çıxmaq fikrim olmayıb. Mən kiməm ki, dövlət səviyyəsində həll olunan məsələyə müdaxilə edim?” tipli cümlələrdən istifadə etmiş, peşman olduğunu açıq biruzə vermişdi.
O zamandan bəri mən Kazbek Tuayevin sözlərinə o qədər də ciddi əhəmiyyət verməməyə çalışıram. Hansısa ciddi fikir səsləndirəndə də bunu ötəri hiss, özünü gündəmə gətirmək cəhdi kimi qəbul edirəm. Təsadüfi deyil ki, ilin 11 ayını Moskvada və yaxud Rusiyanın başqa şəhərlərində keçirən, bütün fikirlərini rus dilində ifadə edən Tuayev yeri gəldi-gəlmədi şimal qonşularımızı qıcıqlandıran fikirlər səsləndirir, onların futbolunu aşağılamağa çalışır. Rəqibin “bostanına daş atmaq”, onun gücünü kiçildib, özümüzküləri tərifləmək yaxşı bacarıqdı. Amma bunun da təhəri var. Nizami demişkən, “sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar”. Peşəkar mütəxəssis, veteran futbolçu xüsusilə ifadələrinə diqqət yetirməli, sözlərində pafosdan daha çox reallığa meydan verməlidi. Cənab Tuayevdə isə bunun əksidi. Onun açıqlamalarını oxuyanda elə bilirsən ki, hansısa fanklubun rəhbərini danışdırırlar. O da hisslərinə qapılıb, könül verdiyi komandanı tərifləyir, rəqibi isə görməzlikdən gəlir.
Heç şübhəsiz, Kazbek Tuayev Azərbaycan miqyasında böyük futbolçudu. “Neftçi”nin əfsanələrindən biri, “bürünc” medalları boynundan asan heyətin ayrılmaz parçasıdı. Məşqçi kimi də xidmətlərini qəbul edirik. “Turan” məhz onun rəhbərliyi altında Azərbaycan çempionu adını qazanıb, “Fənərbaxça”ya qarşı futbol tariximizin ilk avrokubok oyununa komanda çıxarıb. Millimizin İsveçrə üzərindəki tarixi qələbəsinin də memarı o sayılır. Məhz onun çalışdırdığı komanda 1996-cı il avqustun 31-də bizi dünyanın xoşbəxti etmiş, Avropanın sayılıb-seçilən futbol ölkələrindən olan İsveçrə millisini Bakıdan məğlub yola salmışdı. Amma unutmayaq ki, epizodik uğurlara baxmayaraq, Azərbaycan futbolunun uzaq-yaxın keçmişində öyünüləcək hadisələr, şəxsiyyətlər elə də çox deyil. Barmaqlarımızı qatlayıb, məşhur veteranlarımızın adını sayanda iki əlimiz kifayət edir. Nə fərdi, nə də komanda şəklində silsilə, bir-birinin ardınca gələn uğurlarımız var. Bununla belə, naşükürlük etmirik, olanlarımızın da qiymətini bilib, onlara hörmətlə yanaşırıq. Kazbek Əliyeviç isə özü belə davranmağa həvəsli deyil.
Bugünlərdə həmkarlarımız ondan klublarımızın avrokuboklardakı perspektivləri barədə soruşublar, rəqiblərimizi və təmsilçilərimizin şanslarını dəyərləndirməyi xahiş ediblər. Cənab Tuayev də həmişəki ampluasında olub, Gürcüstan çempionu “Samtredia”nı silib-süpürüb, “Qarabağ”la bir tərəziyə qoymaq istəməyib. Lap yaxşı, mən də onunla razıyam. Təəssüf ki, veteranımız sözlərinin davamını yaxşı gətirməyib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun və kapitanı Rəşad Sadıqovun rəqibə hədsiz ehtiyatla və hörmətlə yanaşmasına cavab olaraq “nə danışmaqları öz işləridi, amma gürcülərə uduzsalar, onların başını kəsmək lazımdı” deyib. Heç yaraşarmı? Ağsaqqal kişi bu sözləri ilə Qurbanovla Sadıqovu, bütünlükdə “Qarabağ”ın futbolçularını hədəfə çevirmirmi? Sabah ya vəlvələdən, ya zəlzələdən “Qarabağ” sürpriz şəkildə “Samtredia”ya uduzsa, axmağın biri Tuayevin dediyini əlində bayraq edə bilməzmi? Olmaya bu dəfə də Kazbek Əliyeviç həmkarlarımın sualını düzgün başa düşməyib, Qurban bayramında qoyun-dəvə kəsməklə futbolu qarışdırıb? Adama deyərlər ki, 1954-cü ildən 1972-yə qədər futbolçu olmusuz. Ondan üzübəri də məşqçi, mütəxəssis sayılırsız. Hansı alçaldıcı məğlubiyyətdən sonra sizin başınızı kəsmək istəyiblər, yaxud da siz kiminsə başını kəsmək istəmisiz? Ayıbdı, vallah!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar