23 in 19:54Yazar

Peşəkarlığın “Pe”si

Bir neçə gün əvvəl oxuduq ki, UEFA Avstriya “Zaltsburq”una və Almaniya “Leyptsiq”inə Çempionlar Liqasında iştirak etməyə icazə verib. Bu iki klubun qitənin ali futbol qurumundan xüsusi icazə almasının xüsusi səbəbi varmış. Çünki hər ikisini enerji içkisi istehsal edən şirkətlərdən biri maliyyələşdirir, formalarında həmin markanın adını gəzdirirlər. UEFA-nın ekspertləri araşdırma aparıblar və görüblər ki, Avstriya və Almaniya klublarının sponsoru eyni şirkət olsa da, bir-biriylə hansısa bağlılığı yoxdu, şübhələnməyə dəyməz. Amma mən adım kimi əminəm ki, işdi birdən “Zaltsburq”la “Leyptsiq”in yolu Çempionlar Liqasında kəsişsə, yaxud da onların hansınınsa iştirakı ilə keçiriləcək oyunun nəticəsi digərinin turnir perespektivinə təsir göstərsə, nəzarət artacaq, xüsusi komissiya qarşılaşmaları izləyəcək. Budu, Avropa demokratiyası, hüququn aliliyi, qanun qarşısında hər kəsin bərabərliyi.
Bəs bizdə vəziyyət necədi? Hərdən özüm özümə sual verirəm, dərin düşüncələrə dalıram, lakin bir qərara gələ bilmirəm. UEFA Azərbaycanda baş verən hoqqalardan xəbərdardımı? Bizim keçirdiyimiz premyer-liqanı, iştirakçıların sponsorlarını, hardan idarə olunmasını izləyirlərmi? Belə çıxır ki, AFFA UEFA-ya yalançı hesabatlar, saxta sənədlər göndərir, onlar əsl həqiqəti bilmirlər. Yoxsa Azərbaycanda 8 komandadan beşinin eyni cibdən qidalandığı çempionatın keçirilməsinə, AFFA-nın əməkdaşlarının klublarda rəhbər vəzifə tutmasına necə göz yumurlar? Buna necə icazə verirlər, Azərbaycan premyer-liqasının nəticələrini hansı əsasla tanıyırlar, bizimkilərin avrokuboklara qatılmasına qadağa qoymurlar?! İzahatını tapmağa çətinlik çəkirəm.
Həmkarım Şəfinin “İnter”in məşqinə tamaşa etmək, komandanın gürcü çalışdırıcısı Zaur Svanadzedən müsahibə götürməkdən ötrü hansı əziyyətlərə qatlaşmasını ürək ağrısıyla oxuduq. Təsəvvür edin, məşqin başlamasına dəqiqələr qalana qədər klubun mətbuat xidmətinin əməkdaşı, futbolçular özləri hazırlığın harda keçirilməsindən xəbərsiz imişlər. Şəfini saatyarım şəhərdə gəzdirəndən, bir saat da stadionun qapısında saxlayıb ona-buna telefonla zəng etməyə məcbur edəndən sonra məşqə baxmağa buraxıblar. Bizim komandaların məşqinə demirəm, oyununa baxmağa 5-10 min azarkeş gəlsə, görün bizi hansı hoqqalar, necə böyük əngəllər gözləyər. Mərkəzi oyunlar, paxtaxt derbiləri zamanı tribunalarda azarkeşlərin sayı iki əlin qoşa barmaqlarının sayı qədər olur. “İnter” isə tarixən azarkeş azlığından əziyyət çəkib. Bununla belə, bu komandanın hazırlığını izləmək üçün 4-5 nəfərə zəng vurmaq, onlardan icazə almaq tələb olunur. Sözümün canı o da deyil. Söhbət “İnter”in idman klubu kimi daşıdığı peşəkar statusundan gedir.
“İnter” bu yay Avropa Liqasının oyununu harda keçirməklə bağlı qərarı xeyli çətinliklə qəbul edib. Əvvəlcə Mərdəkana getmək qərarına gəlmişdilər. Sonra da “Bakcell Arena”nı seçdilər. Sonradan nə baş verdisə, onları yenidən “Dalğa”ya “sürgün” etdilər. Dəyərli dostumuz Səbuhi Məmmədov deyir ki ki, “İnter”in avrokubok oyununda dəstəksiz qalmaması üçün bütün vasitələrdən istifadə edəcəklər və tribunaların dolacağına inanırlar. Nə əsasla buna ümid edirsiz, bəy? “İnter Arena” Bakıda ən əlverişli yerdə yerləşən üç arenadan biridi. Deyərdim ki, hətta Tofiq Bəhramovun adını daşıyan Respublika stadionundan sonra ikincisi. Stadiona həm metro, həm də avtobusla rahat getmək olar. Amma kənardan par-par parıldayan, möhtəşəm idman qurğusunu xatırladan stadionun ot örtüyü bu səviyyəli oyun keçirmək üçün münasib deyil. Səbəb isə əlbəttə ki, yarıtmaz idarəçilik, yalnız bu günlə yaşamağımız, futbolun inkişafını və futbolçuların sağlamlığını vecimizə almamağımızdı.
“İnter” pula pul deməyəndə əcnəbi futbolçuların birini qarşılayır, digərini yola salırdı. Xarici məşqçiləri yağ içində böyrək kimi bəsləyirdi. Həmin pulun çox kiçik qismiylə daha ağıllı işlər görmək, klubun sabahını düşünmək və yaxşı təbii ot örtüyünə malik meydança salmaq mümkün idi. Bunun da sayəsində indi “İnter” Mərdəkana “sürgün” edilib, azarkeş dəstəyindən məhrum olmazdı. Komanda məşq etmək üçün AFFA-dan mərhəmət ummazdı, onlara əvvəlcə “Neftçi”nin məşq meydançasına gedin” deyib, sonra da Bakı Olimpiya Stadionun kənarı nişan verilməzdi. Və ən nəhayət, bizim dəyərli həmkarımız Şəfi bəy yollarda qalmaz, “İnter”in hazırlığına baxmaq, Svanadzeni sorğu-sual etmək üçün min bir əziyyətə qatlaşmazdı. Bütün bunlar bizim klublarımızın peşəkar olmamasının, peşəkarlığın “pe”sindən belə uzaq qalmasının nəticələridi. UEFA isə bizi qoyub, biri Avstriyada, digəri Almaniyada olan klubların əlaqələrini araşdırır. Gününüzə gülüm, ay Aleksander Çeferin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar