21 in 20:33Yazar

Şikayətlənməyək, gücümüzə inanaq!

Şikayətlənməyək, gücümüzə inanaq!
Bəlkə də püşkatmanı daha böyük həvəslə, daha yüksək əvhal-ruhiyyədə qarşılaya bilərdik. Ancaq sanki o həyəcanı görmədik bu dəfə. Yox, bunun səbəbkarı klublarımız deyil. Əsas məsələ əksəriyyətə məlumdu. Söhbət avrokuboklar ərəfəsində yığmanın seçmə mərhələ iddiasının “dəfn olunmasından” gedir. Hələ Şimali İrlandiya ilə oyundan əvvəl millinin qazanacağı zəfərin klublara da təsir edəcəyini, avrokubok mövsümünün ikiqat bayram ab-havasında keçəcəyini qeyd etmişdik. Amma olmadı. Əskinə, yığma “Tofiq Bəhramov”da elə bir zərbə alıd ki... Sanki rinqdə bütün raundlar hansısa boksçunun üstünlüyü şəraitində keçir, yalnız sona az qalmış döyülən tərəf sərrast zərbə ilə rəqibini nokaut edir. Çox güman, azərbaycanlı futbolsevərlər təsnifat mərələsinin ilk oyunlarına qədər həmin zərbənin şokundan çətin ayıla. Ancaq nə etmək olar, xəyallarımızla real gücümüzün üst-üstə düşməsinə hələ çox vaxt var. Sadəcə, gözlənilməz nəticələr bizdə bir qədər tələskənlik yaratdı, ümidləndik, arzuladıq, inandıq və sonda məyus olduq. Yığmadan əlimiz çıxdığından yenə də ümidimizi klublara bağladıq. Yay mövsümündə artıq avrokuboklardakı qələbələrdən zövq ala, yığmanın ürəyimizə vurduğu yaranın bu yolla qaysaq bağlamasına nail ola bilərik. Bu baş verəcəkmi? Hə, əsas sual, dünəndən hər kəsi düşündürən məqam budu.
Əslində 2012-ci ilə qədər klublarımızın qitə arenasındakı çıxışı pley-offdan irəli getmirdi. Hər püşkdən sonra barmaqlarımız işə düşür, onları bir-bir təsnifat mərhələsinə uyğun qatlayırdıq. Ən çox rəqib sıradan çıxaran komandamız isə olurdu uğurlu təmsilçimiz. Bunu daha çox “Qarabağ” bacarırdı və böyük uğurlara alışmayan futbol azarkeşləri “Aropadakı fəxrimiz” deyəndə məhz ağdamlıları yada salırdı. Qurban Qurbanovun yeirmələri bir neçə dəfə qrupun astanasından dönsə də, sindromu qırmağı bacarmadı. Nəhayət, 2012-ci ildə sanki ölkə futbolunun üzərindən qara buludlar çəkildi. “Neftçi” bir flaqman kimi tarix yazdı, qrup mərhələsinin qapılarını açdı üzümüzə. “Heç vaxt bacarmayacağıq” deyə düşündüyümüz sindromu qırdı “ağ-qaralar”, pley-off lənətinə son qoydu ölkənin ən köklü klubu. Bu dönüş nötqəsi oldu, azərbaycanlı azarkeşlər artıq ümidsizliyin caynağından qurtuldu. Hər nə qədər bu gün tarixinin yaxşı günlərini yaşamasa da, ölkə futbolu həmin lənətə son qoyan “Neftçi”yə hər zaman minnətdar olmalıdı. Məncə...
Təbii, “Qarabağ”ın uğurun davamını gətirməsi futbolumuz adına daha bir zəfər idi. Özü də “Neftçi”dən fərqli, “köhlən atlar” bunu müntəzəm bacarmaqla hər kəsi uğura alışdırdı. “Qəbələ” isə bu mənada “Qarabağ”ın “səsinə səs verməklə” bizə yuxarıdan aşağı baxanları artıq təmsilçilərimizi ciddiyə almağa məcbur etdi. O başqa məsələ ki, Roman Qriqorçukun yetirmələri ardıcıl iki il bütün mərhələləri dəf etməklə nəinki ölkəmizdə, hətta Avropada səs-küy saldı, tarixi ilkə imza atdı. Düzdü, klublarımızın avrokuboklardakı uğurlu çıxışı hərtərəfli xeyrimizədi. Reytinq xalı, tanınmış klubların ölkəmizə gəlməsi, futbolçularımızın beynəlxalq təcrübə toplaması, azarkeşlərin futbola marağının artması, maddi gəlir və bir sıra belə məqamlar baxımından. Ancaq razılaşaq ki, məhz klublarımızın qrup mərhələsinə daimi vəsiqə qazanması onlara qarşı tələbləri artırıb. Bu gün hansısa təmsilçimizin 1-ci mərhələdə mübarizəni dayandırmaq ehtimalını qəbul etmirik. Hətta 2-ci mərhələdə belə kimsə mübarizəni dayandırsa, birmənalı şəkildə bunu uğursuzluq kimi qiymətləndirəcəyik. Əslində belə də olmalıdı. Keçilmiş yolda büdrəyən tənqid olunmalı, özündən öncəkilərin uğurlarını təkrarlamalıdı. Buna çalışmalı, inanmalı və bacarmalıdı.
Bir sözlə, bu dəfə də püşk atıldı, klublarımız rəqiblərini tanıdı, müzakirələr başladı, şanslar incələndi. Artıq “Qarabağ” Çempionlar Liqasının qrupu ilə bizləri sevindirməlidi. Ardıcıl 4-cü dəfə çempion olan “köhlən atlar” bu fürsəti dəyərləndirməlidi. Ötən il olduğu kimi, Qurbanovun yetirmələri bu dəfə də Avroliqanın qrupunda yer alsa, uğur sayılmayacaq. Çünki hədəf ÇL-in qrupudu. Avroliqada bu keçilmiş yoldu. Həm klub rəhbərliyi, həm də baş məşqçi bütün imkanları səfərbər etməlidi. Hücumçu lazımdısa, alınmalıdı, qitənin ən nüfuzlu klub turniri üçün neçə futbolçu lazımdısa, cəlb edilməlidi. Özü də Qurban bəy “Samtredia”nı potensial rəqiblər arasında ən çətini adlandırıb. Ola bilər, məlum “5-lik”də ən çətini gürcülər idi. Ancaq “Qəbələ” bu rəqibin Bakıda daşını daş üstə qoymamışdısa, çəkinməyə dəyməz. O da var ki, Qurbanovun bütün rəqibləri yüksək qiymətləndirməsinə alışmışıq. Lakin bu gün “Samtredia”nı ÇL yolunda əsas rəqib saymamalıyıq. “Qəbələ” yığdığı reytinq əmsalı hesabına bu dəfə 2-ci mərhələdən mübarizəyə başlayacaq.“Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq “qırmızı-qaralar” üçün, əlbəttə, qonşu ölkə təmsilçisi daha uyğun variantdı. Ancaq ötən iki mövsüm bundan qat-qat güclü rəqibləri təsnifat mərhələsində yolundan kənarlaşdıran Qriqorçukun komandası üçün Polşa klubu da problem olmamalıdı. Daha öncə Avroliqaya vəsiqə verən yeri tutsa da, bu turnirdə iştirak üçün “yaşı çatmayan” “Zirə” bu dəfə arzusunu reallaşdırmaq gücündədi. Hər halda, çempionatdakı çıxışı, məlum büdcə çərçivəsində komandaya yaradılan şərait, baş məqşçi Ayxan Abbasova verilən transfer imkanları ilk mərhələdə mübarizəni dayandırmağı qəbul etməyə imkan vermir. “Differdanj”ın gücünü qabartmaq, “Lüksemburqun öndə olan iki komandasından biri” deyib çəkinmək lazım deyil. Əksinə, bu mərhələni keçilmiş sayıb, növbət mərhələdə “Astra” ilə oyuna köklənmək lazımdı. Yalnız “İnter”in vəziyyətini müəyyən mənada anlamaq olar. Məlum transfer qadağası fonunda güclənə bilməyən paytaxt təmsilçisindən çox şey tələb etmək bir az çətindi. Ancaq “çox şey” deyəndə, 1 və ya 2-ci mərhələni yox, yolun daha irəlisini nəzərdə tuturuq. Odu ki, püşkün nəticəsindən şikayətlənməyək, gücümüzə inanaq, yığmanın oyunundan sonra ümidsizlik burulğanına düşən azarkeşləri yenidən ayağa qaldıraq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar