16 in 17:49Yazar

“Neftçi” AZAL kimi “uçacaq”?!

“Neftçi” AZAL kimi “uçacaq”?!
Ötən mövsüm ölkə kubokunun yarımfinalında “Qarabağ”a uduzandan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev həmin qarşılaşmadan sonra özünə maraqlı məşğuliyyət tapmışdı. Hər dəfə hansısa lazımsız oyunda kiməsə qalib gələn kimi “Amal Abuşov hanı” deyə sual edirmiş. Məqsədi də mənə acıq vermək, “görürsüz, biz düz yoldayıq, “Neftçi” qalib gələ də bilir” demək imiş. Daha fikirləşmirdi ki, həmin o epizodik qələbələr 80 yaşlı “xalq komandası”na ciddi mənada heç nə qazandırmır, baş aldatmağa hesablanıb. Nəticə göz qabağındadı. 2 il 11 ay əvvəl yaranan “Zirə” hazırda Türkiyədə hazırlıq keçir, Avropa Liqasında Azərbaycanı layiqincə təmsil etməyə hazırlaşır. “Neftçi”nin adını isə idman ictimaiyyəti və mətbuat ancaq hansısa yeni təyinat gerçəkləşəndə, kimisə işdən çıxaranda xatırlayır. Daha azarkeşlərin adını çəkmirəm. Bilirəm ki, azarkeş sözü Elxan Abdullayev üçün heç bir məna kəsb etmir, hörmətli çalışdırıcı tribunada olanları xuliqan gözündə görür.
Bizim aramızdakı “münaqişə”nin əsası da elə “Qarabağ”la yarımfinalın ilk oyunundan sonra qoyulmuşdu. Ağdam təmsilçisinin əvəzedici futbolçulardan qurulmuş heyəti “Neftçi”ni vacib oyunda 2:0 hesabıyla məğlub etmişdi. Özü də həmin gün “ağ-qaralar”ın 80 illiyi şərəfinə Bakının dəbdəbəli əyləncə mərkəzlərinin birində yeyib-içmək təşkil olunmuşdu, komandanın veteranları meydən vurub stadiona gəlmişdilər. Elə onların gözlərinin qarşısında “Qarabağ” “Neftçi”nin əl-qolunu “bağladı”, rahat qələbə qazandı. Bu mənada məğlubiyyət “Neftçi”yə daha ağır təsir etməliydi. Çünki bu yenilgi sıradan biri deyildi. Onsuz da son 2-3 mövsümdə “Neftçi” uduzmağa öyrəncəli olub. Amma həmin yenilgi “xalq komandası”nı veteranlarının gözünün qarşısında alçatmaqla bərabər komandanın avrokuboklara qatılmaq üçün yeganə ümidinin də üzərindən xətt çəkmişdi. Hakimin final fitindən sonra mətbuat konfransına gələn Elxan Abdullayevin ilk sözü o oldu ki, bugünkü qarşılaşmaya yaxşı hazırlaşa bilməmişdik, cavab oyununa qədər səhvlərimizi təhlil edəcəyik və məğlubiyyətin əvəzini çıxacağıq. Hətta cənab Abdullayev bir qədər də uzağa getmişdi, üzünü bizə tutub sual etmişdi ki, kim əminliklə “Qarabağ”ın finala yüksəldiyini deyə bilər? Yerimdə sakit dura bilməmişdim və “mən” deyəndən sonra Elxan bəydən “bugünkü oyuna yaxşı hazırlaşa bilməməyinizdə sizin millinin düşərgəsində olmağınızın, komandanın məşqlərinə rəhbərlik edə bilməməyinizin rolu varmı”, - deyə soruşmuşdum. Çünki yarımfinalın ilk oyunu millinin Almaniya ilə qarşılaşmasından sonraya təsadüf edirdi, elə bu səbəbdən də Elxan bəy “Neftçi”dən 10-15 gün uzaq düşmüşdü. Sözünün qarşısına söz deməyim, üstəlik də köndələn sual verməyim cənab Abdullayevi çox qəzəbləndirdi və “mənim millidə çalışmağım sizin kimi çoxlarını narahat edir, iki vəzifədə olmağımın “Neftçi”yə heç bir maneçiliyi yoxdu, işimin öhdəsindən lazımı səviyyədə gəlirəm” sözlərini böyük pafos, özündənrazılıqla səsləndirdi.
Ay ötdü, il dolandı, yenə də əlahəzrət zaman məni haqlı çıxardı. Millimizin Şimali İrlandiya ilə oyunundan cəmi iki gün sonra “xalq komandası”nın rəsmi saytı vasitəsiylə açıqlama yayıldı ki, Elxan Abdullayev bundan sonra bütün diqqətini klubdakı işinə yönəldəcək, buna görə də Prosineçkinin köməkçisi vəzifəsindən ayrılıb. Rəhmətlik Bəşir Səfəroğlu demişkən, 1:0 Baloğlanın xeyrinə. Mən şübhə etmirəm ki, Abdullayevin bu addımı atmasına səbəb “Neftçi”nin mənafeyini düşünməsi deyil. Ona “yuxarı”dan belə göstəriş gəlib. Necə ki, özü ötən ilin oktyabrında belə bir etirafda bulunmuşdu: “Məni bura AFFA göndərib. Göndəriblər ki, gəlim və burda komandaya xeyir verim, vəziyyəti düzəldim. Mən fəhlə adamam, harda desələr, orda da fəhləlik edəcəm”. İndi həmin göndərənlər də deyiblər ki, əlindəki qarpızlardan birini yerə qoy, sənə ağırlıq edir, daşımağa gücün çatmır.
Elxan Abdullayevin “bütün diqqətini “Neftçi”yə ayırması” ilə dəyərli Dmitri Kramarenkonun klubdakı işindən ayrılması üst-üstə düşdü. Təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir. Sizin də yadınızda olar, Dima Moskvadan bura necə böyük həvəslə qayıtmışdı, atasının adını daşıyan qapıçılar məktəbi açmaq istəyirdi. Azərbaycanlı balalarına dərs keçmək, onların yaxşı qapıçı olması üçün bilik və bacarığını paylaşmaq niyyətindəydi. AFFA-nın baş katibiylə görüşmüşdü, Elxan Məmmədov da onun başını qatmaq üçün “Neftçi”yə “transfer etmişdi”. Bizdə uşaq məktəbinə, Kramarenko irsinin davamına ehtiyac yoxdu, Dima. Əsas odu, sənin fikrini başqa yerə yönəltdilər, müəyyən müddət başını qarışdırdılar və bu söhbət də unuduldu. İndi sənin köməyinə heç “Neftçi”də də ehtiyac yoxdu. Əvəzində daha bir sabiq AZAL-lı Rauf Salamovu “Neftçi”yə gətirdilər. Salamov Orxan Hüseynzadə və Elxan Abdullayevlə birlikdə Şüvəlanı təmsil edən klubda çalışıb. Yavaş-yavaş AZAL-ın köhnə qvardiyası “Neftçi”yə toplaşır. Zirvələri fəth etməsini arzuladığımız “Neftçi” çox yaxında AZAL kimi “uçmağa” başlayacaq. Elxan Abdullayev kimi pilotu olan “təyyarə”nin uçacağı istiqamət də bizə məlumdu - AZAL-ın indi olduğu yerə...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar