16 in 17:45Yazar

Prosineçkini buraxın!

Mən ilk dəfə yığmanın oyununu canlı izləyəndə İsveçrəni udmuşduq. Amma baxanlar bilir ki, həmin gün Kazbek Tuayevin məşqçilik bacarığı və oyunçularımızın ustalığından daha çox Allah bu qələbəni istəmişdi.
Daha sonra Portuqaliya ilə oyunda yığma İsveçrəylə müqayisədə yaxşı oynasa da, yenə Kramarenkonun fantastik qurtarışları və təbii ki, Allahın istəyi ilə heç-heçə oynamışdıq. Nədənsə yığmanın ən yaddaqalan oyunları bunlardı. Halbuki başqa qələbələr və heç-heçələr də olub.
Şimali İrlandiyanı da Bakıda udmuşuq, səfərdə isə heç-heçə etmişik. İndi Foqts buna görə özünü Prosineçkidən yaxşı məşqçi sayır. Reallıq isə başqadı. Reallıq Foqtsun məhv etdiyi komandanı Prosineçkinin əməlli-başlı diriltdiyini göstərir. Düzdü, yığma baxımlı futbol oynayır, qol vəziyyətlərı yaradır. Amma "vuran ayaq" problemi var.
Prosineçki yığmanın oyununda yaxşıya doğru böyük dəyişiklik etsə də, bəzən inadkar və anlaşılmaz addımları ilə də diqqəti çəkir. Məsələn, uzun müddətdi israrla Ufuk Budakı komandaya dəvət etmir. Ramil Şeydayevə yaş və perspektiv baxımından uduzsa da, "vuran ayaq" məsələsində mənə görə daha üstün olan Rauf Əliyevi isə son iki rəsmi oyuna dəvət etməyib. Səbəb bilinmir...
Söhbət Raufun yaşıyla bağlıdısa, bilməyənlərə xatırladım ki, o 1989-cu ildə doğulub. Yəni futbol baxımından Raufun ən gözəl dövrü, ən gözəl illəridi. Rauf qolları ilə yığmanı AÇ 2020-yə çıxaracaq potensialda bir hücumçudu. Bəs o niyə arzuolunmaz şəxsdi? Deyilənə görə, əsas məqam Raufun futbolçu keyfiyyətləri yox, dilini dinc qoymamasıdı. Məsələn, son oyunlara Nizami Hacıyevi milliyə dəvət almağa layiq oyunçu saydığına görə çağırılmır...
Deyilənə görə, Prosineçki AFFA-dakı başbilənlərlə dava edə-edə Raufu yığmaya qaytarıb. Amma forvard yenə susmayıb və mətbuatda Nizaminin millidə oynamağa layiq olduğunu söylədiyi üçün xorvat baş məşqçinin də qara siyahısına düşüb. Əslində çox gülməli səbəbdi. Yığmanın gələcək məşqçisi kimi gördüyümüz və buna layiq olduğunu sabit nəticələri ilə göstərən Qurban Qurbanovun da Raufdan dilinə və "Bakı"da oynadığı vaxt "Qarabağ"a vurduğu qoldan sonra hansısa sevincinə görə incidiyi deyilir. Amma bütün bu söhbətlər çox gülməlidi. Rauf meydandakı oyunu ilə millinin də, "Qarabağ"ın da əsas forvardı olmağa layiq olduğunu sübut edir. Və bir neçə gün sonra avrokuboklarda da edəcək. Buna əmin olun!
Amma indi yığmanın oyunu, Prosineçkinin heyət seçimi-filan unudulub. Hər kəs onun millini "yetim" qoyub "Bursaspor"a gedəcəyinin hayındadı. Getsin, arkadaş! Bu əyalət klubunu millidən daha nüfuzlu görürsə, dünəndən getsin.
"Bursaspor" söhbəti çıxandan sonra yığma Belfastda darmadağın oldu. Həmin oyunun heyətini biləndə “feysbuk”da belə bir status yazmışdım:
“Nazarov millidə ən yüksək ustalıq səviyyəsi olan oyunçudu... Mirzəbəyov millilik deyil... Daşdəmirovun yerinə Ufuk Budak olmalıydı... Əfranın yerinə Tuğrul Erat... Məhz bu səhvlərə görə, məncə, ilk məğlubiyyət gələcək... Müdafiəçilərimiz Ariflə "Maqa"nın boyu 1.70-dən də aşağıdı, hücümçuları Lafferti ilə Magennisin boyları 1.90-dı... Bütün ümidlər Kamranın, Bədavinin, Maksimin, Ramilin fərdi ustalığınadı. Amma Norveç, Çexiya mocuzələrini yada salıb yenə də inanaq”.
Möcüzə olmadı. Milli darmadağına uğradı. Və yazdığım status dərin təhlil deyildi. Sadə azarkeşin və uşağın gördüyü adi məqamlar idi. Prosineçki bunu hamıdan daha yaxşı bilirdi. Və bəlkə də qəsdən biabırçılıqla uduzub, Türkiyəyə getməyə imkan verməyən AFFA rəhbərliyindən öz aləmində qisasını aldı. Əsas heyətdə Mirzəbəyov, Daşdəmirov, Əmirquliyev, Qurbanov, Mahmudovu buraxan baş məşqçi bilərəkdən bu biabırçılığa fərman vermişdi...
Prosineçki adlı-sanlı klublarda oynayıb. Amma mənə görə top-oyunçu olmayıb. Oyununu görən biri kimi deyirəm, inanmayanlar özləri arxiv kadrlarına baxıb qərar verə bilər. Məşqçi kimi də Prosineçki ortababdı. Hətta futbolçu Prosineçkiylə müqayisədə məşqçi kimi daha yaxşıdı bəlkə də... Məncə, millinin tarixində ən yaxşı məşqçidi. Amma adam istəmirsə, onu zorla saxlamağın məntiqi nə?!
AFFA üçün gözəl məqamdı. AÇ-2020 üçün baş məşqçi indidən gəlsin və heyəi qurub oynatsın. Məqamı qaçırmağın fəsadını gələn tsikldə görməyək! AÇ-2020-yə vəsiqə qazanmaq üçün isə hər cür şansımız var. İnanmırsızsa, seçmə məhələnin yenilənmiş formatına diqqət yetirin. Amma bu artıq başqa mövzudu.
Qəti qərar vermək vaxtıdı, sonra gec olacaq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar