15 in 17:25Yazar

Niyə bu yığmalara azarkeşlik etmirəm?

Sərlövhədən işarə verdiyim kimi, mən bir neçə növ üzrə Azərbaycan yığmasına azarkeşlik etmirəm. Səbəblərini hər yığma haqda yazarkən göstərəcəyəm.
Futboldan başlayaq. Bizim ölkənin futbolu bu idarəçiliklə uğur qazanmağa layiq deyil. Təsəvvür edin ki, çempionat Bakı birinciliyindən heç nə ilə fərqlənmir. "Bakı"nın yerinə "Zirə", AZAL-ın əvəzinə isə "Səbail" yaranır. AFFA bütün maliyyə ocaqlarını əlinə alıb. Futbol mütəxəssisləri, jurnalistlər də deyir ki, "sağ olsun federasiya, yenə klublara yardım edir, onları ayaqda saxlayır". Halbuki pul AFFA-nın yox, SOCAR-ındı, yəni dövlətin (xalqın). Olmaz ki bu dövlət Gürcüstandakı kimi klublara birbaşa yardım etsin?! Onda "Səbail"in yerinə, məsələn, "Turan" çıxış edərdi. Bir regionda futbolun olması həm də iş yeri deməkdi.
Bu yığmadan məni uzaq salan səbəblərdən biri də AFFA-nın bilmirəm hansısa səbəbdən həddən artıq səxavətli davranmasıdı. Yoldaşlıq görüşlərində, komanda uduzanda, ciddi əhəmiyyəti olmayan oyunlarda verilən fantastik mükafatlar ikrah doğurur. İş o yerə çatıb ki, İtaliya ilə oyundakı məğlubiyyətə görə də mükafat vermək istəyən AFFA-nın hərəkəti o vaxtkı baş məşqçi Berti Foqtsu da əsəbləşdirib, halbuki almana da pul çatacaqdı. Əminəm ki, Mikayıl Nərimanoğlunun təkzibinə heç kim inanmadı, çünki daha zəif Finlandiyaya uduzmağa görə mükafat verilmişdi.
Oyunçu potensialı olmayan ölkənin yığmasına əcnəbi məşqçi gətirilməsini də düzgün saymıram. Torres, Foqts, indi də Prosineçki. Xorvatiyalı rəqiblərin formada olmamasından qaynaqlanan uğurlu nəticələrdən sonra göylərə qaldırıldı. İndi də onu müdafiə etmək üçün məğlubiyyətlərə izah tapmağa çalışırlar: Almaniya ilə oyunda gözəl oynamışıq! Belə deyənlər rəqib düşərgənin oyunsonrası fikirlərini oxuyublarmı? Alman futbolçular 4:1 hesablı qələbədən narazı qalmışdılar, jurnalistlər isə böyükhesablı qələbəyə (!) rəğmən, yığmanı asıb-kəsməklə məşğul idi. Şimali İrlandiya ilə oyundan razı qalanlar unudurlar ki, rəqibin 7-8 əsas oyunçusu müxtəlif səbəblərdən Bakıya gəlməmişdi. Həm də futbol, məsələn, gimnastika deyil ki, gözəl hərəkətlərə görə də xal verilsin. Yeri gəlmişkən, vaxtilə Foqts da intizamlı, döyüşkən, böyük hesabla uduzmayan komanda yaratmağa görə təriflənirdi.
"Kardinal" (Elxan Məmmədovu nəzərdə tuturam, keçmişdə bu rütbədəki din xadimləri katolik dövlətlərdə, məsələn, Fransada, faktiki dövlətə rəhbərlik edirdilər, baş katibin AFFA-da əsas söz sahibi olması heç kimə sirr deyil) "Niyə də yox?!" şüarı iflasa uğrayandan sonra indi də 2020-ni nişan verir. Futbol həvəskarlarının yadında olar, Berti Foqts da 2016-dan dəm vururdu.
“Milliləşmənin” geniş vüsət aldığı yığmanı sevməyim mümkünsüzdü. Mən əvvəllər yazmışdım ki, Almeydanın gəlişi də bir şeyi dəyişməyəcək. Şimali İrlandiya ilə oyunda ən yaxşılardan idi? Siz nəticədən danışın.
Məncə, yuxarıda göstərdiyim səbəblər kifayət edər ki, bu yığmadan uzaq düşüm... Bu seriyadan növbəti yazılar da olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar