14 in 14:49Yazar

Topu saxlayaq, Prosineçkini yox

Topu saxlayaq, Prosineçkini yox
Şimali İrlandiya ilə qarşılaşma ərəfəsində azarkeşləri ikili hisslər bürümüşdü. Mən “niyə də yox?!”a inananları, yaxud da ona istehza edənləri nəzərdə tutmuram. İlk dəfə milliyə azarkeşlik etməyəcəyini, edə bilməyəcəyini deyənlərin sayının bu qədər çoxaldığını görürdüm. Həm sosial şəbəkələrdə, həm də söhbətləşmək imkanım olan dostların arasında milli komandamıza laqeyd qalanların sayında ciddi artımın olduğunu hiss etdim. AFFA-nın bərbad siyasətinin, kütləvi “milliləşdirimənin” acı nəticələrindən biri də budu. Azarkeşlər öz millisindən soyuyur, onu özününkü kimi qəbul edə bilmir. Təsadüfü deyildi ki, həmkarlarımdan bir neçəsi sosial şəbəkələrdəki müraciətlərində ərki çatanlardan bu cür söz-söhbətlərə son qoymağı, Azərbaycan millisinə sahib çıxmağı təvəqqe edirdi. Deməli, bu tendensiyanın yüksələn xətlə hərəkətdə olduğunu müşahidə edən təkcə mən deyiləmmiş.
Nə qədər ki gec deyil, AFFA bu problemə ciddi yanaşmalı, kütləvi “milliləşdirmə” siyasətinə son qoymalıdı. Düzdü, millimizin ilk 3 oyunda 7 xal toplaması, qrupdan çıxmaq şanslarını Şimali İrlandiya ilə qarşılaşmaya qədər qoruması azarkeşləri ümidləndirmişdi. Onlar Tofiq Bəhramov adına Respublika stadionunun yolunu tutaraq, millimizə dəstək verməyə gəlmişdilər. Amma ümidləri puç edən son qarşılaşmadan sonra həmin siyasətin acı bəhrələri daha aydın hiss ediləcək. Ucu-bucağı görünməyən Bakı Olimpiya Stadionunda San Marinonu qəbul edəcəyimiz oyunda hansı mənzərənin yaşanacağını təsəvvür edirsizmi? Dəfələrlə vurğulamışıq ki, hər seçmə mərhələ ərzində millinin oyunlarından bir-ikisini bölgələrdə keçirmək, əyalətdə yaşayan azarkeşlərə də bu həyəcanı yaşatmaq lazımdı. San Marino ilə heç bir əhəmiyyət daşımayan oyuna gələcək 6-7 min azarkeş BOS-da itib-batacaq. Sözümün canı heç o da deyil. Onsuz da bu haqda Elxan Məmmədovdan nəsə soruşsaq, deyəcək ki, bölgələrdə millinin oyunlarını qəbul etməyə hazır stadion yoxdu. Daha izahını verməyəcək ki, nə üçün AFFA SOCAR-ın puluyla araya-ərsəyə gələn stadionların hamısını Bakıda tikib?
Şimali İrlandiya ilə qarşılaşmadan sonra baş verən proseslər də yetərincə maraqlı idi. Biz qalib psixologiyasına sahib olmamağın fəsadlarından illərdi əziyyət çəkirik. Məğlubiyyətə bəhanə axtarıb, özümüzə təskinlik veririk. Döyülmüş, əzilmiş, uduzdurulmuş halımıza şükr edirik. Nə varmış ki, Şimali İrlandiyaya qarşı yaxşı oynamışıq, topa sahibolmada müəyyən zaman kəsiyində 71 faiz üstünlük qazanmışıq. Bəs dünənə qədər siz deyildiz cansıxıcı oyunla qazandığımız 1 xala şükr edənlər, “tarixdə nəticə qalır” deyənlər? Məlumunuz olsun ki, Bakıda Norveçi udduğumuz oyunda topa oyunun cəmi 29 faizlik bölümündə biz sahib olmuşuq. Topun oyunda olduğu müddətin 71 faizində onu Norveçdən gələn qonaqlar ayaqlarında saxlayıblar. Həmin vaxt da komandamızın baş məşqçisi Robert Prosineçki idi. Mollanın məşhur pendir lətifəsində dediyi kimi, biz indi hansı sözə inanaq? Topu rəqibə verib, qələbə qazanmaq yaxşıdı, yoxsa onu meydanın özünə aid hissəsində ora-bura dığırlamaq, arada qapıçıya ötürmə vermək və oyunun son dəqiqələrində futbol tanrısının acı silləsini yemək?
Qərar vermək lazımdı, dostlar. Biz təkcə vaxt itirmirik, həm də ildə 25-30 milyon pulu AFFA göyə sovurur, ordan da kimlərinsə cibinə axıdır. Adını da qoyurlar ki, Azərbaycan futbolu inkişaf edir. Necə inkişaf edir ki, biz hələ futbolu necə oynamaq lazım olduğunu, top saxlamağın nəticəyə çevrilməsinin üsullarını bilmirik. İlk gündən Berti Foqts, Robert Prosineçki kimi əcnəbi mütəxəssislərin bizim millini çalışdırmasının yanlış addım olduğunu demişəm. Zaman da məni haqlı çıxarır. 6 ildən çox Foqtsu bəslədik. 3 il də Prosineçkinin nazını çəkdik. Pulumuz getdi, özümüz də təhqir olunduq. Adam gedir, eyni məsələ ilə bağlı Serbiyanın, Xorvatiyanın mətbuatına danışır. Amma bizim jurnalistlər ondan israrla cavab istəyəndə stəkanı sındırır. Bizdən nə istəyirsən, ay Robi? Hamımız ağzımıza su alaq susaq, səni alqışlayaq? Sən də bizim başımızı öz qapımızın həndəvərində top-top oynayıb, topu ayağımızda çox saxlamağımızla aldadasan?!
“Bursaspor”un Prosineçkiyə ciddi-ciddi “elçi düşməsinə” çox sevinirəm. Günü bu gün onu “yaşıl timsahlar”ın cənginə verməliyik. Çempionatında 8 komandanın mübarizə apardığı, Türkiyə və Rusiyanın ortabab klublarında oynayacaq səviyyədə futbolçu yetişdirə bilməyən bir ölkənin millisinə əcnəbi çalışdırıcı lazım deyil. Biz top saxlamağı hələ indi-indi öyrəniriksə, xorvatlara ildə 1,2 milyon avronu niyə veririk? Məşqçilər Komitəsində dağdan ağır, illərin təcrübəsinə malik, Azərbaycan futbolunu əlinin içi kimi bilən mütəxəssislər əyləşib. Ciddi sözümdü, millini bu seçmə mərhələnin sonuna kimi Məşqçilər Komitəsinə tapşırmaq lazımdı. Bizimkilərə topu saxlamağı, onu öz qapımızın həndəvərində bir-birinə ötürməyi Vaqif Sadıqovla Ağasəlim Mircavadov da öyrədə bilər. Sonrası isə Allah kərimdi!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar