14 in 14:23Yazar

Oyun bitdi, dağılışın...

Azərbaycan futbol ictimaiyyətinin şirin yuxudan ayılması üçün 109 dəqiqə kifayət etdi. Şimali İrlandiya ilə oyunun start fitindən final fitinə qədər olan müddəti və fasiləni nəzərdə tuturam. Oyundan sonra sosial şəbəkələrdə və mediada gedən müzakirələr isə artıq təfərrüatdı. Bəli, dostlar, nə qədər acı da olsa, faktiki kimsəyə lazım olmayan təfərrüat. Bizi Rusiyaya apara biləsi qatar artıq yola düşüb...
Oyunun məzmunu haqda yazılanları oxuduqca, deyilənlərə qulaq asdıqca dodağıma xəfif təbəssüm qonur. Bakıya istisnasız bir xal üçün gələn, 2-ci yer uğrunda mübarizədə əsas rəqibimiz olan komanda bizə meydanda fəaliyyət azadlığı vermişdi. Buyurun, meydanda istədiyinizi edin, bacara bilsəz, qapımıza da yaxınlaşın. Amma yaxınlaşa bildikmi – budu əsas sual! Faktiki Ramil Şeydayevin qaçırdığı gözəl imkandan savayı heç nə yarada bilmədik. Bilirəm, Əfranın o iki imkanını da unutmamısız. Amma ağlı başında olan mütəxəssis həmin oyun anlarına yüzfaizlik qol imkanı deyə bilməz.
Bir məqama da toxunmağı lazım bilirəm. Futbolda topa nəzarət, ötürmə dəqiqliyi həlledici amillər deyil. Mərhum Lobanovskinin təbirincə desək, dirəyə və tirə dəyən toplar da yalnız estetika həvəskarları üçündü, futbol anlayışlarına görə isə qeyri-dəqiq zərbə növlərindən başqa bir zibil deyil. Yəni biz növbəti oyuna qədər də son qitə birinciliyinin final mərhələsində oynayan bir komandanı topsuz qoymaqla öyünəcəyiksə, vay halımıza. Tarixdə nəticə qalır və yığmanın bügünkü nəticəsi hər kəsi və hamımızı elə xəyal qırıqlığına uğradıb, illüziyalarımıza elə son qoyub ki, hələm-hələm özümüzə gələ bilmirik.
6 oyuna 3 qol vuran, bəzi futbolçularında elementar ustalıq səviyyəsi çatışmayan (nümunə: Ramil o epizodda mümkün qərarlardan ən bəsitinə əl atdı, Əfran sona yaxın Almeydadan ötürmə alarkən topu orta məktəb uşağı kimi rahatladı...), rəqibi azlıqda yaxalayarkən nə edəcəyini bilməyən, mükəmməl ev tapşırıqları-kombinasiyaları olmayan, arxaya ötürmə vermək üzrə bütün dünya rekordlarını yeniləyən bir komandanın DÇ-nin final mərhələsinə iddia etməsi yumşaq desəm, avantüra, gerçək qiyməti isə yekəbaşlıq olan hərəkətdi. Əlbəttə, obyektiv çətinliklər də var. Mənasız İslam Həmrəyliyi Oyunlarına görə ölkə çempionatının hədsiz erkən bitməsi üzündən futbolçuların oyun praktikası sarıdan əziyyət çəkməsi, yoldaşlıq oyunu üçün rəqib tapmayan yığmanın Avstriya toplanışını boşa verməsi, ölkə çempionatının səviyyəsinin getdiksə düşməsi və s. və i.a. Amma bütün bunlar da girişdə vurğuladığım kimi, quruca təfərrüatdı.
Bir halda ki missiya bitib və yığmanın cari seçmə mərhələ üçün heç bir hədəfi qalmayıb, deməli, Robert Prosineçki ilə də sakitcə, ədəb-ərkan ilə vidalaşmaq lazımdı. Adam bu ölkənin yığmasına bacardığını verdi, Berti Foqts qədər söyüş-qarğış yiyəsi olmadı. İndi elə durum yaranıb ki, burda qaldığı hər gün yersiz söz-söhbət ilə müşayiət olunacaq. Adamın ürəyi burda deyil, özünü yeni səviyyədə sınamaq istəyir. Nə qədər gec deyil, buraxaq getsin. Azərbaycan yığması kimi, Prosineçkinin də missiyası bitib. İndiki oyun səviyyəsi və ifaçılar ilə böyük turnir hədəflərinin öhdəsindən gəlmək mümkün deyil. Yox, AFFA rəhbərliyi gerçəkdən də AÇ-2020-yə qatlmağla bağlı ciddi xəyallar qurursa, indidən nələrsə dəyişməlidi. Yığmanın baş məşqçisindən tutmuş çempionatda rəqabətin artırılmasına, aşağı yaş qrupları üzrə yığmaların formalaşmasına, ümumiyyətlə, futbolun idarəçiliyinə aid bir çox detal dəyişməlidi. Böyük Futbol İnqilabından sonra start götürən, təxminən 10 ilə sığan, özü də böyük pulların axını ilə şərtlənən intibah dövrü arxada qaldı. İndi yeni səviyyəyə adlamaq lazımdı. Ölkə, futbol ictimaiyyəti, media olaraq bunu bacaracağıqmı, yeni və inqilabi dəyişikliklər üçün lazımi intellektimiz varmı – sual çoxdu, vaxt isə az. Cəmi bir ay sonra klublar üçün avrokubok həyəcanı başlayır. Yığmanın ardından növbəti dəfə böyük məyusluq yaşamaq istəməzdik...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar