09 in 23:13Yazar

Baş katibin gecikmiş peşmanlığı

Klublar Komitəsinin sonuncu iclasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev ölkə telekanallarına çağırış etmişdi. Sizin də yadınızda olar. Şikayət dolu həmin çağırışda etiraf olunurdu ki, “mavi ekranlar”da Topaz premyer-liqasının təbliğatı yetərincə aparılmır, xüsusən də əyalətlərdə insanlar, ümumiyyətlə, bizdə çempionat keçirilməsindən xəbərsizdilər. Quliyev digər telekanalları premyer-liqaya diqqət ayırmağa, “CBC Sport”la birgə çalışmağa səsləmişdi. Elə həmin vaxt mən də cənab Quliyevin bu çağırışının səbəbsiz olmadığını öz yazımda vurğulamışdım. Hamımız bilirik ki, Kamran Quliyev “Sumqayıt”ın prezidenti olsa da, Klublar Komitəsinə rəhbərlik etsə də, müstəqil insan deyil. AFFA-nın baş katibi onu himayə etməklə yanaşı, ondan sözçüsü və ya elçisi kimi istifadə edir. İndiki halda isə özünün deyə bilmədiyi acı həqiqətləri Kamran Quliyevin dilindən mesaj kimi cəmiyyətə ötürməyə çalışmışdı.
Bizim iki ildi dediklərimizi onlar indi başa düşüblər. Qəbul etməyə məcbur olublar ki, tez-tələsik yaratdıqları “CBC Sport” ölkə çempionatını təkbaşına yetərincə təbliğ edə bilməz. AFFA-nın yaratdığı bu telekanalın ilk günlərini xatırlayırsızmı? Elxan Məmmədovun böyük ümidlərlə Moskvadan Bakıya gətirdiyi İlham Rüstəmovun qılıncının hər iki tərəfi kəsirdi. Nəinki ölkə telekanallarının, heç klubların operatorlarının stadiondan çəkiliş edib, rəsmi saytlara görüntü yerləşdirməsinə icazə vermirdilər. Elə bilirdilər ki, çəkdikləri premyer-liqa Azərbaycanda yox, İngiltərədə keçirilən çempionatdı. İlyanın digər telekanallara ünvanladığı atmacalar, sosial şəbəkədəki şəxsi hesabından onlara davamlı iztehza, bəzən isə söyüş və təhqir göndərməsi də hamımızın gözünün qabağında baş verib. Millimizin İtaliya ilə oyunundan öncə isə bu qalmaqal daha da böyümüşdü. Rüstəmov qürrələnməyə başlamışdı ki, UEFA Bakıda keçirilən oyunların çəkilişindən narazıdı, bu səbəbdən də oyunu çəkməyi onlara tapşırıblar. Çox keçmədi ki, İTV-nin əməkdaşı onun yalanını açdı. Məlum oldu ki, AFFA özü UEFA-ya müraciət ünvanlayıb və İtaliya ilə qarşılaşmanın öz texnikasıyla birlikdə Bakıda icarədar kimi fəaliyyət göstərən “Saran Holdinq” tərəfindən lentə alınmasıyla bağlı icazə istəyib. AFFA-nın bu işdə hansı maddi və ya mənəvi maraq güdməsi başqa söhbətin mövzusudu. Onsuz da indi lələ köçüb, yurdu qalıb. Hay-küylə Bakıya çağırılan İlham Rüstəmov elə Elxan Məmmədovun özü tərəfindən səssiz-səmirsiz Moskvaya yola salındı.
İham Rüstəmovun göndərilməsi pafoslu ideyanın ilk dəfə səndəlləməsi idi. Onun yerinə gətirilən Volkan Üst isə gəldiyi ilk gündən “İdman Azərbaycan” başda olmaqla digər yerli telekanallara dostluq ismarıcları göndərməyə başladı. Şəxsən mən Volkan bəyin bu jestini alqışlayırdım. Çünki Azərbaycan reallığı belədi. Bizim futbolumuzun və ümumlikdə idmanımızın reytinqi, idman verlişlərinə olan azarkeş marağı hələ o səviyyədə deyil ki, ondan ötrü kiməsə savaş elan edəsən, gizli və açıq mübarizəni qızışdırasan. Bütün bunları mənim indi xatırlamağım və sizə xatırlatmağım səbəbsiz deyil. Yazının əvvəlində qeyd etdiyim kimi, Elxan Məmmədov “CBC Sport”u yaradanda digər telekanallara göstərdiyi münasibətə görə çox peşman olub. Kamran Quliyevin ağzıyla onlara ismarıc yolladılar, bir müddət əvvəl “qeyri-peşəkar”, “bacarıqsız”, “rüşvətxor” damğası vurduqları telekanalları əməkdaşlığa səslədilər. Amma səslərinə səs verən olmadı. Bu dəfə baş katib qollarını çirmələyib, özü ortalığa düşüb. İyunun 6-da AFFA tərəfindən şərhçilər üçün seminat təşkil olunmuşdu, bizim futbol şərhçilərinə “dərs vermək” üçün rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmakın şəxsən özü paytaxtımıza təşrif buyurmuşdu. Seminardan çəkilən fotoşəkilləri izlədim. Düzdü, dinləyicilər arasında ömründə bir dəfə belə olsun, futbol şərh etməyənlər də var idi. Bəlkə də onların iştirakı seminar keçirilən zalın dolu görünməsinə, bununla da kütləvilik imitasiyası yaratmağa hesablanmışdı. Qoy olsun. Kimsə çox hörmətli Kuzmakdan yeni nəsə öyrənə bildisə, bunu ancaq alqışlamaq lazımdı. AFFA-ya da bu təşəbbüsünə görə “çox sağ ol” düşür. Onsuz da min yerə pul xərcliyirlər. Bir az bizim dəyərli futbol şərhçilərinə görə büdcələrinə əziyyət versələr, dünya dağılmaz. Amma işin ən maraqlı tərəfi odu ki, AFFA-nın baş katibi seminarın açılışında və bağlanışında şəxsən iştirak edib, son mərhələdə isə dinləyicilərə sertifikatların təqdim olunmasında fəallıq göstərib. Nə baş verdi, nə dəyişdi ki, Elxan Məmmədovun şərhçilərə diqqəti birdən-birə artdı, qızıldan qiymətli vaxtını jurnalistlərə, futbol şərhçilərinə ayırıb, onlara sertifikat veməyə belə gəldi? Dünyanın işi belədi, əziz dostlar. Cənab Məmmədov səhvini anlayıb, indi də telekanallarda çalışan həmkarlarımıza barışıq əlini uzadır, onlara jest edir. Bunun adı sonrakı peşmanlıqdı. Sonrakı peşmanlığın fayda verib-verməyəcəyi isə müəmmalıdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar