09 in 22:28Yazar

Kiyev “Dinamo”sunun “Neftçi”yə yardımı haqda deyilənlər yalandı!

Yaxınlarda "Futbol+"də lent.az saytına istinadla verilən bir yazı oxudum. Həmin yazıda Valeri Lobanovskinin dostu olduğunu iddia edən Firudin Məmmədovun xatirələri yer alıb. Ona görə iddia deyirəm ki, istənilən adam bir məşhurun həyatından hamıya məlum faktları özünün şahid olduğu hadisələr kimi qələmə verə bilər. Hələ yazıda gedən bəzi faktların düzgün olmadığını nəzərə alsaq, yuxarıda adı çəkilən şəxslərin dostluğunun gerçəkliyindən şübhələnməyimə haqq qazandıra bilərsiz.
Firudin bəy bildirir ki, SSRİ İtaliyaya AÇ-76-nın seçmə oyununda Moskvada 1:0 hesabıyla qalib gəlib və bizimkilərin heyətində 11 kiyevlinin meydana çıxması sovet rəhbərliyinin xoşuna gəlməyib. Bildirmək istəyirəm ki, keçmiş vətənimizin yığması “buzovlar ölkəsi”ni rəsmi yox, yoldaşlıq oyununda məğlub etmişdi. Həmin seçmə mərhələnin qrupunda isə İtaliya yox idi. SSRİ Türkiyənin də olduğu qrupda (qardaş ölkədə əvvəllər futbol olmadığını düşünənlərin menyusuna: türklər səfərdə 0:3 uduzsa da, evdə 1:0 hesabıyla qalib gəlmişdi) birinci yeri tutmaqla Çexoslovakiya ilə 1/4 finalda oynamaq hüququ qazandı. Xatırladım ki, Yan Qusun həmvətənləri Bratislavada 2:0 hesabıyla qələbə qazanıb Kiyevdəki oyunda 2:2 bərabərə qalmaqla yarımfinala çıxıblar.
Lobanovskinin yığmanın start heyətini tam öz klubunun üzvlərindən qurmasının guya sovet rəhbərliyinin xoşuna gəlməməsi faktı da həqiqəti əks etdirmir. O vaxt Kiyev "Dinamo"su güclü idi. Təsadüfi deyil ki, 1975-ci ildə “Bavariya”nı UEFA superkubokunda evdə 2:0, səfərdə 1:0 hesabıyla məğlub etmişdilər. Ölkə rəhbərliyinə sərf edərdi ki, ən güclülər meydana çıxsın. Kiyevlilərin nə qədər güclü olduğunu anlamaq üçün o vaxtların populyar lətifəsini yada salmaq kifayətdi: ermənidən soruşurlar ki, "Ararat" nə vaxt çempion olacaq, o da cavab verir ki, "koqda u nas budet iqrat İştoyan, Abovyan i devyat kiyevlyan" (yeri gəlmişkən, ermənilər 1973-cü ildə kiyevlilərsiz də çempion oldu - N.R).
Kiyev "Dinamo"sunun "Neftçi"yə bilərəkdən xal verməsi haqda fikirləri də absurd sayıram. Bakılılar "Spartak"ı da hərdən məğlub edib. Onların 1981-ci il mayın 7-si, ya da 8-də moskvalıları Səmədağa Şıxlarovun 2 qol vurduğu dramatik oyunda 4:3 hesabıyla udduğunu qeyd etsəm, kifayətdi. Onda belə çıxır ki, həmin illərdə Lobanovskinin başlıca rəqibi Konstantin İvanoviç Beskov ("Spartak"ın baş məşqçisi - N.R.) "Neftçi"yə xal verirdi?!
"Dinamo" - "Neftçi" oyunlarına gəlincə, 1977-ci ildən bu komandaların görüşlərini izləyən şəxs kimi əminəm ki, xal verməkdən söhbət belə gedə bilməzdi. Ən azı ona görə ki, bizimkilərlə kiyevlilərin oyunları heç vaxt bakılılar üçün həyati əhəmiyyət daşıyan vaxtlara təsadüf etməyib. Yaddaşımda xüsusi iz buraxan iki matçı xatırlamaq istəyirəm. 1983 mövsümünün birinci dövrəsinin sonuncu - 17-ci turunda bakılılar kiyevlilərlə səfərdə qarşılaşırdı. Qutqaşendən (indiki Qəbələ) olan tələbə yoldaşım Hikmət oyundan əvvəl hey deyirdi ki, "Dinamo" böyük hesabla qələbə qazanacaq. Mən də ona deyirdim ki, niyə elə eyni fikri deyirsən, məlumdu da, kiyevlilər güclüdü. Hikmətin demək olar ki, hamının təxmin etdiyi fikri təkrarlaması xoşuma gəlmədi. Kiçik bir riyazi hesablama apardım. 1982 mövsümünün birinci dövrəsini "Neftçi" Əhməd Ələsgərovun rəhbərliyi altında 15 xalla bitirmişdi. İndi 16 turdan sonra bu qədər xal var idi. Son tur uduzulsaydı, Kazbek Tuayevə deməzlərmi sən nə etmisən? Düşündüm ki, məşqçi nə olur-olsun, komandanın xal qazanmasına çalışacaq. Bu düşüncənin təsiri altında tələbə yoldaşıma "Neftçi"nin uduzmayacağını dedim. Oyun 0:0 bitdi. Hələ son dəqiqələrdə Allahverdi Səfərov (bir neçə il əvvəl "Futbol+"də oxumuşdum ki, şəhid olub, Allah rəhmət eləsin) künc zərbəsindən ötürülən topu başla qapının üstündən vurmasaydı, qələbə də qazana bilərdik.
1985-ci ilin payızında 24-cü, ya da 25-ci sektorda bir gürcü ilə yanaşı oturub "Neftçi" - "Dinamo" oyununu izləyirdim. Bizimkilər az qala təkqapı oynayırdı. Gürcü dedi ki, oyun heç-heçə bitsə, ədalətsizlik olar, cərimə zərbəsi, ya da penalti olsaydı, yaxşı olardı. Hər ikisi oldu və "Neftçi" 2:0 hesabıyla qələbə qazandı...
Kiyev "Dinamo"sunun "Neftçi"yə münasibətinin isti olması haqda deyilənlərin şişirdildiyini aşağıda çəkəcəyim fakt da sübut edir. 1988-ci ildə Qarabağ münaqişəsinin başlaması bakılıları çətin vəziyyətə salmışdı. Komanda birinci dövrənin bütün oyunlarını səfərdə keçirməyə məcbur olmuşdu. Son 9 matçın səkkizi, eləcə də "Dinamo" ilə oyun Bakıda keçirildi. "Neftçi" bu görüşlərə böyük ümid bəsləyirdi. Lakin kiyevlilər guya təhlükəsizlik səbəbi ilə paytaxtımıza gəlməkdən imtina etdilər, halbuki respublikada fövqəladə vəziyyət yox idi, üstəlik ermənilər (1990-cı ilin yanvar ayınadək) də Bakıda sakitcə həyatlarını sürdürürdülər. Lobanovskinin komandasının mövqeyini başqaları da dəstəkləyincə uğursuzluq qaçılmaz oldu və "Neftçi" güclülər dəstəsini tərk etdi.
Ümumiyyətlə, mənə elə gəlir ki, Valeri Vasilyeviçə dəyərindən daha yüksək qiymət verirlər. Ancaq bu məqama indi yox, növbəti yazılarımdan birində toxunacağam.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar