07 in 18:51Yazar

Akademiya ha...

Akademiya ha...
“Akademiya” sözünün tarixi eramızdan əvvəl 4-cü əsrə gedib çıxır. Afina şəhəri yaxınlığındakı bağlarda qədim yunan filosofu Platon tərəfindən təşkil edilən məktəblərə akademiya deyilirmiş. Sonradan elm və sənətkarlığı inkişaf etdirmək məqsədi ilə yaradılan elmi müəssisələrə də bu ad verilməyə başlayıb. Azərbaycanda əvvəllər daha çox Elmlər və Rəssamlıq Akademiyasının adlarını eşidirdik. Hər ikisinə yüksək təhsil ocağı, elmin müqəddəs mərtəbəsi kimi baxırdıq. Sonralar neft sənayesinin inkişafıyla paralel Neft Akademiyası da bu cərgəyə qoşuldu. Biz uşaq olanda düşünürdük ki, akademiyaya girib-çıxanlar hamısı akademiklər olur. Eh, uşaqlıq...
Zəmanə yaman dəyişib. Sanki hər şeyin yaxşılığı, saflığı, xalisliyi də bizim uşaq olduğumuz dövrlərdə qalıb. İş o yerə gəlib çatıb ki, “Sumqayıt” futbol klubunun da akademiyası var və Ceyhun Sultanovu dostu Kamran Quliyev AFFA-nın baş katibi Elxan Məmmədovun da xeyir-duasıyla həmin müəssisənin rəhbəri təyin edib. Düzdü, hələ bir neçə il əvvəldən Azərbaycanda futbol klubları öz akademiyalarını yaratmağa başlayıblar. Artıq fəaliyyət göstərməsə də, birvaxtlar “Bakı”nın futbol akademiyası xeyli məşhur idi. Tanınmış şəxslər belə övladlarını həvəslə bu akademiyaya göndərir, Hafiz Məmmədova məxsus klubun bazasının həyətində zolaqlı formada kameralar önünə keçib, poza verirdilər. Bu gün premyer-liqa klublarının əksəriyyətində həmin akademiyanın yetirmələri var. İslam Həmrəyliyi Oyunlarında millimizə qələbə qazandıran Mahir Mədətov elə “Bakı”nın Biləcəridəki bazasından çıxıb. Sözün həqiqi mənasında Biləcəridən o taya gedə biləcək səviyyəyə çatıb. Artıq “Qarabağ”la yollarını ayırmış Vüqar Mustafayev, onun əvvəl “Kəpəz”ə “hə” deyib, sonra da “Sumqayıt”la əl sıxışan Bəybalayev soyadlı adaşı da eyni “məktəb”də dərs alıb. Nurlan Novruzov, Rəhman Hacıyev, Nuran Qurbanov, Vadim Abdullayev, Valeh Seyidov... Belələrinin sayı çoxdu. Kimisinin simasını xatırlayıram, adını unutmuşam. Bir başqasının adı yadımdadı, soyadı yadımdan çıxıb. Sözümün canı odu ki, Hafiz Məmmədov “Bakı”nın əsas komandasından istədiyini ala bilməsə belə, akademiyadasıyla Azərbaycan futboluna kimlərisə qazandırmağı bacardı. Kim bilir, “Bakı” Futbol Akademiyası həmin templə davam etsəydi, indi daha neçə-neçə istedadı üzə çıxarmış, elita klublarının məşqçilərinə və millinin çalışdırıcılarına geniş seçim imkanı vermişdi.
Məsəli “Qəbələ”dən uzaq olsun. Bölgə klubunun akademiyası da indi xeyli məşhurlaşıb. Orda yeniyetmələrin həm futbol öyrənməsi, həm də təhsil alması üçün bütün şərait var. “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandalarının müxtəlif çempionatlarda hökmranlıq etməsinin əsas səbəblərindən biri də budu. Hazırda millinin heyətində Şimali İrlandiyaya qarşı oyuna hazırlaşan Ürfan Abbasovu “Qəbələ”nin akademiyası bir futbolçu kimi püxtələşdirib. Böyük perspektiv vəd edən Fərid və Yusif Nəbiyev qardaşları da indiki səviyyəyə orda çatıblar. Onlardan başqa “Qəbələ”nin əsas komandasıyla birlikdə Avstriyaya toplanışa yollanan Hacıağa Hacıyev, Sahil Mirzəyev, Ülvi İbadzadə “qırmızı-qaralar”ın Azərbaycan futbolunun gələcəyi üçün yetişdirdiklərindəndi. Ümid etməyə dəyər ki, yaxın 2-3 ildə bu futbolçularla yanaşı, adını sadalamadığım daha neçə-neçə yeniyetmə milli komandalarımızın heyətində böyük qələbələr qazanacaqlar.
Ceyhun Sultanovun illərdi Kamran Quliyevlə birlikdə rəhbərlik etdiyi, şəxsi klubları kimi davrandıqları “Sumqayıt” tez-tez elə “Qəbələ”nin akademiyasının yetirmələrinə ehtiyac duyur, icarə qaydasında onların köməyindən istifadə edir. Soruşan yoxdu ki, Sumqayıtın özündə yaşayan istedadları niyə tapıb üzə çıxarmırsız, bu şəhərin potensialından nə üçün yetərincə yararlanmırsız? Ölkənin bölgələrində futbolla maraqlanan uşaqların sayı Sumqayıtda olanlardan beləmi çoxdu? AFFA-nın “Sumqayıt”a idman direktoru təyin etdiyi Frank Bernhardt hələ neçə il əvvəl başına-gözünə döyürdü ki, Sumqayıtdakı infrastruktur bir neçə yaş qrupunun paralel fəaliyyət göstərməsi üçün yetərsizdi. Mütləq yeni məşq meydançaları salınmalıdı. Azyaşlıların futbolla məşğul olması üçün şərait yaxşılaşdırılmalıdı. Rezin örtüklü meydançanın uşaqların sağlamlığına vurduğu zərbə bir yana, əl boyda meydanı 3-4 hissəyə bölüb, “top-top” oynamaqla necə futbolçu yetişdirmək olar? Mən yalan danışıramsa, buyursanlar, yalanımı isbatlasınlar. Cənab Sultanovla Quliyev barmaqlarını büküb, akademiyalarında yetişən bircə futbolçunun adını çəksinlər. Yoxdu, olmadığı üçün də çəkə bilməzlər. Bütün bunları Ceyhun Sultanov məndən daha yaxşı bilir. Amma dilə gətirmir. Özü də başa düşür ki, çalışdığı klubun qarşısına qoyulan məqsəd Sumqayıtda futbolçu yetişdirmək, ölkə futboluna xeyir vermək deyil. “Milliləşdirilənlər” üçün tramplin rolunu oynamaq və Kamran Quliyevin prezident postu tutmasıdı. Bunun üçün böyük pafosla “bizim akademiyamız var, orda çalışanlara barmaq silkələmişəm, sonra məndən inciməsinlər” deməklə başımızı aldatmağa çalışmayın. Heç olmasa, Akademiya sözünün böyüklüyündən çəkinin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar