04 in 19:49Yazar

Qənirə Paşayeva da susanda...

Ermənilər Moskvada “Ararat” adında klub yaradıblar. Bir neçə gündü onların transfer siyasətini, gələcək planları ilə bağlı məlumatları diqqətlə izləyirəm. Adamlar bu işə ciddi girişiblər.
Birvaxtlar “Tottenhem”də oynamış, Rusiya millisi ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlmiş Roman Pavlyuçenko artıq “Ararat”ın futbolçusudu. Bu cür məşhur futbolçular ölkəmizə istirahətə gələndə sevincimizdən göyün yeddinci qatına uçuruq. Ermənilər isə Pavlyuçenkonu yaxasına “Ararat” yazılmış formada futbol oynamağa razı salıblar. “Ararat”ın vitse-prezidenti Andranik Keropyan Pavlyuçenkonun iyunun ortalarından komanda yoldaşları ilə birgə məşqlərə qatılacağını deyib. Ermənilərin Moskvadakı klublarının prezidenti Valeriy Oqanesyan isə Romanın “Ararat”ı pula görə seşmədiyini xüsusilə vurğulayıb.
Bu gedişlə ermənilər yaxın 2-3 ildə Rusiya çempionatının elitasına yüksəlməyi, daha sonra isə avrokuboklar uğrunda mübarizə aparmağı hədəfləyiblər. Məqsəd də bəllidi. Ermənistanın zəif çempionatından avrokuboklarda ciddi uğura imza atacaq, Ararat adını bütün dünyaya tanıdacaq klubun çıxması çətindi. Mosvada bunu etmək üçün isə ciddi əngəl qalmayıb. Erməni diasporu “Ararat”a yetərincə pul ayıracaq, Rusiya futbolunda yetərincə nüfuz sahibi olan Simonyan və digər funksionerlər isə komandanın uğurlu çıxışı üçün lazımi dəstəyi göstərəcəklər. Məşhur futbolçuları da Moskva klubunda oynamağa, erməni siyasətinə dəstək verməyə razı salmaq da çətin deyil. Beləcə yaxın 4-5 ildə Avropanın futbol səhnəsində “Ararat” adlı iddialı klub meydan sulayacaq.
Bəs biz nə edirik? Nadir Qasımovun hansı niyyətlə “Şuşa-Qarabağ”ı yaratdığını dəqiq bilmirəm. Çox istərdim ki, ağsaqqal kişinin səmimiyyətinə inanım. İnanmamaq üçün səbəbim də yoxdu. Hamıya müraciət edir, “Şuşa-Qarabağ” adlı komandanın (və yaxud sadəcə, “Şuşa”nın) güclənməsi üçün kömək istəyirdi. Kömək etmədilər. Əksinə, bu adla özlərini reklam etmək istəyənlər həm onu, həm də futbolçuları çox incitdilər, axırda da yarıyolda qoydular. AFFA və PFL-dən də gözlənilən dəstək gəlmədi. “Şərurspor”a qucaq açanlar ölkə çempionatının aşağı dəstəsinin qapılarını belə “Şuşa-Qarabağ”ın üzünə bağladılar.
Tutaq ki, “Şuşa-Qarabağ”ın tarixi yox idi, bu komandanı iddialıya çevirmək üçün xeyli zaman və zəhmət tələb olunurdu. Bəs “Turan”ı (yaxud da “Turan Tovuz”u) yaşatmağımıza nə mane oldu? Tovuzun futbol ənənələri də vardı, hazır komandası da. Ötən il AFFA UEFA-dan gələn pulu kəsib, rayondakı stadionu təmir də etmişdi. Əsgər Abdullayev də qollarını çirmələdi, qarşısına qoyulan tapşırığın öhdəsindən gəldi. “Turan Tovuz” divizionda mükəmməl mövsüm keçirdi, elitaya vəsiqəni və çempionluğu bir neçə tur öncədən təmin etdi. Davamını gətirmək mümkün olmadı...
AFFA-nın elitada daha bir komanda saxlamağa, futbolçulara maaş verməyə, xərcləri qarşılamağa pulu olmaya bilərdi. Elə gözlənilən idi ki, AFFA Tovuz təmsilçisinə elitaya çıxana qədər dəstək verəcək, sonrası isə tovuzlulardan asılı olacaq. Əlini daşın altına qoyan tapılmadı. Tanınmış tovuzlu iş adamlarının və yaxud yüksək post tutan zəngin məmurların adlarını bir-bir çəkib, onları hədəfə çevirmək istəmirəm. Amma onların borcu idi ki, Turanın və Tovuzun adı naminə bir araya gəlsinlər, əllərini ciblərinə salıb, komandanın premyer-liqada oynaması, ordan da Avropaya yüksəlməsi üçün dəstək versinlər.
Etmədilər. Sözün düzü, “Turan Tovuz” divizionda çempion olanda millət vəkili Qənirə Paşayevanın kluba biganə qalmamasına sevinmişdim. Onun Tovuz klubunun formasında səsləndirdiyi müraciət və təbrikin videogörüntülərini böyük ümidlərlə izləmişdim. Amma davamını görmədik. Artıq o da susub. Deməli, “Turan Tovuz”un elitada oynaması üçün bizim fikirləşdiyimizdən daha çox dəstək, daha artıq pul tələb olunur. Həmin dəstəyi verə biləcək, pul xərcləməyə imkanı olan adamları məhz xanım Paşayeva bir araya gətirə bilərdi. Bununla da təkcə Tovuzda yox, bütün Azərbaycanda ona bəslənən ümidi və məhəbbəti gücləndirmiş olardı. Bacarmadı, usandı, utandı, yoruldu və yaxud da unutdu... Səbəbini dəqiq bilmirəm. Bildiyimiz odu ki, “Turan Tovuz” gələn il premyer-liqada oynamayacaq. Həm də təkcə gələn il yox. Klubun yaşayıb-yaşamayacağını belə bilmirik. Bu gedişlə heç divizionda yarışan “Turan Tovuz” da görməyəcəyik. Amma “Ararat”ı tezliklə Rusiyanın premyer-liqasında, bəlkə lap Çempionlar Liqasında görəcəyimiz inandırıcıdı. Deməli, bu dəfə də ermənilərə uduzduq. Məğlub olmaq isə həmişə əzab verir...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar