31 may 13:45Yazar

"Qarabağ"ı ÇL-in qrupunda görəcəyikmi?

"Qarabağ"ı ÇL-in qrupunda görəcəyikmi?
Həftəsonu azarkeşlərimiz əvvəl bir, indi iki dövlət olan Çexiya və Slovakiyadan sevindirici xəbərlər aldı. "Jilina"nın heyətində Çempionlar Liqasında debüt edəcək Ramil Şeydayev Slovakiya çempionatının son turunda meydanda 29 dəqiqə olmasına baxmayaraq, iki qol vurdu. Bu isə yığmanın əsas forvardının Şimali İrlandiya ilə taleyüklü oyuna yaxşı əhval-ruhiyyədə gələcəyi deməkdi.
İkinci və daha önəmli xəbər isə "Slaviya"nın Çexiya çempionluğunu rəsmiləşdirməsidi. Məsələ burasındadı ki, "Slaviya"nın reytinqi "Qarabağ"dan aşağıdı. Bu isə klubumuzun növbəti ÇL-də yalnız ikinci yox, həm də 3-cü təsnifat mərhələsində daha güclülərin olduğu “səpələnmişlər” arasında yer alacağı deməkdi. Onu da qeyd edək ki, bu, futbol tariximizdə bir ilk olacaq. İndiyəcən heç vaxt Azərbaycan çempionu bu mərhələdə “səpələnmişlər” arasında olmayıb.
"Qarabağ"ın prezidenti Tahir Gözəl "biz həm özümüz işimizi ən yüksək səviyyədə görürük, həm də qismət məsələlərinə çox inanırıq" tipli açıqlama vermişdi. Ramazan ayının ilk günündə "Qarabağ"ın 3-cü mərhələdə də “səpələnmişlərdən” olmasının bilinməsi bəlkə də Allahın bir lütfü idi. Yəni bu dəfə qismət məsələsinin öncədən çox yüksək səviyyədə alındığını deməliyik. Davamını isə artıq klub özü gətirməlidi. Səmimi etiraf etmək lazımdı ki, bu artıq "Qarabağ"ın, ümumiyyətlə, Azərbaycan çempionunun ÇL-in qrupuna düşmək üçün son şansıdı. Ən azı yaxən gələcəkdə. Belə ki, növbəti mövsümdən reytinqi zəif ölkələrin ÇL-in qrupuna düşməsi sırf möcüzəyə bağlı olacaq. İşləri qəlizləşdirən UEFA-nın qitənin əsas klub turniri ilə bağlı etdiyi dəyişikliklərdi. İndi "Qarabağ"ın ÇL-in qrupuna düşməsi üçün 3 rəqibi keçməsi kifayətdisə, gələn mövsümdən bunun üçün 4 mərhələ adlamaq lazım gələcək. Gələn mövsümdən seçmə mərhələdən qrupa vəsiqə qazanan çempionların da sayı azalacaq. UEFA reytinqinin önündə olan ilk 10 ölkədən başqa qalan ölkələrin çempionları qrupa düşmək şansı verən 4 yer uğrunda ölüm-dirim savaşı aparacaq. Yəni açıq etiraf etmək lazımdısa, bu, Azərbaycan çempionunun ÇL-də qrupa düşmək üçün son şansıdı...
Növbəti mövsümdən Avroliqanın qrupuna düşmək isə ölkə çempionlarının "cibində" olacaq. Belə ki, ÇL-də elə ilk mərhələdəcə mübarizəni dayandıran ölkə çempionu Avroliqada mübarizəyə davam edəcək. Bu isə o deməkdi ki, çempionumuzu gələn ildən daim Avroliqanın qrupunda görəcəyik.
Bəs "Qarabağ" bu "son şans"dan yararlana biləcəkmi? Azarkeşlərin xəyalları gerçəyə çevriləcəkmi?
Yuxarıda vurğuladığım kimi, komandamızın püşk sarıdan bəxti gətirib. Amma komanda özü hələlik transfer bazarında çox passivdi. Adı "Qarabağ"la hallanan futbolçular da "ÇL qrupu" məqsədini həll edəcək səviyyədə görünmür. İtaliyanın aşağı liqasından, "Gənclərbirliyi"nin ehtiyatından alınan oyunçularla bu hədəfə çatmaq işi yenə mövüzəyə buraxmaqdı. Bəs "Qarabağ" nə etməlidi?
Tahir Gözəl kubok finalından sonra məqsədin ÇL-in qrupu olduğu və bunun üçün Qurban Qurbanova istədiyi qədər vəsait ayrılacağını demişdi. Belə olan halda niyə aşağı liqalarda, hansısa mənasız komandaların ehtiyatında oyunçu axtarılır? Düzdü, Reynaldo da ehtiyatdan gəlmişdi. Amma "Anderlext"in ehtiyatından. Avropanın say-seçmə klublarında heyətə düşməyənləri, əlbəttə, yenə almaq olar. Amma dediyim kimi hələlik "Qarabağ"ı ÇL-in qrupuna daşıyacaq oyunçuların adını eşitmirik. Bəlkə də bu klubun gizli taktikasıdı.
Tam əminliklə deyə bilərik ki, bu "Qarabağ" öncəkilərdən daha zəifdi. Artıq klubda Reynaldo səviyyəsində bir futbolçu belə yoxdu. Dani çətin əvvəlki formasına qayıda. Almeyda da əvvəlki deyil...
Əlbəttə, klubda ÇL-in qrupuna düşəcəkləri təqdirdə nə qədər pul qazanılacağını daha yaxşı bilirlər. Bu məbləğə yetərincə səviyyəli futbolçular transfer etmək olar. İkincisi, bu təkcə qazanc məsələsi olmamalıdı. Bu artıq bir qürur məsələsidi. Və yalnız klubun yox, bütün ölkənin!
İslam Oyunları, Avropa Oyunları kimi yarışlardan bir klubumuzun - həm də "Qarabağ" adını daşıyanın - ÇL-in qrupunda oynamasının ölkə adına qat-qat önəmli olduğunu anlamaq üçün çox ağıllı olmaq da lazım deyil!
Поймите меня правильно

-------

https://greenhistory.ru/tseny/moshhenie


Я бы хотел переговорить с вами

-------

сборка 7600 ваша копия не является подлинной

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar