18 may 18:53Yazar

İslamiadanın milyonçu etdiyi ailə

Adamın üstündə Allah var, İradə Aşumova pis idmançı olmayıb. Pulun pul vaxtı uzaq Mexikoda, 1985-ci ildə dünya çempionatında gümüş medal alanda 4 il sonra dünyaya gələcək oğlu Ruslan hələ "zənbildən düşməmişdi". Hələ də təravətini itirməyən İradə xanım SSRİ yığmasının və ya köhnə sovet "kişiləri" demişkən, "seçməsinin" heyətində ilk və son ciddi uğurunu qazanırdı. Təsəvvür edin ki, İradə xanımın onda cəmi 27 yaşı vardı. İndi Ruslan da həmin yaşdadı. Amma "mamadan" fərqli hələ ciddi bir uğur qazana bilməyib. Buna baxmayaraq, DÇ-də SSRİ-yə ikincilik qazandırdığına görə qəpik-quruş alan anasının ömrü boyunca görmədiyi pulu 1 mənasız yarışda əldə edib... Bəli, Ruslan heç kimə lazım olmayan İslam Oyunlarının qəhrəmanıdı.
"Min dəfə eşitməkdənsə, bir dəfə görmək" yaxşıdı. Biz İslam Həmrəyliyi Oyunlarının nə İslama, nə həmrəyliyə, nə də ki idmana heç bir aidiyyatı olmadığını görürük. İnsaf naminə deyək ki, Avropa Oyunları idman baxımından nə qədər səviyyəsiz yarış olsa da, İslam Oyunları ilə müqayisədə "toya getməli" idi.
Qayıdaq Lunyov ailəsinə. Bir neçə ay sonra 60 illik yubileyini qeyd edəcək İradə xanım indi nəvələrlə vaxt keçirməliydi. Vladimir müəllim də həmçinin. Amma ötən əsrdən ölkədə bu idman növünü inhisara alan ailə "yağlı tikəni" heç kimə vermək istəmir. Təsadüfi deyil ki, “quql”da ölkəmizdə bu idman növü haqda axtarış verəndə yalnız bir ailənin adına rast gəlirik. Düzdü, bir nəfər kənar adam da var. Amma beynəlxalq yarışlarda Ruslandan daha yaxşı nəticə göstərən Nigar Bağırova da “İradə xanım mənim doğma "tyotyamdı" deyir...
Anlaşılan bu ki Lunyovlar bu idman növünə şəxsi obyektləri, sonrakı neçə-neçə Lunyov nəslinin "çörək gələcək yeri" kimi baxırlar. Azərbaycan kimi müasir və demokratik ölkədə bu cür halları görəndə adam məəttəl qalır...
Vladimir müəllim haqda yalnız Nigar xanımın giley-güzarı çıxmır “quql”da. Həm də böyük Lunyovun Qarabağ müharibəsində ayaqları iflic olan paralimpiyaçı Əkbər Muradovun ayağa durmasının fiziki cəhətdən mümkün olmadığını bilə-bilə, ölkə çempionatında "ayağa durub atəş aç" deməsi və qazini bu yarışdan kənarlaşdırması haqda olay ortaya çıxır...
Bu haqda yazı dərc edən "Zerkalo" qəzetini Lunyov məhkəməyə verib uduzmuşdu. Hadisəni o zaman "Zerkalo"da işləyən azerisport.com saytının şefi Vüqar Zeynalov dünən “feysbuk”da xatırlatdı. Uzun sözün qısası, böyük Lunyov da özünə görə Vladimir deyil.
Haşiyə çıxıb bir lətifə danışım. Bir gün seyid nəslindən olan azərbaycanlı rus xanımla evlənir. Ailənin oğlu dünyaya gələndə azərbaycanlı baba övladına deyir ki, "bala, biz seyid nəsliyik, uşağın adının əvvəlindəki vacib üç hərfi bilirsən də!"
Uşaq olandan sonra baba yenə Rusiyada yaşayan oğluna zəng edir ad məsələsi ilə maraqlanır. Eşitdiyi cavab bilmirəm kişini qane edir, ya yox: "Ata, mən adqoyma məsələsinə bir az gecikdim, ona görə vacib üç hərfi sona əlavə edə bildim, nəvənin adı Vladimir oldu".
Bizim Vladimir hoca da seyid nəslindəndi, ya yox, bilmirəm. Amma durduğu yerdə qoca yaşında babat varlandı. Müəllimin oğlu 5 qızıl almaqla ailə büdcəsinə 750 min manat gəlir gətirdisə, tək buna görə məşqçisi olan atası 375 min qazandı. Yəni cəmi 1125000 manat. Amma bu heç də İslam Oyunlarının Lunyovlar ailəsinə verdiyi mükafatın tam məbləği deyil. Belə ki, həm Vladimir müəllim, həm də İradə müəllimə komandamızda məşqçidi və başqa medal qazanan idmançılara görə də onlar mükafatlandırılacaq. İradə xanım İslam Oyunlarında həm də idmançı kimi iştirak edirdi. Təəsüf ki, medal qazana bilmədi. Yoxsa indi məbləğ daha sanballı idi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar