18 may 18:47Yazar

Niyə müsəlman olmaq istəmirsən?

Niyə müsəlman olmaq istəmirsən?
İstedadlı rejissor Vaqif Mustafayev 1995-ci ildə gözəl bir film araya-ərsəyə gətirib. Yazıçı-dramaturq Əmir Pəhləvanın “Əhlikef” povestinin motivləri əsasında çəkilən film “Fransız” adlanır. Film Avropadan qayıdandan sonra milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqdadı. Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət etdikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı. Aranızda bu filmi izləməyən varsa, israrla məsləhət görürəm. Mütləq baxın. Sonra yenə də baxmaq istəyəcəksiz. Artıq filmi izləyənlərin bu sətirləri oxuyarkən mənimlə həmfikir olduqlarına isə şübhəm yoxdu. Həmin filmin ən maraqlı epizodlarından biri rəhmətlik meyxanaçı Ağasəlim Çildağın Əlibala üçün qafiyə tutması, ona meyxana ritmi altında sual ünvanlamasıdı: “Niyə müsəlman olmaq istəmirsən?” Çildağın yanında oturan tərcüməçinin ara-sıra meyxananın sözlərini fransız dilinə tərcümə etməsi isə bir başqa aləmdi.
Bu filmi boşuna xatırlamadım. Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın müxtəlif əyarlı medalları bir-birinin ardınca qazanmasından sonra Vaqif Mustafayevin bu filmi, daha doğrusu, filmdə meyxana üstündə verilən sual yadıma düşdü. Medalçılarımızın əksəriyyəti başqa millətlərdəndi. Onların İslam dinini qəbul etməsi, bu dinin tələblərinin heç olmasa, birini yerinə yetirməsi haqda məlumatsızıq. Heç bunun mümkünlüyünə inanmağımız da gəlmir. İki müsəlman ölkəsinin futbol komandasının qarşılaşmasında xristian hakimlərin ədaləti qoruması da belə mistik və eyni zamanda gülünc mənzərə yaradıb. Qaradərili ağır atletlərdən birinin çəkini ram edəndən sonra əsl xristian kimi xaç çevirməsi isə gülünc mənzərənin zirvə nöqtəsi idi. İdmanı təbliğ etmək, idman yarışı keçirmək yaxşıdı. İdmançılara yüksək məbləğdə mükafatların paylanılması da ölkəmizin özünəməxsus tərəflərindən biridi. Bu mənada da dünyada analoqumuz yoxdu. Amma bir şey pisdi və həmin şey özünü getdikcə daha qabarıq şəkildə biruzə verməyə başlayır. O da idman yarışının dinlə əlaqələndirilməsi, dinin adının həmin yarışa pərçim edilməsidi. Gürcüstanlı və moldovalı hakimlərin İslam Həmrəyliyi Oyunlarında söz sahibi olması, yarışın Əməliyyat Komitəsində yüksək məvacib qarşılığında çalışanların böyük əksəriyyətinin xristian ölkələrindən gəlməsi bu yarışın İslam çərçivəsindən çıxmasının aşkar nümunəsidi. İslam ölkələrindən 3-5 futbol hakimi tapmaq AFFA və ya Əməliyyat Komitəsi üçün nə qədər çətin tapşırıq idi? Bəlkə onlara etibar etmirlər, yaxud ərəb hakimlərlə işbirliyi qurmaq mümkünsüzdü?
Güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberovun qızıl medalları, deməli, həm də yüzminlərlə manat mükafatı silib-süpürməsi isə daha düşündürücüdü. Məsələnin dini-fəlsəfi tərəflərini bir kənara qoyuram. Çox da dərinə getməyək. Lunyovla Şemberovun “at oynatdığı” yarışın səviyyəsi diqqəti çəkir. Görün başqa iştirakçılar hansı vəziyyətdədi ki, Avropa və dünya çempionatlarında, Olimpiadada ilk 20-30 idmançı sırasına düşməyi güclə bacaran Lunyovla Şemberova rəqib tapılmır. Rəqəmləri xırdalasaq, bu iki idmançının nəticələrini sanballı turnirdəki göstəricilərlə müqayisə etsək, İslam Həmrəyliyi Oyunlarının hansı səviyyəli turnir olduğuna bir daha əmin olarıq. 27 yaşlı Ruslan Lunyov ötən il Rio Olimpiadasına lisenziyanı yalnız “güzəştli kart” sayəsində qazanmışdı. Bu isə o deməkdi ki, Lunyovun nəticələri heç Olimpiadada iştirak üçün yetərli olmayıb, Azərbaycanın adı da iştirakçılar sırasında səslənsin deyə bizə kart göndəriblər, onu da yığmanın baş məşqçisi İradə Aşumova öz oğluna verib. Azərbaycanlı üzgüçülərin beynəlxalq yarışlarda iştirakı, xüsusilə Olimpiadadakı çıxışı barədə isə çox lətifələr danışılıb, biz də eşidib gülmüşük. Bir dəfə üzgüçümüzün finiş xəttinə sonuncu çatdığını eşidən həmkarlarımızdan biri “yaxşı ki, boğulmayıb” deməklə hər kəsin üzünə təbəssüm qondurmuşdu. İl ötüb, ay dolanıb. Bizimkilərin əlinə indi fürsət düşüb. Elə bir fürsətdi ki, yüzminləri qazanmaq ehtirası hər şeyi üstələyib, Şemberovun izinə-tozuna çatan da yoxdu.
Çox hörmətli gənclər və idman nazirimiz deyib ki, sözümüz sözdü. Bir idmançımız lap 10 qızıl medal qazansa da, hər medalın mükafatını ayrıca verəcəklər. Söz-söhbət yaradanlar, dedi-qodu edənlər özlərindən küssünlər. Bizim idmana sevgimiz elədi ki, lap dövlətin bütün büdcəsini xərcləsək belə, idmançıların mükafatını kəsmərik. Odu ki, Lunyov, Şemberov, Durunda ömürlərinin axırına kimi İslam Həmrəyliyi Oyunlarının təşkilatçılarından, zəif rəqiblərindən, səxavətli başbilənlərimizdən razılıq etsələr də, azdı. Günü bu gün İslam dinini qəbul etmək lazımdı ki, minnətdarlıq duyğuları səmimi etiraf olunsun. Yoxsa hər şey “Fransız” filminin sonluğundakı kimi edilməlidi?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar