17 may 19:52Yazar

Tuyqun Nadirovun qaynayan qanı və sərhədsiz fantaziyası

El arasında yaxşı bir söz var. Deyirlər ki, yaz qan qaynayan vaxtdı. Bəli, yazın gəlişi adamın ruhunu, duyğularını canlandırır, fikirlərinə təravət gətirir. Məlum təbiət dəyişikliyi həyatda olmayan “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovu da silkələyib. Necə? Nədən bildim? Deyəcəm, siz də biləcəksiz.
Nadirov həzrətləri necə vəcdə gəlibsə, may başlayanı iki önəmli açıqlama ilə yadda qalıb. Əvvəlcə onu belə fəal olmağa, daha doğrusu, fəal görünməyə sövq edən şərait haqda fikirlərimi bölüşüm, sonra da 9 gün fərqlə verilən iki açıqlamadakı ziddiyyətlərə toxunacam. Nə qədər qəribə olsa da, Tuyqun bəyi danışdıran məhz ölkə futbolunda yaşanan çətinliklərdi. Belələri haqda “öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlar” deyilrlər. AZAL-ın qəfil ölümü, birinci divizion klublarının elitada oynamaq üçün zəruri olan bank təminatını tapa bilməməsi istər-istəməz oxları “Xəzər Lənkəran”a yönəldir ki, belədə Nadirov danışmaq üçün münbit şərait tapır. Son bir ildə susan, susmağa məcbur olan vitse-prezident ağına-bozuna baxmadan hər kəsi suçlayır, tarixə qovuşdurduğu kluba görə ictimaiyyətə cavab vermək əvəzinə həmişəki kimi gözə kül üfürməklə məşğuldu.
12 il ərzində “Xəzər Lənkəran”a xərclənən milyonların hesabatını verməli olan Nadirov “Palsüd”ün imkanları hesabına klub saxlamağın mümkünsüzlüyünü az qala göz yaşı axıdaraq etiraf etdiyi halda, dərhal da vəziyyətdən çıxmaq üçün ölkə futbolundakı bəzi reallıqların dəyişməsinin zəruriliyini, belə şəraitdə klub saxlamağın mənasız olduğunu deyir. Haqsızlıq, təzyiq, qərəzli münasibət haqda durmadan danışan Tuyqun bəy, görəsən, titulları hansı rəhbərliyin dövründə qazanıb? Bəlkə də vitse-prezidentin yaddaşla bağlı problemi var. Amma xatırlatmaq yerinə düşər ki, cənubluların ölkə kubokunu qazandığı 2008 və 2011-ci illərdə AFFA-ya Rövnəq Abdullayev, PFL-ə Ramin Musayev rəhbərlik edirdi. Cənublulara qərəzli münasibət var idisə, Nadirov necə Klublar Komitəsinə sədr seçilmişdi? Yox, bir sədr kimi klubunun üzləşdiyi haqsızlıqları komitənin iclasında qabarda bilməyibsə, deməli, zəif adamdı və ilk növbədə özündən küsməlidi.
Nadirov çempionatı və ölkə futbolunu nə qədər aşağılasa da, “Qəbələ” ilə “Qarabağ”ın uğurlarına biganə qala bilmir, bu iki klubun ölkəmizi avrokuboklarda layiqincə təmsil etdiyini deyir. “Qarabağ” və “Qəbələ” sizin təbirinizcə desək, “müstəqil, peşəkar klub udarəçiliyinə malikdisə” və bunun nəticəsi kimi avrokuboklarda uğur qazanırsa, deməli, vəziyyət təsvir etdiyiniz qədər faciəvi deyil. Peşəkar klublar, adamlar yenə də ölkə futbolunda sözünü deməyi, Azərbaycan adına uğurlar qazanmağı bacarırsa, günahı özünüzdə, “Palmali”nin İçərişəhərdəki ofisinin divarları arasında axtarın, Tuyqun bəy, qətiyyən başqa yerə boylanmayın. “Demək olar, altı klubun sponsoru bir adamdı, belə çempionat olmaz” tipli intriqa qoxuyan ifadənizin üstündən sükutla keçə bilərdim. Amma yenə də fantaziyanıza, yaradıcılığınıza heyran qalmamaq olmur. Görünür, futbolla o qədər yaxından maraqlanırsız ki, artıq “Zirə”nin sponsorunu da AFFA-nın binasında tapmısız.
Ümumiyyətlə, Nadirovun imkanları ilə iddiaları arasındakı sərhəddi tapmaq çətindi. Əslində özü də bunu anlayır və zaman-zaman fərqinə varıb. Məsələn, vaxtilə AFFA İcraiyyə Komitəsinə düşmək istəyirdi, sakitcə anlatdılar ki, burda sənə yer yoxdu. Bilmirəm, həmin incikliyin, ya nəyinsə təsiri altında bu gün belə deyir: “...Hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarə edilməsi fərqli məsələlərdi. Futbol sahəsinə yaxın bir insan kimi şəxsən məni mövcud mənzərə qane edə bilməz”. Hər şey aydındı, adam Rövnəq Abdullayevin də fəaliyyətindən narazıdı, AFFA prezidentini yumşaq desəm, işi bilməməkdə suçlayır. Deməli, Mübariz Mənsimovun da bir neçə gün əvvəl Türkiyə mediasına müsahibədə ARDNŞ-nin iş tərzi haqda dedikləri təsadüfi deyilmiş.
Tuyqun bəyin az qala dörd bir yana dağıtdığı başqa ittihamların da başına ip salıb, bir-bir cavabını vermək olardı. Məsələn, adam sözarası “bəzi başqa klublardan fərqli, nə stadionumuz, nə də bazamız kredit altındadı”, - deyə öz aləmində “İnter”i aşağılayır və ya “bölgə futbolunun inkişafına əngəl olduğu mühitdə” ifadəsi ilə faktiki AFFA rəhbərliyinin gördüyü bütün işlərin üzərindən xətt çəkir. Amma bu ittihamlara toxunsam, nə yazar, toxunmasam, nə... Onsuz da Nadirov çoxdan reallıq hissini itirib. “Xəzər Lənkəran” kimi nəhəng klubun axırına çıxıb, futboldakı mövcudluğunu ona-buna söz atmaqla qorumağın gerçək adı, bilirsiz, nədi? Odu söndürüb, külü ilə oynamaq! Oynayın, Tuyqun bəy, oynayın... Futbol oynamağı bacarmadız, heç olmasa, bunu bacarın... Allah olmayan fantaziyalarınıza qüvvət versin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar