17 may 13:59Yazar

Gülümsəyin, cənablar, gülümsəyin...

Gülümsəyin, cənablar, gülümsəyin...
2000-ci ildə dağılmayan dünya bu gedişlə yüz faiz dağılacaq. Ay kişilər, üzgüçü Maksim Şemberov İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə. Ölkə bu tarixi uğuru bayram edir, Maksimin qəhrəmanlığı dillər əzbəri olub. Qardaş nüfuzlu beynəlxalq yarışda bayrağımızı qaldırıb, himnimizi səsləndirən ilk üzgüçü kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Halbuki dünənə kimi bizimkilərin səsi ən yaxşı halda 40, 50, 60-cı pillələrdən gəlirdi. Dördilliyin ən nəhəng yarışı sayılan Yay Olimpiya Oyunlarında hansısa üzgüçümüzü görəndə Allaha şükür edirdik, dilənçilərə nəzir-niyaz paylayırdıq. Bu da həmin üzgüçünün hesabına olmurdu ha. Olimpiadaya qatılmaq üçün tələb olunan normativi bizimkilər heç yuxularında belə doldura bilmirlər. Beynəlxalq qurumlarda oturan dayıların Allah balasını saxlasın, ömrümüzdən kəsib onların ömürlərinə calasın, üzgüçülükdə təmsilçimizin olmasını “güzəştli kart” verməklə təmin edirlər. Suya baş vuranlarımız Olimpiadanın təsnifat mərhələsində mübarizəni dayandırsa da, ölkəmizin bu növdə təmsilçisinin olmasıyla qürrələnən, bizdə üzgüçülüyün inkişaf etdiyini iddia edənlər tapılırdı. Və budu, qadasın aldığım Şemberov belə düşünənlərin haqlı olduğunu göstərdi. Sizə zarafat kimi görünməsin, İslam Həmrəyliyi Oyunları rəqabətin son həddə çatdığı yarışların önündə gəlir. Maksim də bir neçə təsnifat mərhələsində dünya şöhrətli rəqiblərini qabaqlayaraq, sonda fəxri kürsünün ən yüksək pilləsində dayandı. Qardaş bununla həm də Xəzərin sahilində “lövbər salan” Azərbaycanda üzgüçülüyün bir idman növü kimi analoqu olmayan inkişaf səviyyəsinə çatdığını göstərdi. İndi biranlıq təsəvvür edin, Şemberovun boynundan asılan qızıl medalın parıltısını, simasına çökən məmnunluq hissini görən neçə-neçə valideyn övladının onun yerində dayanmasını, onun kimi 150 min manat qazanmasını istəyəcək?! Məgər kütləvilik, istək, rəqabət, uğurun açarı deyil? Məgər belə asan yolla zirvəyə yüksəlməyi, İslam dünyasında populyarlaşmağı kim istəməz?..
Heç bu zalım uşağı amerikalılar, ruslar, çinlilər və başqalarının bir gündə 22 medal qazandığını eşitmişdiz? Biz isə bunu bacardıq! Və hamıya sübut etdik ki, Azərbaycan əsl idman ölkəsidi, Qafqazın lider dövləti rəqib tanımır, bütün rekordları alt-üst edir. Qoy paxıllıqdan beliniz bükülsün, başınıza yekə qaya düşsün, belə görüm canınız çıxsın. Elə həmişə bizə aşağıdan yuxarı baxıb hirsinizdən saqqız... tfu, zəncir çeynəyəsiz. İlk Avropa Oyunlarını Olimpiada səviyyəsində keçirdik. “Formula - 1”, Avropa və dünya çempionatlarını gözüyumulu bizə etibar edirlər. İndi də İslam Həmrəyliyi Oyunları. Biz bu işləri bacarırıq da, qardaş. Vallah-billah, bacarırıq. Qoy bir az da toparlanaq, inşallah, Yay Olimpiya Oyunlarını da Bakıya gətirəcəyik. Artıq növbəti hədəf budu. Pul dəniz kimi, şəraitə söz ola bilməz, Azad Rəhimov kimi idman nazirimiz var. İstədiyimiz vaxt istənilən əcnəbi idmançının qulağından tutub “milliləşdiririk”. Artıq bunun yollarını bizdən öyrənmək üçün qapımızda növbəyə düzülüblər. Axı inkişaf üçün başqa nə lazımdı?
P.S. Maksim Şemberovu nümunə olaraq göstərdim. Əslində onun kimilər çoxdu.
P.P.S. Pul-para boş şeydi, əl çirkidi, boşalan büdcə də birtəhər dolacaq. Siz sevinin ki, Azərbaycan idmançıları İslamiada kimi nəhəng turniri 100-dən çox medalla başa vuraraq tarixi uğura imza atacaq.
P.P.P.S. Gülümsəyin, cənablar, gülümsəyin. Eynilə el-aləmin bizə baxıb gülümsədiyi kimi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar