17 may 12:55Yazar

Məhəlləiada

İslam Oyunları davam edir. Yarışın üçüncü günündə idmanımızın iç üzü tədricən açılmağa başlayıb. Dünyanın dörd tərəfindən legionerlərlə doldurulmuş komandamız ümumi medal hesabında ikinci pilləyə enib. Türkiyə idmançıları "bir millət" demədən birinciliyi ələ keçirib. Başqa ölkələr kimi yarışa yarıhəvəskar heyətlə qatııan abilərimiz, buna baxmayaraq, "dünya yığması" deyə biləcəyimiz Azərbaycan komandasını ümum medal hesablamasında ikinci pilləyə sıxışdırıb.
Avropa Oyunlarında ruslardan çəkdiklərimiz azmış kimi, indi də türkiyəli abilər birinci olmağımıza imkan vermək istəmir. Əslində bu paxıllıqdan başqa bir şey deyil. Regionun hegemon dövlətinin inkişafını gözü götürməməkdi bunun adı.
İslamiadanın üçüncü günündə iki məsələ əsas müzakirə mövzusu oldu. Birincisi İradə Aşumovanın oğlunun üçüncü qızıl medal qazanması, ikincisi isə futbol komandamızın qrupdan çıxmasıdı.
Paxıl həmvətənlərimiz İradə xanımın oğlu Ruslan Lunyovun İslamiadadakı 3-cü qızılından sonra ölkəmizdə atıcılığı inhisara alan bu ailəyə 675 min manat gedəcəyinə görə yerə-göyə sığmırdı. Belə ki, Ruslanın atası şəxsi məşqçisidi. Ona görə də 450 min Ruslana, 225 min isə atasına çatmalıdı. Amma bəziləri belə bir versiya irəli sürdü ki, bir idmançıya yalnız bir mükafat veriləcək. Tağı Əhmədov demişkən, "bir-bir". Amma bu versiya əsassız görünür.
Tarixdə qızıl medal qazanmadığımız komanda növlərinə də çempion olacaqları təqdirdə eyni məbləğin - 150 min manatın ayrılacağı deyilir. O zaman deyək ki, potensial çempion futbol komandamızın hər üzvünə 3 badam 1 qoz düşəcək. Bu variant isə komanda növlərində çıxış edən idmançılarımızı qane edə bilməz. Futbol demişkən, dünən gürcü hakimin "həmrəyliyi" sayəsində komandamız qrupdan birbaşa yarımfinala yüksəldi. Həvəskar mərakeşlilərə udizmamaq üçün gürcüstanlı "batono" gənclərimizdən köməyini əsirgəmədi. Amma bunun sabahı da var. Deyilənə görə, yarışa U-20 ilə qatılan Əlcazairlə oyunda Yaşar Vahabzadənin "bezdarnı" komandasını artıq hakim köməyi də xilas etməyə bilər. Rauf Əliyev kimi futbolçudan imtina edən Vahabzadənin heyətində, ümumiyyətlə, bu səviyyəsiz turnirdə təkcə çemponatın bombardirinin yox, özünə hörmət edən futbolçularımızın oynamamasına sevinməmək olmur. Yaşar Vahabzadə futbolçu kimi normal futbolçu idi. 21 il əvvəl "Neftçi"nin heyətində Sofiya "Lokomotiv"i ilə oyunun son dəqiqəsində vurduğu qol futbol tariximizdə ilk avrokubok qələbəsini gətirmişdi. Bu qolu və bu oyunu heç vaxt unutmayacam. Çünki ömrümdə ilk dəfə normal stadionda canlı futbol izləmişdim. O zaman Yaşar Vahabzadə mənim qəhrəmanım idi. Amma indi antiqəhrəman olmasa da, mənə elə gəlir ki, Yaşar müəllim özünü məşqçilikdən başqa sahədə sınasa, bəlkə daha böyük uğur qazanar. Həvəskar heyətlərlə yarışa qatılan rəqiblərlə oyunlarımız bu fikri daha da möhkəmləndirir.
Əlbəttə, futbol komandamız bu yarışda çempion olmasa, tarixində heç bir yarışda qalib olmaya bilər. Amma bu "məhəllələrarası" müsabiqədəki çempionluğun dəyəri hansısa "Sevinc kuboku" və ya "Dəri top" turnirindən daha aşağı olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar