17 may 12:49Yazar

Sizin yerinizdə olsaydım...

Və o gün yetişdi. Aylardı haqqında danışılan, fərqli fikirlərə yol açan “növbəti mövsüm premyer-liqada neçə komanda mübarizə aparacaq” sualına aydınlıq gəldi. Məlum oldu ki, vəziyyət başa çatan mövsümdəki kimi olacaq. Yeganə fərq turnir cədvəlində AZAL əvəzinə “Səbail” oxuyacağımızdı. 8 komandalı çempionatın keçirilməsi ilə bağlı verilən qərarın ciddi təəccüblə qarşılandığına qətiyyən inanmıram. Sadəcə, narazılıq yarandı. Bir də adamların içindəki söyüş bazası tam boşaldı.
AFFA prezidenti Rövnəq Abdullayevin ötən yay səsləndirdiyi “növbəti mövsümdən elitada ən azı 10, imkan olsa, 12 komanda çıxış edəcək” fikri ictimaiyyətdə böyük inam yaratmışdı. O yaşda, o cür vəzifə sahibi olan kişinin sözünün üstündə duracağını düşünürdü hamı. Yəni AFFA prezidentinin, ölkənin neft sektoruna nəzarət edən birinin yalan danışacağı inandırıcı görünmürdü. Amma danışdı, sözünün üstündə dura bilmədi. Dolayı yolla desək, ümid bəsləyənləri necə lazımdı aldatdı. Kimsə məni, səni “futbola yaxın duran yoxdu, Rövnəq Abdullayev neynəsin” deməklə çaşdıra bilməz. Çünki bu sualın elə suallı cavabı var: gələcəkdə nə olacağını bilmirdisə, niyə vəd verirdi? Ya da premyer-liqa iştirakçılarının sayının 10-a çatması üçün nə etdi? Hansı zəhmətə qatlaşdı, ölkə rəhbərliyi səviyyəsində hansı təkliflərdə bulundu? Etmədi, etməyəcək də. Çünki vaxtı yoxdu. Çünki futbol AFFA-nın başqanının xüsusi həvəs göstərdiyi sahə deyil. Jurnalistlərlə hər söhbətdə “azarkeşlər stadionlara gəlmir” deməyə nə var? Adama sual verərlər ki, azarkeşlərdə həvəs qoymusuz, azarkeşi vecinizə alırsız? Paytaxt çempionatı keçirib, yığmaya dağıstanlını, türkü, rusu dolduranda futbola baxanlarda həvəs qalar? Nə qədər ki futbola birbaşa ölkə prezidenti nəzarət etmir, Rövnəq Abdullayevlə Elxan Məmmədovu ildə bir dəfə yanına çağırıb hesabat tələb etmir, bundan yaxşısına ümid etməyə dəyməz. Ona görə də əsəbləşmək, qışqırmaq, göz yaşı axıtmaq artıqdı. Madam ki, onlar öz bildiyini edir, aşağı dəstədən elitaya yüksələ bilməyənlər də istədiyini etməlidi.
Məsələn, sizin yerinizdə olsaydım (divizionda yarışanlara xitabən), qətiyyən narahat olmazdım. Azərbaycanın gündən-günə çiçəkləndiyi deyilən futbolunun əsl simasını FİFA-da, UEFA-da oturanlara göstərərdim. Necə? Deyək ki, “Turan”ın rəhbəriyəm, məşqçisiyəm, futbolçusuyam. Ağ vərəqi götürüb ölkə futbolunun reallıqları haqda bildiklərimi, gördüklərimi ora həkk edərdim. Sonra da 5-10 manat verib, ingilis dilinə tərcümə etdirib aparardım poçta. Texnologiyaların inkişaf etdiyi vaxtda ünvan tapıb göndərmək nədi ki? Heç nə! Üstünə FİFA-nın ünvanını yazıb, ya Allah, göndərərdim birbaşa dünya futboluna nəzarət edənlərə. Məktubda qeyd edərdim ki, ildə bir dəfə gəlib stadionların açılışlarında iştirak etdiyiniz ölkənin futbolu var ha, biabırçı vəziyyətdədi. AFFA prezidenti oğlunun bekar qalmaması üçün klub yaradır, bunu da ictimaiyyətə bəyan edir. 8 komandalı çempionat keçirilir, onun da 6-sı paytaxt təmsilçisidi. Regionlarda futbolun inkişafı, istedadların üzə çıxması heç kimin vecinə deyil. Sponsorlar bir çox iyrəncliklərə görə futbola yaxın durmaq istəmir. Berlində futbol akademiyası inşa etdirənlərin, Foqtsa, Prosineçkiyə milyonlar verənlərin Tovuza, Zaqatalaya pul ayırmaq niyyəti yoxdu. Bunları ardıcıllıqla, bir az da təfərrüatı ilə yazıb göndərərdim lap yuxarı. Görsəm ki, baxan, vecinə alan yoxdu, FİFA-da oturanlar da futbola AFFA-dakılar kimi yanaşır, başqa yola əl atardım.
Məsələn, qumara girişərdim. Onsuz da hamımız eyni dərddəyik, səsimizə səs verən yoxdu. İki-üç klubun rəhbəri ilə çempionat başlamamış danışığa gedərdim. Oyunun çəkisindən asılı olaraq, ilk hissəni “3+”, oyunun yekun nəticəsini “6+” gətirərdim. Elə edərdim ki, birinci 45 dəqiqə “2”, ikinci 45 dəqiqə “1” gəlsin. Vəssalam da. Bundan gözəl imkan, bundan yaxşı yaşayış? Hamı qazanırsa, mən niyə qazanmayım?! Amma bunu ağılla edərdim, daha “Şərurspor”un futbolçuları kimi yox. Futbolçuya tapşırardım ki, cərimə meydançasında qaydanı pozub penaltiyə səbəbkar olandan sonra sakit dayanmasın, hakimin üstünə hücum çəkib yanlış qərar verdiyini iddia etsin. Futbolçuya tapşırardım ki, cinahda rəqib oyunçuyla yanaşı qaçanda sürətini azaltmasın, sona qədər mübarizə aparsın, son anda büdrəsin. Axır nə edirlər-etsinlər, heç kim şübhələnməsin. Jurnalistlər hiss etməsin, AFFA-dakılar görməsin, FİFA-dakılar eşitməsin. Altdan-altdan, sakit-sakit həm futbol oynadardım, həm də pulumu qazanardım. Sübut-zad deyirlər e, vallah, boş şeydi. Dünyanın yarısı oyun alıb-satır, hamı da bilir. Bizimkilərin bədbəxtliyi ondadı ki, ağızlarında söz qalmır, hiylə işlətməyin yollarını bilmirlər, nəsə eşidən kimi ayaqları əsir. Sübut edən olsaydılar, “Şərurspor”un, “Rəvan”ın, Cəmşid Məhərrəmovun, Elvin Əliyevin qarşısına konkret fakt qoyardılar. Ona görə də qətiyyən narahat deyiləm. Sizin yerinizdə olsaydım, futbola onlar yanaşan kimi yanaşardım, əsəblərimi korlamazdım. Sizin yerinizdə olsaydım, bu cür fürsəti əldən buraxmazdım, çiçəklənən Azərbaycan futbolunun inkişafına bu şəkildə töhfə verərdim.
Siz Allah, dediklərimi etməyin, ağlınızın ucundan da keçirməyin. Başınızı aşağı salıb futbolunuzu oynayın. Mən bir az risk sevən adamam deyə, belə düşünürəm, belə edərdim. Siz etməyin, onsuz da edən deyilsiz. Onsuz da avqustda çempionat başlayacaq, yenə əl-ələ verib gərgin mübarizəyə qoşulacaqsız. Gələn il bu vaxt birinci divizionun çempionu “Zaqatala”, ya da “Şəmkir” olacaq, premyer-liqaya “Nəsimi”, ya da “Badamdar” yüksələcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar