17 may 12:30Yazar

Budağın cavanlıq səhvi

Budağın cavanlıq səhvi
Portuqaliyada Budaq Nəsirovun başına gələn hadisədən xeyli təəssüfləndim. İzahatını verməyə çox çətinlik çəkirəm. Həmin anda nə düşündü, nə üçün meydanı tərk etməkdə olan topa toxundu?! Qaydaları bilməməzliyindənmi, topun onsuz da qapı xəttini tərk edəcəyinə əmin olduğundanmı... Həmin an komandası hesabda irəlidəydi. Deməli, hansısa xüsusi tələskənliyə ehtiyac yox idi ki, topu qarşılayıb qapıçı yoldaşına göndərsin. Qapıçı da oyunu bərpa etsin, ki, “Sportinq” növbəti hücum cəhdinə başlasın. İllərini futbola vermiş, futbolçu ailəsində böyümüş birinin qaydalardan xəbərsiz olması da inandırıcı deyil. Həvəskar səviyyədə topun dalınca qaçan, ara-sıra televizorda futbola baxan uşaq da bilir ki, meydanı tərk etməyən topa toxunmaq olmaz. İsinmə hərəkətlərini edən futbolçunun cizgidən içəridə başverənlərə hansısa müdaxiləsi də qaydalara ziddi. Nə baş verdi ki, Budaq belə xətaya yol verdi? “Akademika” turnir cədvəlində də “Sportinq”in əsas rəqiblərindədi. Lissabon təmsilçisi bu oyunda qələbə qazanacağı halda, 3 pillə irəliləyəcək, autsayderlər sırasından uzaqlaşacaqdı. Olmadı. Özü də hər şey məlum penaltidən sonra başladı.
Kamran Ağayevin başına gələnlər gözümüzü yaman qorxudub. Düzdü, Budağın başına gələnlərlə Kamranın diqqət mərkəzinə düşdüyü qalmaqalın xarakteri başqa idi. Amma mahiyyətcə bütün bu hallar məşqçinin etibarını itirməyə, imicini korlamağa yetərlidi. Üstəlik, söhbət azərbaycanlı futbolçulardan gedirsə, bizimkilər daha da diqqətli və məsuliyyətli olmağa borcludu. Qəbul etməliyik ki, Azərbaycanın adı Avropada heç də futbol və istedadlı futbolçular ölkəsi kimi qəbul olunmur. Biz bu incəlikləri bilməli, özümüzü sevdirməyə çalışmalıyıq. Özümüzə qarşı çevriləcək hansısa yanlış hərəkətə yol verməməliyik. Təəssüflər olsun ki, başımıza gələnlərdən başmaqçı olmağı, vacib dərslərdən nəticə çıxarmağı bacarmırıq.
Elnur Cəfərov “Tondela”nın baş məşqçisinin ona şampan içirtmək istəyini bəhanə etdi, sonra da Xorvatiyanın məhəllə birinciliyini xatırladan aşağı divizionunda itdi-batdı. Ardınca Kamran Ağayev “Boavişta”da anti-qəhrəmana çevrildi, özü öz əliylə əsas heyətdəki yerini təhvil vermək üçün uzunmüddətli cəzaya səbəb olacaq hərəkətlər etdi. İnsafən, qeyd etməliyik ki, Budaq Nəsirov xarakterinə görə nə Elnur, nə də Kamran ilə müqayisə olunacaq birisi deyil. Azərbaycan klublarında çıxış etdiyi dövrlərdən bəri onu sakit, qalmaqaldan uzaq və istedadlı bir gənc kimi tanımışıq. Gələcəyinə böyük ümidlərlə yanaşmışıq. Budağa menecerlikdən daha çox böyük qardaşlıq edən Vaqif Heydərli ilə söhbətlərimizdə də dəfələrlə ondan razılıq etdiyini eşitmişik. Heydərli onun başqalarından müsbət mənada fərqləndiyini, böyük futbolçu olmaq üçün Allahın ona hər şeyi verdiyini hər söhbətimizdə vurğulayıb. Biz də müşahidələrimiz əsasında Vaqifin dediklərinə inanmışıq, Nəsirovun gələcəyinə böyük ümid bəsləmişik. “Sportinq”lə müqavilə bağlayanda da arzularımızın həyata keçdiyini düşünürdük.
İndi bu ümidlərimizin üzərinə bir az da olsa, su səpilib, bədbinlik hissinə yenik düşmək üzrəyik. Amma ümidimizi tam itirməməliyik. “Sportinq”in çalışdırıcısı yersiz penaltiyə səbəbkar olduğu üçün Budağı cəzalandırmaq, onun üzərindən qalın bir qara xətt çəkmək fikrində deyil. Hər halda, belə olsaydı, 75-ci dəqiqədə Budağı meydana buraxmazdı, ona özünü göstərmək şansı yaratmazdı. Ehtimal etmək olar ki, Nəsirov üçün hər şeyin sonu həmin o kuryoz penalti ilə gəlməyib, həmyerlimiz üçün Lissabon komandasında hər şey bitməyib. Bundan sonrası yenə də Budağın özündən asılıdı. İşinə daha məsuliyyətlə yanaşmalı, toparlanmalı və məşqlərdə indiyə qədər olandan da beşqat artıq səylə çalışmalıdı. Sübut etməlidi ki, azərbaycanlılar da Avropanın aparıcı futbol ölkələrində sabit çıxış edəcək qədər istedad sahibidi. “Akademika” ilə oyunda yaşananları isə Nəsirovun cavanlıq səhvi kimi qiymətləndirək. Keçmiş olsun, Budaq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar