12 may 20:27Yazar

Məmmədovdan Səmədova çempion "Spartak"

"Xalq komandası" illər sonra çempion oldu. Son çempionluğu dumanlı xatırlayanda həm də artıq cavan olmadığını anlayırsan...
Düz 21 il əvvəl, 14 yaşımda Gədəbəydən Slavyankaya - "Alaniya" ilə Moskva "Spartak"ının "qızıl oyun"una baxmaq üçün evlərində "rus krosnası” olan rəhmətlik Musa babagilə getdiyimi xatırladım. Təsəvvür edin, "qızıl oyun"da milli komandamızın iki futbolçusu - Nazim Süleymanov və Dmitri Kramarenko "Alaniya"nın, azərbaycanəsilli Rusiya millisinin üzvü Ramiz Məmmədov isə "Spartak"ın şərəfini qoruyur. Həmin mövsüm ÇL-in qrupunda bütün oyunları udan moskvalıların heyətində İngiltərə çempionuna qol vuran, Polşa çempionuyla səfər oyununda isə matçın taleyini həll edən qola imza atan Ramiz Məmmədov... Ümumiyyətlə, "Spartak" deyəndə ağlıma gələn ilk adam daha sonra Lobanovskinin "Dinamo"suna yollanan və kiyevlilərin heyətində Ukrayna çempionluğunu və kubokunu qazanan bu sağ cinah müdafiəçisidi. Məmmədov zəngin karyerasında "Spartak"la 5 dəfə Rusiya çempionluğu, 2 dəfə isə Rusiya kubokunu qazanıb. "Spartak", "Dinamo" və "Şturm"la ÇL-in qrup mərhələsində oynamış Məmmədov Tula "Arsenal"ında çıxış edərkən birinci dəstə klubundan Rusiya yığmasına çağırılmış ilk futbolçu kimi qonşu ölkənin tarixinə düşüb.
"Spartak"ın tarixində gördüyüm ən istedadlı futbolçu isə rəhmətlik İlya Tsımbalar idi. Ramizin klubdakı ən yaxın dostu - unudulmaz 4 nömrə... 1996-da Georgi Yartsevin rəhbərlik etdiyi komandanın çempionluğu ilə bitən "qızıl oyun"un da ən yaxşı futbolçusu məhz o olmuşdu.
Yeri gəlmişkən, "qızıl oyun"un bir başqa iştirakçısı Artyom Bezrodnı istedadına görə heç də Tsımbalardan geri qalmırdı. Amma zədələr üzündən 23 yaşında faktiki peşəkar karyerasını bitirən Bezrodnı bir ara bizim "MKT-Araz"da da çıxış etdi. Təəssüf ki, İlya Tsımbalar kimi, Artyom Bezrodnı da artıq dünyasını dəyişib.
"Spartak"ın 16 il əvvəlki son çempionluğunda da daha sonra Azərbaycanda oynamış futbolçuların əməyi olub. İqor Mitreski "Neftçi" kimi Oleq Romantsevin komandasında da aparıcı simalardan idisə, Bakı "İnter"inin şərəfini qorumuş Kaxaber Mjavanadze haqda eyni sözləri demək olmaz. Qeyd edək ki, Mitreski "Neftçi" ilə 3, Mjavanadze isə "İnter"lə 1 dəfə Azərbaycan çempionluğunu da qazanmağı bacarıb.
Azərbaycandan kənarda ilk stadiondan izlədiyim oyun da bu çempion heyətin ÇL-in qrup mərhələsində Moskvada "Bavariya" ilə qarşılaşması idi. Həmin oyunda Elber və yoldaşları moskvalılara heç bir şans qoymayaraq 3:1 hesabı ilə qalib gəlmişdi. Bu matç xatirimdə həm də ona görə qalıb ki, tribunada təsadüfən klubun iki əfsanəsi - rəhmətlik Fyodor Çerenkov və klubun indiki prezidenti Sergey Rodionovla yan-yana oturmuşduq. Sonuncunun karyerasının qürub çağını gördüyümdən niyə bu qədər böyük futbolçu kimi qəbul edildiyini tam anlamırdım.
"Spartak"da büt kimi qəbul edilməsini anlamadığım bir başqa futbolçu isə Yeqor Titov idi. Bizim Mahmud tipində "yeriyən" bir "professor". Amma onlar yeriyə-yeriyə də olsa, əsasən verdikləri ötürmələrə görə azarkeşlərin könlünə yol tapmağı bacarmışdılar.
Və nəhayət, 2017. Massimo Karreranın təsadüfən baş məşqçisi olduğu paytaxt klubu 16 ilik həsrətə son qoyaraq çempionatın bitiminə 3 tur qalmış klub tarixində yubiley - 10-cu çempionluğunu rəsmiləşdirir.
Bu zəfərdə karyerasında daimi baş məşqçilərin kölgəsində qalan italyan mütəxəssisin payı çox böyükdü. Dmitri Aleniçevun köməkçisi kimi kluba gələn Karrera "Spartak"ın canlı əfsanəsinin istefasından sonra müvəqqəti baş məşqçini əvəzləməli oldu. Klub Kurban Berdıyevlə danışıqlara başlamışdı. Danışıqlar uğurla başa çatmaq üzrə idi. Amma Karreranın rəhbərliyi ilə komanda çox yaxşı qrafik cızırdı. Klub italyanı baş məşqçi postunda saxlamaq qərarını verdi və bu addımın nə qədər doğru olduğunu görmək üçün heç 9 ay da gözləməyə ehtiyac qalmadı. Ötən il avqustun sonu vəzifəyə təyin olunan Karrera bu il mayın əvvəlində 16 illik həsrətə son qoydu. "Spartak"ın heyəti əsas rəqiblərindən heç də güclü deyil. Bu isə italiyalı məşqçinin çempionluqda nə qədər əhəmiyyətli pay sahibi olduğunu bir daha göstərir.
"Spartak"ın çempionluğunda deyək ki, çempionatın ən yaxşı futbolçusu Kuinsi Promes qədər olmasa da, Aleksandr Səmədovun da payı var. Azərbaycanəsilli futbolçu birinci dövrədən sonra transfer olunsa da, "Anji" və "Zenit"lə oyunlarda həlledici qollara imza ataraq klubuna 6 xal qazandırdırmaqla həm transferini doğrultdu, həm də onu yetişdirən kluba mənəvi borcunu qaytardı. Maddi borcunu isə yəqin ki, "Spartak" onu o dövr üçün az olmayan 3,4 milyon avroya "Lokomotiv"ə satanda vermişdi.
Karyerasında ilk dəfə çempion adını qazanan futbolçu ən böyük arzusunun həyata keçdiyini bildirib. "Spartak"ın 2001-ci ildəki çempionluğunda ikinci heyətdə olan Saşa bunacan yalnız Rusiya kubokuna sevinmişdi. O, 2002/03 mövsümündə "Spartak"la, 2006/07 və 2014/15 mövsümündə isə Moskva "Lokomotiv"i ilə bu uğuru qazanmışdı. Maraqlıdı ki, Səmədovun 1-ci dövrədə formasını geydiyi "dəmiyolçular" "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin rəhbərliyi ilə bu mövsüm də Rusiya kubokuna sahib oldu. Amma Aleksandr Səmədovun sözlərinə görə, karyerasında ən böyük arzusu məhz Rusiya çempionluğu imiş.
Bir də görmədiklərim var. Məsələn, Ramiz Məmmədovla Vəli Qasımovlu "Spartak"ın 1992-də ilk Rusiya çempionatındakı çempionluğu... Düzdü, Vəli onda "Spartak"da cəmi 6 oyun oynamış, qol da vura bilməmişdi. Əvəzində ikinci dövrəni keçirdiyi "Dinamo"da 17 oyuna 16 qol vurub bombardir olmuşdu. Amma bu fərdi uğur Vəli üçün nə qədər sevindiriciydisə, qızıl medal ala bilməməsi o qədər üzücü idi. Qasımov sonrakı karyerasında da bir dəfə də çempionluq sevinci yaşaya bilmədi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar