12 may 20:15Yazar

Kamranla Raufun fərqi

Beş, ya 10 gün bundan əvvəl idi. Millimizin baş məşqçisi Robert Prosineçki Kamran Ağayevin klubsuz qalması haqda suala cavab verərkən bizi, yəni idman jurnalistlərini günahlandırmışdı. Guya ki, biz Kamranı klubsuz qalanda tənqid etmirik, başına sığal çəkirik, ona görə də Ağayev özünə klub tapmaq üçün əziyyətə qatlaşmır. Xorvatiyalı mütəxəssisin sözlərindən belə çıxırdı ki, biz jurnalistlər nə vaxt Kamrana klub axtarışına çıxmağı, bir yerdə qərar tutub normal futbol oynamağı tapşırsaq, o da dərhal sözümüzü yerinə yetirmək üçün hərəkətə keçəcək. Bizim sözümüz yerə düşməsin deyə, şabranlı oğlan əlcəklərini əlinə geyinəcək, başındakı bütün kənar fikirləri özündən uzaqlaşdıracaq, əsl peşəkar qapıçıya çevriləcək. Bizim üçün cənab Prosineçkinin sözləri qanundu. Nə kərayıq əməl etməyək, bir halda ki, Prosineçki bizi günahkar hesab edir, deməli, elə istedadlı Ağayevin özünə düz-əməlli karyera qura bilməməsinin günahkarı əlində qələm tutan biçarə jurnalistlərdi.
Aldı görək, bizim qoçaq Prosineçki neynədi? Millimiz üçün taleyüklü oyun ərəfəsində dəvət göndərdiyi futbolçularla bizi təəccübləndirdi. Şimali İrlandiya ilə oyun bu seçmə mərhələdə bizim üçün ölüm-qalım məsələsidi. Britaniyalıları məğlub etsək, həyəcan artacaq, şanslarımız yaxşılaşacaq. Hadisələrin arzulanan ssenari ilə inkişaf etməsi sayəsində qonşu Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımız xeyli artacaq. Əks halda, yenə həmişə olduğu kimi qrup sonunculuğuna yuvarlanmamaq üçün San Marino ilə yarışacağıq. Heç-heçə belə bizim üçün arzuolunan nəticə deyil. Deməli, Şimali İrlandiyadan gələn qonaqların qapısına mütləq qol vurmalıyıq.
Bu mövsüm Azərbaycan premyer-liqasında bu işi Rauf Əliyevdən yaxşı bacaran olmayıb. Adam “İnter” kimi yarımcan, gələcəyi bəlli olmayan komandada çıxış edə-edə çempionatın iki bombardirindən biri olmağı bacarıb. Düzdü, hücumçu üçün mövsüm ərzində 11 qol elə də yüksək göstərici deyil. Amma obyektivlik hissini itirməyək, Raufun məhsuldarlığının aşağı olmasının günahı təkcə özündə deyil. Onun çıxış etdiyi “İnter”in üstünlük verdiyi oyun üslubunu, Svanadzenin ifrat müdafiə vurğunu olduğunu da obyektiv amillər sırasına əlavə etməliyik. Hələ zədələri unutmayaq. Xüsusilə son iki mövsüm Rauf üçün çətin keçib, tez-tez aldığı xəsarətlər Əliyevi uzun müddət topa və meydana həsrət qoyub, formadan salıb. Bütün bu əngəlləri xarakteri və istedadıyla aşmağı bacarıb, onu futbol səhnəsindən silməiyin hələ tez olduğuna hamımızı inandıra bilib. Bəs hanı Prosineçkinin bu inadkarlığa verdiyi qiymət, istedadlı futbolçuya göstərdiyi peşəkar münasibət?
Artıq Prosineçki rəsmən yel dəyirmanıyla döyüşən qəhrəman obrazındadı. Elə bil ki, hansısa gizli qüvvələr onun qarşısına tapşırıq qoyub. Futbol ictimaiyyəti, idman mətbuatı, azarkeşlər hansı oyunçunu bəyənirsə, onu milliyə çağırma. Əksinə, komandanın qapılarını ayağını meydanda sürüyənlərə, əsas heyətdə nadir hallarda görünənlrə, ictimaiyyətin gülüş hədəfinə çevirənlərə taybatay aç. Mən xorvatiyalı mütəxəssisin qəribə davranışlarına başqa izah tapa bilmirəm. Bir müddət əvvəl Nizami Hacıyevlə bağlı oxşar vəziyyət yaşanırdı. Robi o qədər “fəlsəfə, fəlsəfə” dedi ki, almanlar Respublika stadionunda gəzişə-gəzişə komandamızın qapısına 4 qol vurub getdilər. Amma deyəsən, AFFA-nın sığalından məst olan xorvat bundan dərs almaq fikrində deyil. İndi də Rauf Əliyev onun mücərrəd futbol fəlsəfəsinin qurbanına çevrilib. Nə baş verir, cənab Prosineçki? Futbol sizin təqdim etməyə çalışdığınız qədər mürəkkəb oyun deyil. Düzdü, Azərbaycan Xorvatiya qədər futbol ölkəsi deyil, bizdə sizin ölkədə olduğu qədər futbol ulduzu yetişməyib. Bununla belə, biz də futboldan az-çox baş çıxarırıq, ən azı yerli futbolçuların potensialına bələdik. Hamısı gözümüzün qabağında deyilmi? Onsuz da Azərbaycanda “vuran ayaq” problemi var. Üstəlik, ucaboy və atletik futbolu sevən şimallılarla oyunda bizə Rauf Əliyev kimi fiziki göstəricilərə malik hücumçu hava-su kimi vacibdi. Prosineçki isə Maqomed Mirzabekov (AFFA-nın rəsmi saytı dağıstanlı futbolçunu belə təqdim edib), Eddi İsrafilov, Pavel Paşayev kimilərin üzünə açdığı qapını Rauf üçün bağlayır.
Martın sonunda “Renat hələ bu səviyyəli oyunlarda oynamağa hazır deyil” deyən Prosineçki deyildimi? İki ay ərzində Dadaşov çoxmu təcrübə qazandı? Nə dəyişdi ki, bu dəfə Renatı millinin qol yükünü çəkməyə hazır saydılar? Həmin şansın Raufa verilməməsi ədalətsizlik, qeyri-obyektivlik, peşəkarlığı şəxsi hisslərə və münasibətləri, kimlərinsə mənafelərinə qurban verməkdi. Bu addımın başqa izahı yoxdu. Nə üçün qışdan bəri düz-əməlli futbol oynamayan Kamran Ağayev milliyə çağrılır, amma çempionatın bombardiri, “İnter”in uğurlarında pay sahibi olan Rauf yox? Siz qeyri-peşəkarsız, ya qərəzli? Hücumçu seçmək “bacarığınızı” Maqomed Kurbanov haqda israrınızdan sonra görmüşdük. İndi də zəhmət çəkin, Raufla Kamranın fərqini izah edin, klubsuz qapıçıya olan məhəbbətinizin səbəblərindən danışın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar