11 may 18:59Yazar

İstedadlı və potensiallı “yetim”…

10 yaşım vardı. Danimarkanın Avropa çempionluğunu zorla xatırlayıram. Bir onu bilirəm ki, Alatavada xalaoğlu Məzahirin kiçik, amma özü kimi "ürəyi geniş evi"ndə baxmışam AÇ-92-nin finalına...
...Amma geniş mənada gözümüzü "Turan"la açdıq. Müstəqil Azərbaycanın ilk avrokubok iştirakçısı Tovuz klubu idi. "Fənərbaxça" ilə oyunları isə daha dəqiq yadıma gəlir. Onda demək olar ki, heç kim Qurban Qurbanovu tanımırdı. Amma Musa Qurbanov ölkənin ən böyük qol ümidi idi türklərlə oyunda.
"Turan" "Fənərbaxça"ya uduzsa da, əbədi tarixə düşdü. Bu tarixi yazan komandanın qurucusu və sahibi Vidadi Əhmədov idi. “Feysbuk” dostum olan dəyərli Vidadi müəllimə sual yazdım. Yazdım ki, "Turan"ın 1-ci dəstədə qalib gəlib elitada oynamaması Azərbaycan futbolu, tovuzlular və şəxsən sizin üçün nə deməkdi?" Cavab vermədi Vidadi müəllim. Əslində nə cavab verəcəyi aydın idi... "Turan" yüksək liqaya vəsiqə qazanan gündən "ən ünlü tovuzlu" İlham Rəhimovun kluba dəstək olacağı deyilsə də, bu xəbərlər, deyəsən, özünü doğrultmadı...
"Turan" ən azı adına görə "yetim" taleyinə layiq deyil! Ən əsası isə Tovuz bir futbol konveyeridi. Nadir Nəbiyevdən Elvin Məmmədova qədər burda yetişən istedadlar mənim gördüklərimdi. Burda stadionda anşlaqa öncədən zəmanət verilir. Yüksək liqada oynayacağı təqdirdə də ildə ən azı bir yüksək səviyyəli futbolçunun yetişəcəyinə şübhə yoxdu. Kaş "Qəbələ" futbol klubunun uşaq akademiyası Tovuzda olaydı...
Amma bunlar məsələnin görünən tərəfidi. Görünməyən tərəfini isə Ramin Musayev, Elxan Məmmədov və bəlkə (hərçənd mən buna inanmıram) Rövnəq Abdullayev görür. Bu adamlar futbolumuzun başındadı. Bu adamlar normal məntiqlə futbolumuzun inkişafını hamıdan çox istəməlidi. Futbolumuzun inkişafını istəyiriksə, o zaman uşağa da aydındı ki, Tovuz kimi potensiallı regionlara özəl diqqət lazımdı. Amma bizdə normal məntiq keçmir. Bizdə rüşvət, "hörmət", tapşırıq, "day-day" lazımdı. "Turan" dediklərimdən məhrum istedadlı və potensiallı "yetim"di.
"Turan"ın yerinə hansısa "Səbail" oynayacaq premyer-liqada. Çünki bu klub Rövnəq müəllimin oğlunun oyuncağıdı. Ay Rövnəq müəllim, axı siz normal məntiqlə oğlunuza potensiallı bir yerdə klub yaratmağı məsləhət görməliydiz? Yəni futbolçu baxımdan potensiallı yerdə...
Premyer-liqadakı klubların 90 faizinə AFFA-nın sponsorluq etdiyini hamı bilir. Və hamı onu da bilir ki, bu klubların hamısının futbolçu yetişdirmək potensialı Tovuzdan çox zəifdi. Yəni bu klubların hamısı "Turan"a dəyməz! Tovuzda yüksək səviyyəli futbolun olması elə Azərbaycanda yüksək səviyyəli futbolun olması deməkdi!
Bəs məqsəd nədi? Futbolu inkişaf etdirmək, yoxsa bacardıqca cibləri doldurmaq?.. Təbii ki, ikincisi... "Turan" premyer-liqada oynamayacaqdısa, birinci divizionu niyə udurdu? Bank zəmanətini birinci dəstə klublarından da almaq lazım deyilmi?
Sizi əmin edirəm ki, bankdan zəmanətə-filan ehtiyac yoxdu. Premyer-liqada oynamaq üçün "görüm-baxım" etmək lazımdı...
O zaman sual yaranır ki, 1-ci divizion nəyə və kimə lazımdı? Sadəcə, məhdud sayda adamların "stavka" edib pul qazanması üçün?
Allah sənə rəhmət eləsin, Azərbaycan futbolu...
P.S. Əfsanəvi "Turan"ın qurucusu Vidadi Əhmədov son anda məsələylə bağlı mənə bunları yazdı. Yazdıqlarını heç bir dəyişiklik etmədən sizə təqdim edir və klubun adını böyük hərflərlə qeyd etməsinin diqqətimi xüsusilə çəkdiyini vurğulayıram:
Premyer-liqa TURANın halal haqqıdı. Mən bu haqqı qazandiqlarına görə kollektivin zəhmətini yüksək qiymətləndirirəm...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar