11 may 16:53Yazar

Neftçala ilə Tovuzun qardaşlaşdırılması

Ötən ilin yayı Azərbaycan futbolu üçün xeyli qızmar keçdi. İçi mən qarışıq heç birimiz gördüklərimizə, içində olduğumuz reallıqlara inana bilmirdik. Təsəvvürümüzə gətirmirdik ki, 9 milyondan çox əhalisi, 70-ə yaxın inzibati rayonu olan Azərbaycanda futbol çempionatının elitasında cəmi 8 komanda mübarizə aparacaq. Bunu zarafat kimi qəbul edirdik, son ana qədər nəyinsə dəyişəcəyinə, möcüzənin baş verəcəyinə inanırdıq. Heç şübhəsiz, futbolumuzun başbilənləri də eyni hisslərin təsiri altında idi. Elə bu səbəbdən də 2016-cı ilin yayı Azərbaycan futbolu üçün xeyli qızmar, hətta qaynar alındı. AFFA İcraiyyə Komitəsinin iclası az qala hər ay iki dəfə keçirilirdi. Yaddaşım məni aldatmırsa, komitənin iyunun 7-də və 13-də keçirilən toplantılarında Azərbaycan premyer-liqasının gələcəyi müzakirə olundu. Daha bir iclas avqustun 29-da təşkil edildi. Hər dəfə də gərgin müzakirələrin sonunda nikbinlik ifadə olundu. Əminliklə deyilirdi ki, 8 komandalı çempionat müvəqqəti haldı və artıq gələn mövsümdə aşağı dəstədən yuxarı 3 komanda gələcək, elitanı isə bir komanda tərk edəcək. Belədə premyer-liqada 10 komandanın iştirakı təmin olunacaq. Hətta bir qədər uzağa gedib bu sayın 12-yə çatdırıla biləcəyindən də bəhs edilirdi.
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanı hansı ölkələrə tay etdiklərini ustalıqla ört-basdır etməyə çalışırdı: “Avropada 8 komandanın iştirakıyla çempionat keçirən 3 ölkə var”. Amma ondan danışmırdı ki, onun bəhs etdiyi ölkələr Azərbaycanın bir əyaləti boydadı. Bizim burnumuzun ucunda olan, pulsuz qaz verdiyimiz qonşu Gürcüstanda isə liqaların və orda mübarizə aparan komandaların sayı-hesabı yoxdu. Yeni il ərəfəsində cənab baş katib vəziyyəti daha obrazlı şəkildə ifadə etmişdi. Əsl bayram əhval-ruhiyyəsinə uyğun: “Azərbaycan premyer-liqası bu il çətin qərarla üzləşdi. Həmin çətin qərar komandaların sayını 10-dan 8-ə endirmək oldu. Düşünürəm ki, mənfi haldı. Lakin bu olmalı idi. Çünki süni şəkildə say artımı, birinci divizionda çıxış edənləri gətirib hər turda böyükhesablı məğlubiyyətlər görməyimiz maraqsız çempionata səbəb olardı. Bundansa, minimuma gəlməliydik ki, yenidən futbolumuzu qaldıra, klubların sayını 8-dən 10-12-yə artıra bilək”.
Bu sözlərin üzərindən heç beş ay keçməyib. İndi də Elxan Məmmədov valın başqa üzünü oxuyur. Sizin də yadınızda olar, ötən ilin yayında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da “bir addım irəli, iki addım geri” tezisinə uyğun açıqlamaların müəllifinə çevrilmişdi. Ütülü kostyumlu, parıldayan qalstuklu bu cənablar deyirdilər ki, 8 komandalı çempionat müvəqqətidi, geriyə bir addım atmışıq ki, irəliyə üç addım ata bilək, gələn mövsümdən 10 komandanın yarışdığı premyer-liqa keçirək. İndi nə oldu, cənablar? Hanı sizin 10 komandanız, birinci divizionun elitaya yüksəlməyə layiq 3 nümayəndəsi? Yoxdu, olmadığını özünüz də bilirdiz. Amma yalan danışmaq sevimli məşğuliyyətə çevrildiyindən bunu sevə-sevə edirdiz. İndi tapın, həmin o 3 komandanı ortaya çıxarın, görək. Tapa bilmirsiz. Musa Süleymanovu elə qaçırdıblar ki, ondan sonra Tovuz futboluna yaxın duran iş adamı yoxdu. Nuru Əliyev “Rəvan”ın adına yapışdırdığınız ləkəni təmizləməyinizi tələb edir, siz AFFA Apellyasiya və Ekspert Komissiyasının iclasını keçirmək üçün günü günə satırsız. Bundan sonra sizin bataqlığa çevirdiyiniz Azərbaycan futboluna kim yaxın gələr?
“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevin və komandanın baş məşqçisi Əsgər Abdullayevin son açıqlamalarını ürək ağrısıyla oxudum. İllərini futbolda saç ağartmaqla keçirmiş Abdullayev Tovuza dönmək fikrində deyil, “birinci yerdən yuxarıda başqa yer yoxdu. Biz bunu bacarmışıq” deyir. Əsgər bəyin sözlərinin əlavə izahata ehtiyacı varmı? Adam sadə dillə izah edir ki, birinci divizionda oynamağın heç bir mənası yoxdu. Apardığın mübarizə heç nəyə yaramır, AFFA aşağı divizionu gözdən pərdə asmaq üçün keçirir, mən belə oyuncaq işlərin parçasına çevrilmək istəmirəm. Elxan Məmmədov isə bütün bunları bilə-bilə bizi AZAL-ın birinci divizionda oynaması haqda xəbərlə müjdələməyə çalışır, düşünür ki, bu cür yalanlarına inanıb sevinəcəyik. Yox, cənab Məmmədov, artıq sizin yalanlarınızdan cuşa gəlmək yaşımız keçib, iyrənməyə başlamışıq. Siz isə gedin, Neftçala ilə Tovuzu qardaşlaşdırdığınıza görə sevinin. Təbrik edirəm!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar