11 may 15:21Yazar

Bölgələrə xərcləmək günahdı?

Növbəti mövsümlə bağlı ilk müjdə Elxan Məmmədovdan gəldi. Bayılda baş tutan Azərbaycan – Kamerun qarşılaşmasından sonra jurnalistlərlə ayaqüstü söhbət edən AFFA-nın baş katibi 100 faiz dəqiq olmasa da, avqustda başlayacaq çempionatda 8 komandanın mübarizə aparacağına işarə vurdu. Elxan Məmmədov deyirəm, ağzından çıxan sözə diqqət yetirən adamdı. Boşuna danışmaz, bilmədiyi mövzu ilə bağlı fikir bildirməz. İcraiyyə Komitəsinin son iclasında danışılanları fakt kimi göstərməklə vəziyyətin necəliyindən xəbər verdi. Amma ötən yay Rövnəq Abdullayev üzümüzə gələn mövsümdə nə olur-olsun, 10 komandalı çempionatın təşkil olunacağını bildirmişdi. O başqa məsələ ki, iştirakçıların sayı 8-dən çox olmasa, AFFA başqanı sözünün arxasında durmayan biri kimi qələmə veriləcək. Bütün yollar “8-liy”in təsdiqinə doğru aparırsa, biabırçılıqdı, faciədi, rəzalətdi. Təkcə say baxımından yox, bir çox nöqtələrdə.
Ortaya çıxan birinci sual: AZAL-ın yerinə hansı komanda gələcək? Cavab köşkdə qəzet satanın da bildiyi qədər sadədi : “Səbail”. Növbəti sual: niyə məhz “Səbail”? Əslində bu sualın cavabı da hamının bildiyidi. Klub Bakının ən aparıcı, elitar təbəqəsinin doğulub boya-başa çatdığı, yaşadığı rayonun adını daşıyır. Məhz bu rayonda yaşayan neçə-neçə qəhrəman oğullar bu gün vəzifə başındadı, kabinetdə oturduğu kreslonu kefinə uyğun gah sağa fırladır, gah sola. Və ən əsası, bu rayonun “Azneft”dən üzü Lökbatana olan ərazisindən həmişə neft qoxusu gəlib,bu gün də gəlməkdədi. Bayıldan keçəndə neftdən qazanılan milyardlar üçün “zəhmətini əsirgəməyən” gəmilər göz çıxarır. Sizcə, belə bir rayonun premyer-liqada təmsilçisinin olmaması hansı ədalətə söykənir, hansı məntiqə sığır? “Səbail” olmalıdı, başqa yolu yoxdu. Olsun, kim nə deyir ki? Kluba xərclənəcək pullar neft gəlirləri olacaq, çoxdan məlumdu. Yəni SOCAR baxacaq. Belədisə, Beynəlxalq Bankın geri çəkilməsindən sonra sponsorsuz qalan və hələ də pullu kişisi tapılmayan “İnter”i “Səbail” etmək bu qədərmi çətin idi? Kimə lazımdı “İnter” adı? Nəyə xidmət edir? Dəyişmək, qərar vermək, dünyanın altını üstünə çevirmək öz əllərindəykən, “İnter”i fırladıb “Səbail” etmək bir qurtum su içmək qədər asan idi. Belə olsaydı, AZAL-ın boşalmış yerinə bir əyalət təmsilçisi dəvət olunardı. 6 paytaxt (paytaxtdan 30 kilometr aralıda məskunlaşan “Sumqayıt” əyalət klubu sayılmır ) + 2 bölgə təmsilçisi çempionatı “5+3” kimi olsaydı, mübarizə daha maraqlı olmazdımı?
Hə, indi ikinci sual: “Səbail”ə xərclənən neftin pullarını hansısa bölgə təmsilçisinin premyer-liqada iştirakına ayırmaq olmazdımı? Olardı, həm də necə?! Allaha şükür, 90-cı illər keçmişdə qalıb. İndi az qala kəndlərdə də İdman Kompleksləri, stadionlar, otellər var. 7 yaşa çatanların 70 faizi ayaqyalın top dalınca qaçır. Yəni infrastruktur, uşaq futbolu, kadr kimi problemlər yox dərəcəsindədi. Bircə qalır əsas komandanı formalaşdırıb, illik xərclər üçün büdcəni təsdiqləmək. 5-ə ehtiyac yoxdu, 3, lap 2 milyon da bəs edir. Məgər avrokuboklara qatılmaq şansını son anda əldən verən “Sumqayıt”la “Kəpəz” 3 milyondan da az büdcə ilə çempionluğa əsas iki namizədə başağrı olmağı bacarmadımı? Yoxsa ölkəmizi Avroliqada təmsil edəcək “Zirə” ilə “İnter”ə il ərzində xərclənən pullar göstəriləndən çox idi? Bölgələrdə futbolu yaşatmaq üçün istək lazımdı, istək. Rövnəq Abdullayevin marağında olsa, günü sabah 5 rayonda premyer-liqa səviyyəsində komanda yaradar. Amma istəmir. Çünki sərf etmir. Səbəbi sadədi. Vaxtilə Tovuzda, Lənkəranda, lap elə Gəncənin özündə futbolla bağlı yaşanan hadisələr “yuxarılar”ın gözünü qorxudub. Yaxşı bilirlər ki, rayon camaatı stadiona tum çırtlamağa, əl çalıb getməyə gəlmir. Sayları Bakıdakı kimi 300-500 yox, 3000-5000, bəzən 15-20 min olur. Bu sayda adamın hər oyunda stadiona toplaşması, Allah eləməsin, hansısa xoşagəlməz hadisənin yaşanması ciddi qorxu mənbəyidi. Ona görə də 6 komandanı bir qutunun (oxu: paytaxt) içinə yığıb nəzarət etmək ən sadə yoldu. Kimin nəyinə lazımdı zaqatalalının, qusarlının, tovuzlunun, ya da ağsulunun futbola olan sevgisi. Əsas odu, ölkədə əmin-amanlıq olsun, polislərlə azarkeşlər toqquşmasın, meydana yad əşyalar atılmasın, rəqib komandalarla hakimlər daş-qalaq olunmasın. Bəli, ölüm-itim xaric, hamısı futbola rəng qatan gözəlliklərdi və bu gün dünyanın aparıcı futbol ölkələrində yaşanır. İstər İtaliyasında olsun, istər İngiltərəsində, istərsə də Serbiya ilə Türkiyəsində. Bizdə isə bir qədər fərqlidi. Sakitlik olsun deyə, polisi maarifləndirmək, təhlükəsizlik tədbirlərini gücləndirmək əvəzinə futbolu “öldürürlər”. Avropa Oyunlarını təşkil edən, İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən, 3 ildən sonra AÇ-2020-yə qucaq açacaq ölkənin premyer-liqasında cəmi iki bölgə təmsilçisi mübarizə aparacaqsa, bunun adı rəzalətdi. Xırdalıqlara varsaq, bu göstərici bəlkə də təkcə bizdədi.
Razıyam, “Turan” təkcə yol polisindən, “Zaqatala” fındıq-qozdan, “Ağsu” araqdan, “Şahdağ” alma-armuddan, turizmdən gələn pullar hesabına dolana bilər. Amma həmin insanların heç birinin futbola marağı yoxdu, bu oyun növünə vəsait ayırmağı boyunlarının borcu saymırlar. Belə baxanda, AFFA-nın, SOCAR-ın da borcu deyil. Sadəcə, dediyim odu ki, paytaxtda “Neftçi”, “Sumqayıt”, “İnter”, “Səbail” kimiləri saxlayınca, bir-ikisinə də rayonlarda “day-day”lıq etsinlər. Ölkədə futbol kütləviləşsin, sevilsin, maraq artsın. Dildə, kağız üzərində yox e, əməldə...
P.S.: Bəlkə neftin pullarını bölgə futbolu üçün xərcləmək günahdı? Yoxsa rayon camaatı dənizdən çıxan “qızıl”dan dadmağı haqq etmir?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar