03 may 13:22Yazar

Süni nəfəs aparatı

Süni nəfəs aparatı
Premyer-liqanın ardınca birinci divizionda da mübarizə başa çatdı. İlk iki pilləni “Turan Tovuz”la “Səbail”in tutacağı çoxdan heç kimdə şübhə doğurmurdu. Bürünc medalların taleyinə də son turda aydınlıq gəldi və yarandığı gündən bəri aşağı dəstənin sanballı klublarından sayılan “Ağsu” 3-cü pilləni “özəlləşdirdi”. Bu yerdə adamın yadında Əbürrəhim bəy Haqverdiyevin “Ac həriflər” pyesi düşür. Həmin pyesin az qala bütün qəhrəmanlarına günümüzdə rastlamaq mümkündü. Həsən dayının yeməkxanasında toqqasının altını bərkidən və sonra da aradan çıxmaq üçün min bir bəhanə uyduranların bənzərləri bizim də ətrafımızda müxtəlif libaslarda, fərqli adlarla dolaşırlar. Pyesdəki maraqlı personajlardan biri də yeməkxananın bir küncündə oturub, qəzet oxuyan ağsaçlı kişidi. Maraqla və uca səslə qəzetdəki xəbərləri oxuyan həmin kişi axırda ürəkdən “hə, nə olsun ki” deməklə özünün gərəksiz işlə məşğul olduğuna işarə vurur.
Arif oxucuların məsələni anladıqlarına şübhəm yoxdu. Birinci divizionda da yarış məhz bu cür keçirilir. Artıq neçənci mövsümdü ki, oxşar vəziyyətlə üz-üzəyik. Ardıcıl neçə il “Neftçala” eyni vəziyyətdə idi. İndi də “Turan Tovuz” onların günündədi. Gələn il kimi tapacaqlar, bilmirəm. Məlum olan odu ki, futbola baxış, idarəetmə siyasəti dəyişmədikcə elə belə də davam edəcək. “Səbail”in məsələsi aydındı. Paytaxtın qədim rayonunun adını daşıyan komanda lisenziya problemlərini elə yarandığı gündən həll edib. Onların qarşısını kəsən hər hansı ciddi maneə yoxdu. AFFA rəhbərliyinin diqqət və qayğısı sayəsində klub yarandığı ildəcə divizionun liderlərindən birinə çevrildi, “Bayıl Arena”nı da debütanta peşkəş etdilər. Maraqlıdı, gələn il “Səbail” avrokuboklara vəsiqə qazanca, ondan ötrü də UEFA-ya ağız açıb, güzəşt istəyəcəklər? “Turan Tovuz”un, “Ağsu”nun gününə isə həqiqətən də güləcəyimizi, yoxsa ağlayacağımızı bilmirik. Əsgər Abdullayevin çalışdırdığı qərb təmsilçisi bütöv bir marafonu yüksək səviyyədə keçirib, birnəfəsə elitaya vəsiqə qazanıb. Tovuz komandası keçirdiyi 26 oyununun yalnız birində məğlub olub, 18 qələbə qazanıb. Topların fərqi də diqqəti cəlb edir. Rəqiblər “Turan Tovuz”un vurduğu 62 qolun cəmi 11-nə cavab verə biliblər. Ən yaxın izləyicisini sonda 4 xal qabaqlayan Abdullayevin “əsgərləri” finişə xeyli qalmış elitaya vəsiqəni təmin etməyi də bacardılar. Amma... bax, bu yerdə adamın “hə, nə olsun ki” deməyi gəlir.
Mən “Turan Tovuz”da forma geyən, mövsüm boyunca meydanda tər tökən, əziyyət çəkən, premyer-liqaya yüksəlmək üçün mübarizə aparan futbolçuların düşdüyü vəziyyəti indi yaxşı başa düşürəm. Adamlar mənəvi-psixoloji sarsıntı keçirməsinlər, nə etsinlər?! Məlum məsələdi ki, “Turan Tovuz” elitada oynamasa, həmin futbolçuların bir daha buna şansı olmayacaq. Çünki 8 komandanın mübarizə apardığı çempionatda klubların hansınınsa onlara dəvət göndərəcəyi inandırıcı deyil. Ən azı ona görə ki, elitada hazırki limitin tələblərini dolduracaq sayda yerli futbolçu var. “İnter”in tarixin yaddaşına qovuşmaq ehtimalı isə “işsizlər ordusu”nun sıralarını daha da genişləndirəcək. Belədə kim elitada təcrübəsi olanları gözardı edib, “Turan Tovuz”da oynayanları transfer etməyi düşünər? Tovuzda qalıb, hər şeyi sıfırdan başlamaq üçün isə möhkəm əsəbə, tükənməz səbrə sahib olmaq lazımdı. Yalnız bu halda hansısa futbolçu eyni yerdə mücərrəd məqsəd üçün bütün mövsüm boyunca savaşmağa razılıq verə bilər. Xarakteri nisbətən zəif olanlar isə gördükləri işin mənasız olduğunu düşünəcək, bir an öncə “Turan Tovuz”dan da, elə Azərbaycan futbolundan da baş götürüb getməyə çalışacaq. Bu isə “Turan Tovuz”un hazırki məğlubedilməz heyətinin də, Əsgər Abdullayevin ordakı fəaliyyətinin də sonu deməkdi. Bu nəticə müəyyən mənada gözlənilən idi. AFFA-nın “Turan”ın adını dəyişib, ortaya yeni klub çıxarması, illik 250 min manat büdcə ayırmaqla qərb bölgəsində futbolun inkişafını yaratmaq cəhdi süni canıyananlıq, yalançı imitasiya cəhdi idi. Ağır vəziyyətdə olan “Turan”ı plastik əməliyyat edib, guya cavanlaşdırmışdılar. Amma tam həyata qaytara bilmədiklərinə görə süni nəfəs aparatına qoşmuşdular. Mövsümün sonu isə həm də “Turan Tovuz”ün həmin o süni nəfəs aparatından ayrılmasının zamanının gəlməsi deməkdi. Süni nəfəslə nə qədər yaşamaq olar ki?..
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar