12 iy 14:00Yazar

Nə yaxşı ki Qəbələ var...

Nazirlər Kabineti yanında Operativ Qərargah avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların hazırlığa başlamasına razılıq verib. Ciddi sözümdü ki, xeyli sevindirici xəbərdi. Məsələ onda deyil ki, “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” qısa müddətdə hazırlıq keçməklə qitənin yaşıl meydanlarında xarüqələr yaradacaqlar. İndiki şərtlər altında bizimkilərin avrokuboklarda uzağa gedə bilməyəcəkləri aydın məsələdi. Faktiki Azərbaycan martın ortalarından futbolsuz qalıb. İyunda bir qədər dirçəlmə yaşandı, klublarımız yoxlama oyunları keçirdilər. Amma sonradan bəlli adamların cəsarətsizliyi Azərbaycanı futbolsuz qoydu. Əminliklə söyləmək olar ki, hazırda klublarımız iyundakı vəziyyətdən də geriləyiblər. O vaxta qədər futbolçular hansısa ümidlərlə öz üzərində çalışır, formalarına qorumağa cəhd göstərirdilər. Məlum olanda ki, AFFA İcraiyyə Komitəsi mövsümün qalan oyunlarının keçirilməməsinə qərar verdi, hamının qanadı qırıldı. Olan-qalan həvəs də “öldü”.
Söhbət təkcə fiziki hazırlığın olmamasından, futbolçuların formadan düşməsindən getmir. Artıq klublar transfer çalışmalarına start verib. Xeyli sayda gedən-gələn var. Bu mənada “Neftçi”nin itkilərini daha ciddi saymaq olar. Düzdü, son mövsüm Roberto Bordinin qeyri-müəyyən qərarları səbəbindən “xalq komandası”nda kimin əsas heyət üzvü, kimin əvəzedici olduğunu müəyyənləşdirmək xeyli çətin idi. Bununla belə, əminliklə söyləmək olar ki, indiyə qədər “Neftçi”ni tərk edənlərin hamısı ötənilki heyətdə müəyyən çəkiyə sahib idilər. Xüsusilə də legionerlərin gedişi “ağ-qaralar” üçün ciddi itki sayılmalıdı. Belə tezliklə onların yerinin doldurulacağı da inandırıcı görünmür. Bəlkə də komandanın idman direktoru futbolsuz qaldığımız günlərdə boş oturmayıb, “Neftçi”yə gətirmək istədiyi futbolçuların razılığını alıb. Amma gəlin razılaşaq ki, zaman dayanmayıb və “Neftçi”nin yeniləri komandaya qaynayıb-qarışmağa macal tapmadan Avropa Liqasının təsnifat mərhələsi başlayacaq. Elə “Sumqayıt” da eyni çətinliyi yaşayacaq. “Gənclik şəhəri” təmsilçisinin “Neftçi”dən bir fərqi var ki, komanda avrokuboklarda debüt edəcək və ortabab “Sumqayıt”dan gözləntilər onsuz da çox deyil. Belədə “Sumqayıt”ın psixoloji gərginlikdən əziyyət çəkməyəcəyi dəqiqdi. “Xalq komandası”yla bağlı eyni sözləri demək olmaz. Azarkeşlər onsuz da uğursuz keçən mövsümdən sonra avrokuboklardakı fiaskonu sakit qarşılamayacaqlar. Belədə “Neftçi”də böyük dəyişikliklərin baş verməsi qaçılmaz olacaq.
Deyəsən, mətləbdən bir qədər uzaqlaşdım. Onsuz da avrokuboklarda Azərbaycanı təmsil edəcək komandalarımızın hazırlığından qarşıdakı günlərdə tez-tez bəhs edəcək, bu 4 komanda ətrafında başverənləri diqqətdə saxlayacağıq. Bugünkü yazımın iki əsas məqsədi var ki, onlar da tam fərqlidi. Biri yazının girişində vurğuladığım kimi, Operativ Qərargahın verdiyi qərardı. Düzdü, dostlarımız arasında iddia edənlər var ki, avrokuboklara qatılacaq klublara məşq etmək icazəsi birbaşa ölkənin birinci şəxsi tərəfindən verilib. Yəni cənab prezident İlham Əliyev şəxsən “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”a hazırlaşmaq imkanı yaradılmasını tapşırıb. Belədisə, buna daha çox sevinmək lazımdı. Deməli, nisbətən aşağı səviyyələrdə futbolun unudulduğu, arxa plana atıldığı məmləkətimizdə ölkə prezidenti Azərbaycan futboluna laqeyd deyil. Cənab prezident də bizim kimi Azərbaycanın avrokuboklarda uğurla təmsil edilməsini istəyir, klublarımızın əli ətəyindən uzun üstümüzə qayıtmasını arzulamır. Kim bilir, zamanında AFFA Gənclər və İdman Nazirliyi ilə müştərək şəkildə çalışsaydı, bəlkə də futbola “yaşıl işıq yandırıla” bilərdi. Bunun üçün lap aşkar şəkildə ölkə prezidentinə müraciət ünvanlamaq da olardı. İndiki halda keçənə güzəşt deməkdən başqa əlacımız yoxdu.
Məni sevindirən və bugünkü yazımda toxunmaq istədiyim ikinci məqam isə Qəbələdəki futbol meydanlarının, infrastrukturun varlığıdı. Ürəklə deyirik ki, nə yaxşı Qəbələdə bu işlər görülüb. Bir-birindən yaraşıqlı otellər tikilib, futbol meydançaları salınıb. İndi də koronavirus pandemiyasından əziyyət çəkdiyimiz dövrdə klublarımız hazırlıq üçün sərhədləri aşa bilmədiyinə görə Qəbələyə üz tutacaqlar. Həmin rayonda klubların normal hazırlıq keçməsi, məskunlaşması, bir-birinə mane olmadan məşq etməsi üçün hər cür şərait var. Hələ üstəlik, yoxlama oyunları keçirmək, çətin sınaqlar ərəfəsində güc sınamaq da mümkündü. Onsuz da zaman-zaman Qəbələdəki şəraitdən bəhs etmişik, Azərbaycanın bölgələrinin hər birində oxşar şəraitin yaradılmasının vacibliyini vurğulamışıq. Zaman yenə də bizi haqlı çıxardı. Bir anlıq təsəvvürə gətirəndə ki, Qəbələdəki şərait olmasaydı, klublarımız hansı çətinliklə üzləşərdilər, əlavə izaha ehtiyac qalmır. Təəssüf ki, şəraitinə görə Qəbələdən heç də geri qalmayan “Bakı”nın bazasını qoruya bilmədik. Ora qalsaydı, klublar hazırlığın ilk mərhələsini elə paytaxtda da başlaya bilərdilər. Nə yazıq ki, o boyda AFFA-da bütün bunları anlayacaq, qoruya biləcək başbilənlər əyləşməyib!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar