12 iy 13:44Yazar

Bəlkə Avroliqaya “Zirə” getsin?

Xoş təsadüf, yəni koronavirusa görə ölkə çempionatının dayanması üzündən Avroliqaya vəsiqə qazanan “Sumqayıt”ın üzləşdiyi problemlərlə bağlı az qala qəzetin hər sayında bilgi veririk. Belə həssas münasibətimiz ilk növbədə şəhərin futbol ənənələri, daha sonra adı çəkilən komandanın avrokubokların debütantı olması ilə bağlıdı. Yəni biz zəngin futbol ənənələrinə malik şəhərin avrokuboklarda debütdəcə biabır olmasını istəməyənlərdənik.
Təəssüf ki, hər ötən gün Sumqayıtdan Bakıya yalnız bəd xəbərlər gətirməkdədi. Klubun ana sponsoru “Azərikimya”ya dəstək üçün müraciət edən Piad Rəfiyevin ofisə əli ətəyindən uzun qayıtdığını xəbər vermişdik. Şirkət klub prezidentinin büdcəni artırmaq təklifinə laqeyd yanaşmış, son mövsümdəki büdcənin qalacağına belə təminat verməmişdi. Təbii ki, futbolçular da bu durumdan xəbərdardı. Məsul yarışa hazırlıq üçün qalan günlərin sayı azaldıqca futbolçular da səbirsizlənir, özlərinə yeni və “yağlı” iş yeri tapmaq istəyi ilə bir-birinin ardınca “gənclik şəhəri”ni tərk edirlər. Əmir Ağayev, Şəhriyar Əliyev, Mehdi Şərifi, Elvin Cəfərquliyevin ardından dünən Aleksey İsayevin də klubdan ayrılması rəsmiləşdi. Hələ yolüstə olan başqa bir neçə futbolçu da var. Belə görünür ki, “Sumqayıt” Avroliqaya gənclərlə qatılmalı olacaq. Bu isə qaçılmaz fiasko deməkdi ki, şəhərin və “Azərikimya”nın rəhbərliyinin vecinə olmasa da, məncə, ən azı Riad Rəfiyevlə Ayxan Abbasov bu məqamın fərqinə varmalıdılar.
Bu gün üçün vəziyyətdən çıxış yolu görünmür. Günlər, həftələr bir-birini əvəz edir, “Sumqayıt”ın isə nəinki böhrandan çıxış yolları, hətta Avroliqaya hazırlıq ilə bağlı da hansısa planı yoxdu. Koronavirusla qızğın mübarizənin getdiyi, ARDNŞ-nin qazancının azaldığı, olan pulun da iqtisadiyyatı tənəzzüldən qurtarmağa xərcləndiyi dövrdə klub büdcəsinin artırılacağına, bu yolla futbolçuları heyətdə saxlamağın mümkünlüyünə ümid etmək şəxsən mənə utopik ideya kimi görünür. Nə yazıq ki, “gənclik şəhəri” illərlə həsrətində olduğu vəsiqəyə belə mürəkkəb, ölkənin tam fərqli qayğılarla yaşadığı dönəmdə qovuşdu. Bu artıq bəxtin nankorluğu, adamdan yox, klubdan, bütöv bir şəhərdən üz döndərməsidi. Elə hərəyə 1 manat yığmaqla kluba yardım etmək də daha bir utopik ideyadı. Söhbət minlərdən yox, milyonlardan gedir ki, belədə göstərilən məbləğ qarışqanın yanan evə su daşımasına bənzəyir.
Ancaq bu vəziyyətdə daha bir, özü də sumqayıtlı azarkeşləri qətiyyən razı salmayacaq yol da var. Avroliqada Azərbaycan üçün ayrılan yer “Sumqayıt”dan alınıb, “Zirə”yə verilsə, nə olar ki? Bir tərəfdən “Zirə” düşərgəsi bu gün də çempionat dayandırılarkən eyni xala malik olduğu “Sumqayıt”ı sonda keçə biləcəyini iddia edir. Digər tərəfdən, hər nə qədər heyətlə bağlı dəyişikliklərə məruz qalsa da, baş məşqçisini itirsə də, “Zirə”ni maliyyə baxımından “Sumqayıt”la tərəzinin eyni gözünə qoymaq ağılsızlıq olardı. “Zirə”nin arxasında duranlar maliyyə imkanlarını gözə soxmağı, bu yöndə öyünməyi xoşlamırlar, adətən, kölgəyə çəkilməyə üstünlük verirlər. Amma sirr deyil ki, qəsəbə təmsilçisi puluna görə bir yox e, lap iki “Sumqayıt”u udar, üstündən su da içər.
Əlbəttə, bu ideya futbol ictimaiyyətinə qeyri-populyar çıxış yolu kimi görünəcək, açıq etiraf edirəm ki, ideyadan avantüra və intriqa yağır. Amma AFFA ilə PFL-in xeyir-dua verdiyi bir komanda göz-görəti uçuruma, fiaskoya doğru gedirsə, onun təmsil etdiyi şəhər də biganəlik sindromundan qurtulmursa, bəlkə elə dediyim yolu seçək? Burda çətin heç nə yoxdu. Avrokubok iştirakçılarını müəyyənləşdirmək hər bir milli federasiyanın müstəsna səlahiyyətidi. AFFA komandanın üzləşdiyi çıxılmaz maliyyə problemini əsas gətirməklə UEFA qarşısında məsələ qaldıra, beləcə Avroliqaya vəsiqə turnir cədvəlində “Sumqayıt”dan sonrakı pillədə qərarlaşan “Zirə”yə verilə bilər.
O da sirr deyil ki, Azərbaycan komandalarından heç biri avrokubok mövsümünə istər maliyyə, istərsə hazırlıq baxımından ideal vəziyyətdə qədəm qoymayacaq. Ölkənin illər ərzində formalaşan klub əmsalı bu yay sarsıdıcı zərbə alarsa, şəxsən mən təəccüblənmərəm. Dediyim odu ki, reallığı bilə-bilə, “Sumqayıt”ı yanar odun içinə atmayaq, dörd komandadan birinin avrokuboklara turist qismində qatılmasına imkan verməyək.
Rəfiyevin, Abbasovun, Sumqayıtın və sumqayıtlıların doğma komandanı Avropada, avropalıları doğma şəhərdə görmək istəyi anlaşılandı, təbiidi, qürurvericidi, ana südü qədər halaldı. Sadəcə, məlum və yazı boyunca vurğuladığım səbəbləri göz önünə gətirəndə və ipin o biri ucunda qaçılmaz fiaskonun dayandığını dərk edəndə adam təbii olaraq “Sumqayıt”ın və sumqayıtlıların halına yanır, tarixi debütün qanqaraçılığı ilə müşayiət olunmasını istəmir. Hə nə deyirsiz, bəlkə Avroliqaya elə “Zirə” getsin?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar