10 iy 15:09Yazar

Kinli seçim etməyin!

AFFA İcraiyyə Kopmitəsinin üzvləri sabah onlayn formatda məşvərətə yığışacaqlar. Cənabların bu dəfə özlərinə əziyyət vermələrinin səbəbi yığmanın yeni baş məşqçisinin adına aydınlıq gətirməkdi. Nikola Yurçeviçin göndərilməsindən sonra boş qalan posta kimin əyləşdiriləcəyi maraqla gözlənilir.
Əlbəttə, məsələnin bu qədər yubanmasının səbəbi ölkədə və dünyada koronavirus pandemiyası ilə bağlı hökm sürən ağır vəziyyətdi. Qeyri-müəyyənlik AFFA-nın da bir növ əl-qolunu bağlamışdı. Amma milli komandanın artıq sentyabrda Millətlər Liqasında mübarizəyə başlayacağını nəzərə alsaq, gəminin kapitanını müəyyənləşdirmək vacibdi, qaçılmazdı. Elə son bir həftə-on gün ərzində bununla bağlı müzakirələrin açılması da AFFA-nın bu məsələdə finişə yaxınlaşdığından xəbər verirdi.
Ölkə futbol ictimaiyyəti son günlər baş məşqçinin kimliyi mövzusunda yetərincə dartışdı. MY-nin əfsanəsi Roy Kinin namizədliyinin ortaya çıxması, təbii ki, birmənalı qarşılanmadı. Söhbət heç də parlaq futbolçu karyerasına malik irlandın məşqçilikdə özünü sübut etməməsindən getmir. Əksəriyyəti narahat edən və narazı salan əsas məqam AFFA-nın bu postu yenə əcnəbi mütəxəssisə tapşırmağa meyilli olmasıdı. Adamlar sanki eyni bataqlığa yuvarlanmaqdan həzz alırlar. Ötən illərdən nəticə çıxarmaq əvəzinə axına qarşı üzmək elə bil bunların həyat fəlsəfəsinə çevrilib. Ortada Foqts, Prosineçki, Yurçeviç nümunələri olsa da, yığma yeni səviyyəyə yüksələ bilməsə də, başbilənlər pandemiya üzündən bağlı sərhədlərin o tayına boylanmaq mərəzindən əl çəkmirlər. İqtisadi böhran onların vecinə də deyil. İllərdi SOCAR-ın (xalqın) cibindən çıxan milyonları sağa-sola səpələməkdən usanmayanlar yığmanı növbəti tsikldə də əcnəbi mütəxəssisə tapşırmaqda israrlı görünürlər.
Elə anlaşılmasın ki, mən, ümumiyyətlə, əcnəbilərin əlehinəyəm. Yox, qətiyyən belə deyil. Hər nə qədər olmasa da, son illərdə ölkəmizdə çalışan gəlmələr müəyyən mənada nizam-intizam və peşəkarlıq “toxumu səpiblər”. Bunu danmaq ən azı insafsızlıq olardı. Söhbət, sadəcə, əcnəbiyə ehtiyacın olub-olmamasından gedir. Şəxsən mən birmənalı şəkildə bizim yığmaya əcnəbi mütəxəssisin rəhbərlik etməsinə ehtiyac olmadığını düşünürəm. Niyə? Ona görə ki, futbolumuzun və futbolçularımız bəlli potensialı var. Arxada qoyduğumuz illərin təcrübəsi də bu potensialla və gedişlə komandanın yeni inkişaf səviyyəsinə yüksəlməcəyinə əsas verir. Əksinə olsaydı, yəni ölkə xaricində top qovan səviyyəli futbolçuların bolluğunda “üzsəydik”, başqa məsələ. Həmin materialla işləmək üçün keyfiyyətli mütəxəssis dəvət olunmasına nəinki mən, əksəriyyət ikiəlli razılaşardı.
İndiki halda AFFA rəhbərliyi ən düzgün olanı etməlidi. Daxili bazara üz tutmaqla həm də futbol ictimaiyyətində iilərdi formalaşan qəzəbi, kini müəyyən qədər aradan qaldırmış olardı. Yox, yenə eyni yolun yolçusu olacaqsızsa, milli komanda ilə azarkeşlər, futbol ictimaiyyəti arasında uçurum daha da dərinləşəcək. Ona görə də Kinli seçimdən qaçmağınız məsləhətdi. Əlbəttə, yalnız Roy Kinin lehinə seçim ediləcəyini nəzərdə tutmuram. Yerli mütəxəssislər münasibət də birdəfəlik dəyişməlidi. Yanlış anlaşılmasın, AFFA sabah hansısa azərbaycanlı məşqçiyə etimad göstərsə, onun qaz vurub, qazan dolduracağını iddia etmirəm. Çünki bunun üçün heç bir əsas, tutarqa yoxdu. Sadəcə, indiki halda ən düzgün olanı məhz budu. Xam xəyallarınızın həyata keçəcəyini düşünərək xərcləmək istədiyiniz milyonları himayənizdə olan klublara yönəldin. Daxili yarışlarda intriqa, rəqabət yaratmaq üçün. Bu addım növbəti dəfə hansısa bir əcnəbiyə qucaq açıb, onu “dollar dənizində çimizdirməkdən” daha faydalı olar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar