10 iy 14:39Yazar

Köhnə aydan ulduz qayıranlar

Sabah AFFA İcraiyyə Komitəsi növbəti iclasını keçirəcək. Bu iclasda nələrin müzakirə ediləcəyi müəyyən mənada məlum olsa da, hansı qərarın veriləcəyi bizə qaranlıqdı. Sözün düzü, müzakirə deyəndə özüm-özümdən şübhələnirəm. Nədənsə mənim heç vaxt inanmağım gəlmir ki, AFFA İcraiyyə Komitəsində hansısa müzakirələr aparılır, fikir mübadiləsi yaşanır. Düzdü, indi pandemiya səbəbindən iclas videokonfrans şəklində keçiriləcək. O yaşda kişilərin internetdən normal istifadə edə bilmələri, monitora baxıb, qulaqcıqda səs dinləməsi, sonra da düşünüb öz fikrini söyləməsi mənə inandırıcı gəlmir. Kazbek Tuayevin son texnoloji nailiyyətlərdən yararlana bilməsinə siz inanırsızmı? Şəxsən mən inanmıram. Eləcə də Vaqif Sadıqovun. Bu adamlar dünyanın düz vaxtında müstəqil fikir söyləyə bilməyiblər. İndi internetlə kiminsə üzünə ağ olarlarmı? Hələ mən xarici işlər naziri Elmar Məmmədyarovu demirəm. Adamın başı rəhbərlik etdiyi nazirlikdəki yeyintinin ört-basdır edilməsinə, çirkli sudan quru çıxmağa qarışıb. Heç onun yadına Azərbaycan futbolunun problemləri düşürmü? Belə məqamları bir-bir sadalayıb, İcraiyyə Komitəsinə ciddi yanaşmamağımın səbəblərini xeyli izah edə bilərəm, amma buna ehtiyac yoxdu. Əminəm ki, bizim oxucularımız arif adamlardı, onların vaxtını belə şeylərlə alıb, qəzetimizin səhifələrində yer tutmağa dəyməz.
Kişilər videokonfrans keçirib, hansısa qərarları açıqlayarlar. Biz də ondan sonra həmin qərarlarla bağlı fikirlərimizi bildirərik. Həlilik isə sizə AFFA-nın saytına baxandan sonra xatırladığım bir lətifəni danışmaq istəyirəm. Əvvəl lətifəni oxuyaq və gülək, ondan sonra keçərik sözümün canına, yəni Mustafasına. Bilirsiz də, o vaxtlar Molla Nəsrəddin xeyli ağıllı və arif adam hesab olunarmış. Onun yanına məsləhət eləməyə gələrmişlər, baş verən hadisələrə ondan münasibət soruşarmışlar, cavabını tapa bilmədikləri sualların cavabını bu müdrik insandan öyrənməyə çalışarmışlar. O da bildiyini deyərmiş, bilmədiyi sualları eşidəndə isə işin içindən öz hazırcavablığı ilə çıxarmış. Ramazan bayramı ərəfəsində “təzə ay”ın çıxması həmişə aktual məsələ olub. Siz də bilirsiz ki, “təzə ay” görünən kimi Ramazan ayı bitmiş sayılır, mömin insanlar oruclarını açırlar. O vaxt da beləymiş, hər kəs “təzə ay”la maraqlanırmış, istəyirmiş ki, onun haqda hər şeyi bilsin. Bir gün də orucluğun son günlərində açılan iftar süfrəsində cavanlardan biri özünü saxlaya bilməyib, Molla Nəsrəddindən soruşur ki, təzə ay çıxanda köhnəni neynəyirlər? Hazırcavab molla da eləmir tənbəllik, deyir ki, övladım, təzə ay çıxanda köhnəni doğrayıb ulduz qayırırlar. Eşidənlər də buna inanır, mollanın növbəti “nömrə”si yerinə düşür.
İndi Ramazan ayı deyil, amma mənim yadıma bu lətifə düşdü. Niyəsini də indi sizə deyim. AFFA-nın rəsmi saytı operativliyi ilə o qədər də öyünə bilməsə də, ara-sıra orda maraqlı məlumatlara rast gələ bilərik. Düz bir həftə əvvəl, yəni iyulun 2-də də belə bir hadisə yaşandı. Saytı açanda yeni bir xəbərin başlığı diqqətimi cəlb etdi. Belə yazırdı: “Yeni hakimlər təsdiq olunub”. Xeyli təəccübləndim. Martın ortalarından bəri ölkədə futbol yoxdu. Azərbaycanda futbolu çoxdan unudublar, azarkeşlərdən və mətbuatın azsaylı qismindən savayı kimsə “ölmüş” futbolu xatırlamır. Sözsüz, belə bir məqamda yeni futbolçunun, yaxud da hakimin ortaya çıxması da çətin məsələdi. İş başında görünməyən hakim elə döyüşdə sınanmayan əsgər kimidi. Digər tərəfdən də sevindim. Fikirləşdim ki, 2018-ci ilin sentyabrından bəri Azərbaycanda olan, Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbər təyin olunan, əvəzində ayda bir ətək avro maaş alan Frits Stuxlik əməli fəaliyyətə başlayıb. İstəməyənin gözü çıxsın. Onsuz da pullarımızı göyə sovurub, ona-buna yedizdirirlər. Qoy bunun əvəzində Azərbaycan futboluna yeni hakim yetişdirsinlər. Futbolçu ortaya çıxarıb, Avropaya ixrac edə bilmirik. Bununla da barışmışıq. Ortada Əliyar Ağayev, Rəhim Həsənov, Rza Məmmədov nümunəsi var axı. Müəyyən zaman kəsiyində bu adamlar Azərbaycan hakimliyini Avropanın yaşıl meydanlarında təmsil ediblər, ünlü Tofiq Bəhramovun davamçısı olmağa çalışıblar.
Hə, mən də həmin xəbəri elə o ümidlərlə açdım. Dedim ki, görüm Stuxlik hansı adları Azərbaycan futboluna bəxş edib, ortaya hansı istedadları çıxarıb? İlk oxuduğum addan sonra barmağımı dişlədim. Çünki birinci yazılan Rəşad Əhmədovun adı idi. Mən hakimlərimizin 2014-cü ilin qışında Antalyada keçirilən təlim-məşq toplanışını yerində izləmişəm. Şəxsən öz gözlərimlə görmüşəm ki, Rəşad bəy gənc hakim kimi bu toplanışa cəlb olunub və təcrübəli referilərlə birlikdə hazırlıq keçib. Üstəlik, həmin vaxt sədr olan Xaqani Məmmədov Rəşadı Antalyadakı yoxlama oyunlarına da yollayırdı, sınaqdan keçirirdi. Düz 6 il əvvəl Rəşad perspektivli hakim sayılırdı. Özü də kökünün üstündə bitən ot kimi ona böyük ümidlər bəslənirdi, atası Rövşən Əhmədovu tanımayan yoxdu. Növbəti toplanışlarda da belə oldu. 2017/18 mövsümünün 27-ci turuna təsadüfən edən “Keşlə” – “Qarabağ” qarşılaşması Əhmədov üçün elitada debüt oyunu olub. 2018/19 mövsümünün 20-ci turunda keçirilən, prinsipiallığı ilə yadda qalan “Sumqayıt” – “Neftçi” qarşılaşmasında da baş hakim Rəşad Əhmədov idi. İndi siz deyin, artıq müəyyən təcrübə toplamış birini gənc adıyla təqdim etmək nəyə xidmət edir? Bunun adı ya köhnə aydan ulduz qayırmaqdı, ya da Stuxlikin fəaliyyətsizliyini ört-basdır etmək. Mən başqa izah tapa bilmədim.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar