30 in 22:44Yazar

Hörmətsiz edilən mükafatlar, qiymətdən düşən medallar

“Məni düzgün başa düşün, biz mütləq oynamağa başlamalıyıq. Qarşıdan avrokubok oyunları gəlir, onlara hazırlaşmaq lazımdı. Ritmi tutmalıyıq. Nədən qorxuruq?! Bir neçə tur oynayaq, görək necə olur. İnsanlar üçün indi çox çətindi, stress, depressiya əhalini yorub. Futboldan düzgün yararlanmaq lazımdı. Bununla da ağır məqamlarda insanlarda ruh yüksəkliyi yaranır, insanlar mənfi emosiyalardan uzaq olar” – bu sözləri oxuyanda ruhum coşur, ürəyim bərkdən çırpınmağa başlayır. Günlərdi bizim yazdıqlarımızı, dediklərimizi indi bir klub prezidenti də deyir. Ətrafdakıları cəsarətli davranmağa, koronavirus pandemiyasının dünyanın sonu olmadığına inandırmağa çalışır, futbolun əhval-ruhiyyəyə müsbət təsir edəcəyini önə sürür. Amma çox təəssüf ki, bu klub prezidenti azərbaycanlı deyil. Çox istərdim bizim klubların prezidentləri, futbol funksionerləri də belə cəsarətli çıxışlar edəydilər. Di gəl ki, etmədilər. Belə gözəl, cəsarətli sözləri deyən klub prezidenti Qazaxıstanda yaşayır, Almatı “Kayrat”ının prezidenti Kayrat Boranbayevdi. Məhz onun çağırışından sonra başbilənlər ürəkləndilər, rəqib klubların rəhbərləri də gizlənməkdən utandılar. Və qərara gəldilər ki, iyulun 1-də Qazaxıstan premyer-liqası bərpa edilsin. Elə İngiltərə premyer-liqası kimi. Adamlar Orta Asiyada yaşasalar da, futbola əsl avropalı kimi yanaşdılar.
Bəs biz nə etdik? Cəmi 8 komandanın mübarizə apardığı Azərbaycan çempionatının 8 turunu keçirməyi bacarmadıq. Özümüzü el-aləmə rəzil etdik. Bəylər, buyurun. Koronavirusla mübarizədə hələ də uduzuruq. Bu gedişlə heç bir aydan sonra da karantin rejimi bitməyəcək. Gizlənməyə davam edəcəyik, qorxacağıq. Onda futbolun aqibəti necə olacaq? Belə çıxır ki, sizin bu “cəsarətinizlə”, təpərsiz davranışlarınızla Azərbaycanda yeni mövsümü də başlamaq mümkün olmayacaq, avrokuboklara da qatılmayacağıq. Milli komandamız da sentyabrda start götürəcək Millətlər Liqasında iştirak edə bilməyəcək. Bu isə o deməkdi ki, millətimizin imzası imzalar içində olmayacaq. Necə də miskin mənzərədi. Uzun müddət davam edəcək futbolsuzluğun onsuz da yarımcan olan futbolumuza vuracağı zərbənin təsirinə hələ çox hiss edəcəyik, onun fəsadlarını tezliklə aradan qaldırmaq mümkün olmayacaq. Bir şeyi unutmayın ki, futbol olmayacaqsa, sizin üçün də çətin günlər başlayacaq. Olmayan şeyə kim pul ayıracaq ki, siz də onu sağa-sola xərcləyəsiz və varlanasız? AFFA da, İcraiyyə Komitəsinin qorxaq qərarını dəstəkləyən klublar da bundan zərər çəkəcəklər. Heç şübhəniz olmasın.
Premyer-liqanı necə tez-tələsik, urvatsız bitirdilərsə, “Qarabağ”, “Neftçi” və “Keşlə”yə mükafatların təqdim edilməsi prosesi də belə biabırçı prosesə çevrildi. AFFA kələfin ucunu necə itiribsə, Peşəkar Futbol Liqasına da öz işini düz-əməlli görməyə imkan vermir, öz tabeliyində olan qurumu təzyiq altında saxlayır. İyunun 19-da PFL-in rəsmi saytında açıqlama yayıldı. Həmin açıqlamada bildirilirdi: “Sabah “Azərsun Arena”da Azərbaycan premyer-liqasının 2019/20 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək. Saat 20.50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq. İştirak etmək istəyən KİV nümayəndələrinin Peşəkar Futbol Liqasının akkreditasiya vəsiqələrini gətirməsi vacibdi. Akkreditasiya vəsiqələri olmayan mətbuat əməkdaşları tədbirə buraxılmayacaq. Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq”. Sonradan nə oldusa, PFL mükafatlandırmanın proqramında ciddi dəyişiklik etdi. Deyilənlərə inansaq, bu dəyişikliyə də səbəb AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun göstərdiyi təzyiq olub. Nəticədə elə təqdimat günü PFL yeni bir açıqlama yaydı: “Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20.50-də deyil, 19.00-da keçiriləcək. Tədbir canlı yayınlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq”. Nə anladıq bu işdən?!
Biz PFL-in də, AFFA-nın də “qab”ında nəyin olduğunu, orda çalışanların iş qabiliyyətini, Azərbaycan futboluna münasibətini yaxşı bilirik. İllərdi görə-görə gəlirik. Məlum məsələdi ki, Elxan Məmmədov evindən çıxıb, “Azərsun Arena”ya getməyə ya ərinib, ya da qorxub. Bu da Rusiya telekanalına müsahibə vermək deyil ki, bunun üçün cənab Məmmədov özünə əziyyət versin, stadiona yollansın. Özü də maskasız. Canlı yayınlanacaq mükafatlandırmada Ramin Musayevin təkbaşına dayanmasını, tamaşaçıların gözündə cəsarətli obraz yaratmasını da qəbul edə bilməyib. Belədə PFL-ə də, “CBC Sport”a da “stop” qoyulub. Bunu başa düşmək üçün “Tarixi-Nadir” kitabını oxumaq da lazım deyil. Hər şey göz qabağındadı. Nəticədə Azərbaycan çempionunun mükafatlandırılması sönük keçirildi, daha doğrusu, yola verildi. Çempion kubokunu, qızıl medallarını alsa da, “Neftçi”ylə “Keşlə”nin mükafatına nə zaman qovuşacağı, ümumiyyətlə, məlum deyil. Artıq həm “Neftçi”dən, həm də “Keşlə”dən ayrılanlar var. Belə çıxır ki, həmin futbolçular əziyyət çəkdikləri, uğrunda tər tökdükləri medalları ala bilməyəcəklər. Vətəninə yollanan hansı legioner bir medaldan ötrü yol ölçüb Azərbaycan gələcək, yaxud da klubdan narazı ayrılan yerli futbolçuları kim yada salacaq?! “Qarabağ” nə üçün belə tələm-tələsik mükafatlandırılıdı, mərasimi niyə belə sönük, gözdən-könüldən uzaq keçirdilər? “Neftçi”ylə “Keşlə” medal almağı özü istəmədi, yoxsa onlara təklif edilmədi? Bunları da yazaq cavabsız qalan sualların sırasına. Bir məqam dəqiqdi ki, Azərbaycan çempionatı kimi, onun medallarını da hörmətdən saldılar.
Uroczystość ślubna to do kościoła czy też Limuzynę, oraz liczycie kierowcę. Kończyć będą się na terytorium, jakim emocje pannie młodej nowożeńców dlatego przyjęcie znalazłem na blogu pracować będą się następujące po sobie. Z salę weselną jest zbiór wozu dobrego.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar