30 in 22:37Yazar

2017-də Budaq, indi də Nurlan…

Həftəsonu Estoniya çempionatında 9-cu turun oyunları keçirilib. İlk baxışdan bu cümlələr adama cəlbedici heç nə demir. Ancaq indi söhbətin nədən getdyini biləcəksiz. Çempionatın aşkar autsayderlərindən olan “Narva Trans”ın heyətində azərbaycanlı Nurlan Novruzov da çıxış edir. İlk 8 oyunda 2 heç-heçəsi, 6 məğlubiyyəti olan Narva klubu məhz son turda – “Levadiya” ilə oyunda qələbə hesabını açmağa yaxın idi. Daha doğrusu, belə demək olar: Nurlan 16-cı dəqiqədə gözəl qolla hesabı 3:1 edəndən sonra çox yaxın idi. Amma o nə etdi? 39-cu dəqiqədə Nurlan mərkəzdə ona qarşı kobud oynayan Marko Lippə mübarizə bitəndən sonra təpik atdı və birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Təbii ki, autsayder komandanın evdə oynasa belə, bundan sonra qələbə hesabını qoruması çətin olacaqdı. Gözlədiyimiz kimi də oldu: “Levadiya” 69-cu dəqiqədə artıq hesabda 4:3 önə çıxdı. Yaxşı ki meydan sahibləri 82-ci dəqiqədə hesabı bərabərləşdirə bildilər. Yoxsa Nurlana yönələn qəzəb dalğasının dozası daha artıq olacaqdı.
İndi də özümüzü “Narva”nın baş məşqçisi Oleq Kuroçkinin yerinə qoyaq və vicdanla mühakimə yürüdək. Ağlı başında olan hansı baş məşqçi 39-cu dəqiqədə legioner hücumçunun heç nədən meydandan qovulmasına göz yumar və növbəti oyunlarda da ona güvənər? Artıq iyulun 4-də komanda ölkə kubokunda final oyununa çıxacaq. Belə yersiz “qırmızı”dan sonra Kuroçkin niyə Nurlanı meydana buraxsın ki?
Şəxsən mən ölkə xaricində oynayan azərbaycanlı futbolçuların hansısa məqamda qərəzli münasibətlə üzləşdiyini, eyni səviyyədə və daha üstün olduqları futbolçulardan az şans qazandıqlarını istisna etmirəm. Öz aramızdı, təkcə Azərbaycanda yox, dünyanın hər yerində legionerdən yerli futbolçudan üstün olmağı tələb edirlər. Bu mənada bəlkə də bəzi futbolçularımız haqsızlıqla üzləşib. Amma Nurlanın nümunəsi, yəni onun son oyunda “Narva”ya yaşatdıqları onu deməyə əsas verir ki, heç də həmişə belə olmur. Yəni şans qazananlarımız da bəzən bu şansı elə inanılmaz şəkildə havaya uçururlar ki, adamın matı-qutu quruyur.
Nurlanın hərəkətini unutmayın, amma mən bundan betərini də yadınıza salacam. Budaq Nəsirov ad-soyadlı futbolçu var idi e, vətəndə özünü göstərəndən sonra Vaqif Heydərli onu birtəhər “Sportinq”in əvəzedici heyətinə sırıya bilmişdi. 2017-nin mayında Lissabon klubunu əvəzediciləri “Akademika”nı qəbul edirdi. Budaq da komanda yoldaşları ilə birgə meydandan kənarda isinmə hərəkətləri ilə məşğul idi. Ancaq birdən nə fikirləşdisə, oyunda olan topa toxundu. Gözünə döndüyüm hakim dərhal “Sportinq”in qapısına penalti təyin etdi və Nəsirova haqlı “sarı”sını göstərdi. “Sportinq” həmin oyunda uduzdu, Budağın sonrakı karyerasından da hamınız xəbərdarsız.
Futbolumuzun və özünün adını uca edən, getdiyi ölkədə Azərbaycan adının hörmətlə çəkilməsinə şərait yaradan, bu yolda can qoyan yaxşılarımız öz yerində. Amma bu iki nümunə, yəni Budaqla Nurlanın başına gələnlər onu deməyə əsas verir ki, heç də hər futbolçu soydaşımız legioner adının məsuliyyətini üzərində daşıya bilmir, lazımi məqamlarda məşqçinin etimadını, komanda yoldaşlarının inamını doğrulmur. Nəticə isə belə olur ki, əlləri ətəklərindən uzun qayıdırlar, onların getdikləri, karyera qurmaq istədikləri ölkələrdə Azərbaycan adı çəkiləndə istənilən məşqçi uzun-uzadı götür-qoy etməli olur, məsələn, “Nurlan, yoxsa Samvel” seçimi önündə bizimkini yox, ermənini seçir.
Meydanda hər mövqenin oyunçuları ilə bağlı özünəməxsus tələblər, gözləntilər olur. Lap tutaq ki, estonlar həmyerlimizə hucumçu yox, yarımmüdafiəçi kimi bel bağlayırlar, orda vətəndə olduğu qədər fərqlənmək şansı qazanmır. Amma qazanılan şansı da belə boşa verməzlər axı! Komandan qələbəyə yaxındısa, özü də mümkün qələbəyə gözəl qolla töhfə vermisənsə, meydanın mərkəzində təpik atmağın adı nədi? Məsuliyyətsizlik, yekəxanalıq, legioner adını uca tuta bilməmək? Əslində hər üçü...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar